Ümumi olaraq kompüter adlandırsaq da əslində istifadə yerinə, məqsədinə və imkanlarına görə aşağıdakı kompüter növləri var.
Ümumi olaraq kompüter adlandırsaq da əslində istifadə yerinə, məqsədinə və imkanlarına görə aşağıdakı kompüter növləri var.
Masaüstü kompüterlər (H2)
Masaüstü kompüterin üstünlükləri (H3)
- Qiymət cəhətdən daha sərfəli olurlar – Qısa olaraq deyə bilərəm ki, eyni məbləğə ala biləcəyiniz masaüstü kompüterin texniki göstəriciləri və performansı notebookdan daha güclü olur.
- Texniki cəhətdən gücləndirilməsi digər növlərə nisbətən çox daha rahat və sərfəlidir – Masaüstü kompüterlər notebooklardan fərqli olaraq çox rahat açılıb içərisinə əlavə hissələr quraşdırıla bilir. Məsələn bütün masaüstü kompüterlərdə ən az 2 operativ yaddaş yuvası olub. Adətən bunlardan biri dolu olur. Digər boş yuvaya əlavə operativ yaddaş alıb əlavə etməklə masaüstü kompüterinizi gücləndirə bilərsiniz. Operativ yaddaş nədir, nə qədər olsa kifayətdir kimi suallara isə bu linkdən cavab tapa bilərsiniz.
- Model seriyasına görə müxtəlif ölçülərdə olurlar – İngilis dilində Form Factor adlı terminlə müəyyən edilən müxtəlif növdə masaüstü kompüter növləri var. Bunlar Tower, Mini Tower, SFF (Small Form Factor) və Micro.
Tower tipli kompüterlər
Tower Kompüterlər
Gücləndirmə imkanları və performans: Bu kompüter növü adətən xüsusi ağır işlər üçün nəzərdə tutulduğundan adətən zəif texniki göstəricilərlə sifariş oluna bilmir. Əlavə olaraq bu sinif kompüterlərin gücləndirmə imkanları da çox geniş olur.
Kimlər və hansı işlər üçün uyğundur? – Məncə xüsusi güc tələbi olmayan heç bir müştəri daha baha qiymətə bu kompüterləri almaq istəməz. Amma əgər sizin güclü resurs tələb edən işləriniz və ya proqramınız varsa o zaman bu növ kompüterlər sizin üçün uyğun seçim olar.
Üstünlüklər:
- Genişləndirmə İmkanı: Böyük korpus sayəsində daha çox genişləndirmə (RAM, HDD, GPU).
- Soyutma: Yüksək performanslı soyutma sistemləri quraşdırmaq mümkündür.
- İş gücü: Çox güclü və çoxnüvəli prosessorlar üçün ideal.
Fərqlər:
- Ölçü: Digər növlərə nisbətən daha böyükdür.
- Enerji İstehlakı: Yüksək gücdə işlədiyindən daha çox enerji sərf edir.
Mini Tower Kompüterlər
Kompakt və performans: Ölçü cəhətdən Tower kompüterlərdən kiçik olsa da, operativ yaddaş, sərt disk, ssd yaddaş, video kart (cərəyan mənbəyinin gücü imkan verdiyi halda), simsiz və simli şəbəkə adapteri genişləndirmə üçün müəyyən imkanlar təklif edir.
- Daşıma Asanlığı: Daha asan daşınır və yerləşdirilir.
Fərqlər:
- Genişləndirmə: Tower-dən az genişləndirmə imkanı.
- Soyutma: Məhdud soyutma sistemləri.
SFF kompüterlər
- Kompakt dizayn: En və hündürlük cəhətdən nisbətən daha kiçik ölçüdə olurlar. Masaüstündə daha az yer tuturlar. Hətta bu kompüter növlərini monitorun arxasında və ya altında yerləşdirməklə yerə çox daha qənaet etmək mümkün olur.
