Vakansiyalar
Əgər sizin də informasiya texnologiyaları sferasına marağınız varsa, karyeraınızı bu sferada qurmaq və ya davam etdirmək istəyirsinizsə düz ünvandasınız. Şirkətimizlə daha yaxından tanış olmaq üçün Şirkətimizin tarixi, missiyası və prinsipləri bölmələrini oxuya bilərsiniz.
ATC MMC – kompüter mağazası (Kompüterlər, noutbuklar, printerlər və s. məhsulların pərakəndə satışı)
İRİX MMC və RS İT SOLUTİONS MMC (Bütün növ İT və elektronika məhsullarının idxalı, topdan və korporativ satışı və quraşdırıılması)
şirkətlərində aktiv olan vakansiyalarla bu səhifədən tanış ola bilərsiniz. Sizə maraqlı gələn bir və ya bir neçə vakansiyalara namizədliyinizi verə bilərsiniz.
Əmək haqqı bizdə necə müəyyən olunur?
Biz vakansiyalarımıza müraciət edən bütün namizədlərdən başqa iş axtarmadan bizim şirkətdə işləmələri üçün onları qane edən əmək haqqını soruşuruq. CV analizi və müsahibə zamanı isə namizədin bilik, bacarıq və vakansiyanın tələblərinə uyğunluğunu qiymətləndiririk. Nəticə olaraq vakansiyanın tələblərinə cavab verən namizədin əmək haqqı tələbi ilə razılaşırıq. Bizim yanaşmamıza görə əmək haqqından qənaet etmək üçün daha az bilikli namizədi seçsək iş müddətində bizə dəyə biləcək zərər faydasından çox ola bilər.
Vakansiyalar
Komandamıza IT avadanlıqlarının texniki xüsusiyyətlərini bilən və ya qısa zamanda öyrənə biləcək həvəsli və təşəbbüskar Satınalma üzrə assistent axtarırıq.
İş barədə məlumat
– Xarici partnyor şirkətlər ilə danışıqlar aparılması, qiymət təklifləri alınması
– Tələb olunan malların və xidmətlərin sifarişi
– Sifarişlərin vaxtında çatdırılmasının təşkili
– Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi
– Alınan malların sifarişə uyğun olmasının yoxlanılması
– Görülən işlər barədə aylıq və illik hesabatların aparılması
– Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
– İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00
– Əmək haqqı: Stabil əmək haqqı + bonus
– AR əmək məcəlləsinə uyğun qeydiyyat
– Bir aylıq ödənişli sınaq müddəti
– Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər
– İngilis dilində sərbəst danışıq və yazışma bacarıqları
– Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
– İşgüzar ünsiyyət etikasını bilməli
– Dəqiqlik və şəffaflıq
– Analitik düşünmə və təhlil etmə qabiliyyəti
– Kompüter bilikləri: MS Office
– Komanda ilə işləmə bacarıqları
Hörmətli namizəd
Əgər Namizədə tələblər bölməsindəki bilik və bacarıqlar sizdə varsa və Vəzifələr bölməsində qeyd olunan vəzifələri icra edə biləcəyinizə əminsinizsə cv-nizi cv@irix.az ünvanına göndərə bilərsiniz. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən əmək haqqını qeyd etmək lazımdır. Əks halda sizin namizədliyinizə baxılmaya bilər. Aktiv vakansiyaya müraciət etdiyiniz halda CV-ni göndərdikdən sonra 7 iş günü ərzində sizə məlumat bildirilməzsə əlaqə saxlayıb namizədlyiniz barədə məlumat ala bilərsiniz. Əgər müraciətiniz təcrübə əldə etmək üçündürsə bu barədə müraciətinizdə bildirməlisiniz. Əks halda iş səriştəniz olmadığı üçün namizədliyiniz nəzərə alınmaya bilər.
İşin məzmunu
Azərbaycanda olan şirkətimiz HPE, Cisco, Fortinet, Lenovo kimi markaların rəsmi partnyoru, Yeastar və Fanvil markalarının isə rəsmi distributorudur. Bununla yanaşı B.Ə.Ə-də olan şirkətimiz vasitəsilə əksər məşhur dünya markasının məhsullarını sifarişlə 7-10 iş günü kimi qısa müddətdə sifarişlə idxal edib müştəriyə təhvil verə bilirik. Bu vəzifədə olan əməkdaşımız telefon zəngləri, işgüzar görüşlər, təqdimatlar və istənilən digər vasitələrlə yeni müştərilər axtarışında olmalı, müdəmadi olaraq görüşlər təşkil etməlidir.