- Gücləndirmə imkanları və performans: Bu kompüter növlərini gücləndirmək imkanı çox məhduddur. Belə ki, adətən ancaq operativ yaddaş yuvasını artırmaq mümkün olur. Cəmi 1 SSD yuvası olur, Ən çox istifadə olunan Mini Tower tipli kompüterlərə quraşdırıla bilən videokart, hər hansı şəbəkə kartı kimi qurğuları ensiz korpusu səbəbilə əlavə etmək mümkün olmur. Performansa gəldikdə isə Mini Tower kompüter növlərində istifadə olunan prosessor, operativ yaddaş, SSD vəya HDD bu kompüterlərdə də istifadə oluna bilir. Bununla belə ola bilər ki, kiçik korpusu səbəbilə HDD quraşdırmaq mümükn olmasın.
Kimlər və hansı işlər üçün uyğundur? Güclü videokart, əlavə qurğular qoşmaq tələbi olmayan, bununla belə daha kompakt dizaynlı kompüter növünə tələbatı olan və bunun üçün də əlavə ödəniş etməyə hazır olan müştərilər üçün uyğun seçim ola bilər. Bəzi hallarda bu kimi modellər də anbarı boşaltmaq məqsədilə kampaniya keçirib adi Mini Tower tipli kompüterlərlə eyni qiymətə təklif olunur.
Mikro kompüterlər
Ultra kompakt və portativlik: Mikro kompüter növləri fiziki olaraq insan əli vəya ondan biraz böyük ölçüdə olurlar. Bu da rahat daşıma və çox kiçik məkanlarda istifadəsinə imkan verir. Məsələn monitorun və ya hər hansı ekranın arxasına yerləşdirmək mümkündür.
Gücləndirmə imkanları və performans: Belə minimal ölçülərdə olduqları üçün bu növ kompüterlərin gücləndirilmə imkanları olmur vəya çox limitli olur. Nadir modellərdə 2 operativ yaddaş yuvası görmək olur və belə olan hallarda da kompüterin anakartı maksimum 16GB operativ yaddaşa qədər artırmanı dəstəkləyir. Əlavə olaraq enerji tələbi çox olmaması üçün bu növ kompüterlər mobil processorla təchiz olunurlar. Bu səbəbdən də performansları adi masaüstü kompüterlərə nisbətən daha zəif olur.
Kimlər və hansı işlər üçün uyğundur? – Bu növ kompüterlər sadə, orta ağırlıqlı işlər və daha kiçik həcmli kompüterlər tələb olunan hallarda idael seçim ola bilər. Bununla belə mənfi cəhət ondan ibarətdir ki, portativ və ultra kompakt olduğu üçün performans cəhətdən adi masaüstü kompüterlərdən zəif olmasına baxmayaraq qiymət cəhətdən nisbətən daha baha olurlar. Əlavə olaraq da çox tələbat olmadığı üçün adətən anbarda çox sayda vəya lazım olan texniki göstəricilərdə tapmaq mümkün olmur. (Çox tələb olunmadığı üçün satan mağazalar üçün anbarda saxlamaq maddi olaraq sərfəli olmur). Ya gərək işivi planlı tutub bir neçə ay əvvəlcədən sifariş edib gözləyəsən ya da anbarda olan modellərlə qane olub işivi ona uyğun qurasan.) Düzdü bu kimi hallarda bizim şirkətin digərlərindən üstünlüyü ondan ibarət olur ki, əksər rəsmi satıcılar bu kimi məhsulları 2-3 ay ərzində çatdıra bildikləri halda biz adətən 10-15 gün ərzində çatdırılma edə bilirik.
Kompüter Tipləri: Tower, Mini Tower, SFF və Micro
Nəticə
Fərqli növ kompüterlər arasında seçim etmək üçün, istifadə məqsədinizi və yer tələblərinizi nəzərə alaraq uyğun modeli seçməlisiniz. Tower kompüterlər güclü və genişlənə bilən, Mini Tower kompüterlər balanslı, SFF kompüterlər yer qənaəti edən, Micro kompüterlər isə portativ və çox kiçik ölçülü tətbiqlər üçün uyğundur.
Notebooklar (H2)
Notebookların üstünlükləri (H3)
Monobloklar (All in One vəya qısaca AİO da deyilir)
İş stansiyaları
Mini iş stansiyaları