İlk ay ərzində bir neçə dəfə rəhbərlik də sizinlə birlikdə həmin görüşlərdə iştirak edəcək. Görüşlərin məqsədi potensial müştəriləri, onların gözlənilən sifariş və layihələrini müəyyən etməkdir. Daha sonra müştərilərdən gələn sorğuları analiz edib onların tələblərinə uyğun gələn ən sərfəli məhsulları seçmək və təklif hazırlamaq lazımdır. Bunun üçün də satdığımız bütün növ İT və elektronika məhsullarının texniki göstəricilərini ya bilməli ya da qısa müddətdə öyrənməlidir (Sizin bunları öyrənməyiniz üçün elektron dərslik və treninqlər tərəfimizdən təşkil olunur).
Başlanğıcda həm hər gün yeni materiallar öyrən, həm müştəri axtarışı sizə çətin gələ bilər, lakin əzmli və iradəli olsanız 2-3 aya işlər rahatlaşacaq və 1-2 il kimi qısa müddətdə İT sferasında tanınmış expertlərdən birinə çevriləcəksiniz. Bu zaman isə müştərilər özləri sizi onlara təkliflər verməyə dəvət edəcəklər. Sizin müştəri və sorğularla işləmə bacarığınızdan tam əmin olduqdan sonra şirkətimiz bəzi cari müştərilərini də sizə yönləndirəcək.
Vakansiya üzrə vəzifələr
– Bazarın araşdırılması və satış strategiyasının müəyyənləşdirilməsi
– Təklif etdiyimiz məhsullar və xidmətlərlə bağlı yaradıcı təklif və təqdimatlar hazırlamaq
– Aktiv müştəri axtarışı, cari müştərilərlə münasibətlərin saxlanması
– Soyuq zəng və s. vasitələrlə aktiv potensial müştəri axtarışı
– Müştərilərlə işgüzar görüşlər, məhsullar və xidmətlərin təqdimatı
– Müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
– Müştərilərin sorğuları, layihələr və tenderlər üçün təkliflərin hazırlanması
– Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
– Görülmüş işlər və cari sifarişlər barədə hesabatların hazırlanması
– İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00
– Əmək haqqı: Stabil əmək haqqı + bonus
– AR əmək məcəlləsinə uyğun qeydiyyat
– Bir aylıq ödənişli sınaq müddəti
– Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər
– Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və Rus, Upper intermediate səviyyəsində İngilis dili biliyi
– Güclü kompüter istifadəçisi, sürətli çap
– MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi
– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
– Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
– İT avadanlıqların satışı üzrə təcrübəyə malik olanlara üstünlük verilir
– Öyrənməyə və inkişafa meyillilik
– Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir
Vakansiya üzrə vəzifələr
– Müştərinin ehtiyaclarını müəyyən etmək. Müştəri barədə dolğun məlumat almaq
– Təklif etdiyimiz məhsullar və xidmətlərlə bağlı müştərilərə dolğun və düzgün (cihazın növünü, hər növün funksiyalarını, xüsusiyyətlərini, parametrlərini və qiymətini) məlumatın çatdırılması
– Güzəşt və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq
– Satışını etdiyimiz məhsulların sosial şəbəkələrdə tanınması üçün promo videolarda iştirak (kiçik video roliklərdə məhsulu göstərmək, onun xüsusiyyətləri haqda danışmaq və s.)
– Müştəriyə yüksək səviyyədə xidmət göstərmək
– Satışın həyata keçirilməsi
– Sifarişin qəbulu, hazırlanmasına nəzarət və hazır sifarişlərin təhvili
– Görülmüş işlər və cari satışlar barədə hesabatların hazırlanması
– İş vaxtları: Bazar ertəsi – Şənbə – 10:00 – 19:00
– Əmək haqqı: Stabil əmək haqqı + bonus
– AR əmək məcəlləsinə uyğun qeydiyyat
– Bir aylıq ödənişli sınaq müddəti
– Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər
– Azərbaycan və rus dillərində səlis danışıq
– Güclü ünsiyyət və satış bacarığı
– Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
– Problemli müştərilərlə işləmək, problemin həllin diaqnozunu aparmaq və optimal həllini tapmaq bacarığı.
– Öyrənməyə və inkişafa meyillilik
– Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir
– IT avadanlıqların satışı üzrə təcrübəyə malik olanlara üstünlük verilir
Hörmətli namizəd
Əgər Namizədə tələblər bölməsindəki bilik və bacarıqlar sizdə varsa və Vəzifələr bölməsində qeyd olunan vəzifələri icra edə biləcəyinizə əminsinizsə cv-nizi cv@irix.az ünvanına göndərə bilərsiniz. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən əmək haqqını qeyd etmək lazımdır. Əks halda sizin namizədliyinizə baxılmaya bilər. Aktiv vakansiyaya müraciət etdiyiniz halda CV-ni göndərdikdən sonra 7 iş günü ərzində sizə məlumat bildirilməzsə əlaqə saxlayıb namizədlyiniz barədə məlumat ala bilərsiniz. Əgər müraciətiniz təcrübə əldə etmək üçündürsə bu barədə müraciətinizdə bildirməlisiniz. Əks halda iş səriştəniz olmadığı üçün namizədliyiniz nəzərə alınmaya bilər.
İşin məzmunu
Əgər sizdə zövq, yaradıcılıq, analitik düşüncə və stratejik yanaşma bacarığı varsa buyurun. Bu vəzifədə olan əməkdaşımız şirkətin məşhurlaşdırılması və bütün növ (topdan, korporativ və pərakəndə) satışın artırılması üçün SEO, SMM və paid advertising alətlərindən istifadə etməklə, content marketinq əsaslı digital marketinq planlaması etməli və razlaşdırılmış planı tətbiq etməlidir. Bu mərhələlərdə əməkdaşımız məhsul və xidmətlərimiz və keçirilən kampaniyalar haqqında yazı, şəkil, slayd və s. materialları hazırlamalı, sayta yerləşdirməli və yeniləməlidir. Bununla yanaşı eyni materiallar sosial media və bu kimi platformalara uyğun formatda da hazırlanmalı, paylaşılmalı, gələn rəy və suallar cavablandırmalıdır. Satışla bağlı müraciətlər isə satış komandasına yönləndirilməlidir. Daha ətraflı məlumatla aşağıdan tanış ola bilərsiniz.
Vakansiya üzrə vəzifələr
– Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
– Bazarın araşdırılması və rəqəmsal marketinq strategiyasının müəyyənləşdirilməsi
– Maraqlı, öyrədici, əyləncəli mövzular tapmaq, məqalələr və video materiallar hazırlamaq
– Hədiyyəli yarış və oyunlar keçirməklə auditoriya yığılması və məhşurlaşmanı təmin etmək
– Müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
– Fərqli sferalardan olan şirkətlərlə qaşılıqlı fayda əsaslı əməkdaşlıq razılaşmalarının əldə olunması
– Şirkətin və onlayn mağazanın məşhurlaşdırılması üçün digər işlərin görülməsi
– Görülmüş işlər və planlar barədə hesabatların hazırlanması
– İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00-dan 18:00-dək
– Əmək haqqı: Stabil əmək haqqı + bonus
– AR əmək məcəlləsinə uyğun qeydiyyat
– Bir aylıq ödənişli sınaq müddəti
– Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər
– Korporativ yazışma səviyyəsində İngilis və Rus dili bilikləri
– Sərbəst kompüter istifadəçisi, ofis proqramları, WordPress CMS, Photoshop və internet axtarış xidmətlərindən istifadə bilikləri
– Sərbəst nitq və danışıqlar aparma bacarığı
– Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
– Öyrənməyə və inkişafa meyillilik
– Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir
– Content və email marketinq bilikləri. Google analytics, google adwords, SMM, SEO və s. alətlərindən sərbəst istifadə bacarıqları
– Çalışqan, yaradıcı, əzmli və sərbəst öz özünü inkişaf etdirə bilmə bacarığı
Hörmətli namizəd
Əgər Namizədə tələblər bölməsindəki bilik və bacarıqlar sizdə varsa və Vəzifələr bölməsində qeyd olunan vəzifələri icra edə biləcəyinizə əminsinizsə cv-nizi cv@irix.az ünvanına göndərə bilərsiniz. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən əmək haqqını qeyd etmək lazımdır. Əks halda sizin namizədliyinizə baxılmaya bilər. Aktiv vakansiyaya müraciət etdiyiniz halda CV-ni göndərdikdən sonra 7 iş günü ərzində sizə məlumat bildirilməzsə əlaqə saxlayıb namizədlyiniz barədə məlumat ala bilərsiniz. Əgər müraciətiniz təcrübə əldə etmək üçündürsə bu barədə müraciətinizdə bildirməlisiniz. Əks halda iş səriştəniz olmadığı üçün namizədliyiniz nəzərə alınmaya bilər.
İşin məzmunu
Bu vəzifədə olan əməkdaşımız dünyanın bir çox ölkələrindən olan xarici şirkətlərin nümayəndələri ilə korporativ email yazışmaları, telefon zəngləri, audio-video konfrans və eləcə də whatsapp vasitəsi ilə əlaqədə olacaq. Danışacağınız şəxslər bizim məhsullardan əldə etmək istəyən fərdi şəxslər, BƏƏ vəya dünyanın digər ölkələrindən olan İT şirkət rəhbərləri və ya həmin şirkətlərin təchizat nümayəndələri olacaq. Danışıqlar vaxtı əməkdaşımız müxtəlif suallar verməklə qarşısındakı şəxsin hansı müştəri növünə aid olduğunu, sifariş verməyə hazır real müştəri olmasını və əlindəki sorğunun reallığını müəyyən etməli, potensial müştərini daimi müştəriyə çevirməlidir.
Əməkdaşımız məhsullarımızı təklif etməklə yanaşı, müştərilərin sorğularına uyğun məhsulları seçib qiymət təklifləri hazırlayacaq. Bunun üçün də satdığımız bütün növ İT və elektronika məhsullarının texniki göstəricilərini ya bilməli ya da qısa müddətdə öyrənməlidir (Sizin bunları öyrənməyiniz üçün elektron dərslik və treninqlər tərəfimizdən təşkil olunur). Təkliflər verilmiş potensial müştərilər ilə mütəmadi əlaqə saxlanılıb təkliflərin nəticələri barədə məlumat alınacaq və şatış həyata keçiriləcək. Müştəriləri ölkələr, adətən aldıqları məhsul növləri və s. üzrə qruplaşdırmaq və onları yeni gələn məhsullar və digər yeniliklər barədə mütəmadi məlumatlandırmaq da görülməli olan vacib işlərdəndir.
Danışacağınız müştərilərin əksəriyyəti İngilis dilində bildiyi üçün İngilis dilini danışıq səviyyəsində bilmək mütləqdir. Müştərilərin bəziləri Rus dilli ölkələrdən olduğu üçün həm Rus həm də İngilis dillərini danışıq səviyyəsində bilənlərə üstünlük veriləcəkdir. Qarşınızdakı müştərilərin hamısının çox əla Avropa vəya Amerika aksenti ilə İngilis dili bildiyini düşünüb çəkinmək lazım deyil 🙂 Amma elə bu səbəbdən də sizin dil biliyiniz o qədər yaxşı olmalıdır ki, onların səhv sühv danışıqlarından nə demək istədiklərini başa düşə və lazım gəldikdə onları sadə dildə başa sala biləsiniz.
Vakansiya üzrə vəzifələr
– Bazarın araşdırılması və satış strategiyasının müəyyənləşdirilməsi
– Cari müştərilərlə münasibətlərin saxlanması
– Soyuq zəng və s. vasitələrlə aktiv potensial müştəri axtarışı
– İşgüzar onlayn görüşlər, məhsullar və xidmətlərin təqdimatı
– Müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
– Müştərilərin sorğuları, layihələr və tenderlər üçün təkliflərin hazırlanması
– Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
– Görülmüş işlər və cari sifarişlər barədə hesabatların hazırlanması
– İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00-dan 18:00-dək
– Əmək haqqı: Stabil əmək haqqı + bonus
– AR əmək məcəlləsinə uyğun qeydiyyat
– Bir aylıq ödənişli sınaq müddəti
– Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər
– Sərbəst danışıq səviyyəsində İngilis və Rus dilləri
– Sərbəst kompüter istifadəçisi bilikləri
– Sərbəst nitq və danışıqlar aparma bacarığı
– Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
– İT avadanlıqların satışı üzrə təcrübəyə malik olanlara üstünlük verilir
– Öyrənməyə və inkişafa meyillilik
– Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir
Hörmətli namizəd
Əgər Namizədə tələblər bölməsindəki bilik və bacarıqlar sizdə varsa və Vəzifələr bölməsində qeyd olunan vəzifələri icra edə biləcəyinizə əminsinizsə cv-nizi cv@irix.az ünvanına göndərə bilərsiniz. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən əmək haqqını qeyd etmək lazımdır. Əks halda sizin namizədliyinizə baxılmaya bilər. Aktiv vakansiyaya müraciət etdiyiniz halda CV-ni göndərdikdən sonra 7 iş günü ərzində sizə məlumat bildirilməzsə əlaqə saxlayıb namizədlyiniz barədə məlumat ala bilərsiniz. Əgər müraciətiniz təcrübə əldə etmək üçündürsə bu barədə müraciətinizdə bildirməlisiniz. Əks halda iş səriştəniz olmadığı üçün namizədliyiniz nəzərə alınmaya bilər.
İşin məzmunu
Bu vəzifədə olan əməkdaşımız ofisdə baş verən bütün prosesslərdən məlumatlı olmalıdır. Hazırlanmalı və çatdırılmalı olan sifarişlərin vaxtında hazır olmasını diqqətdə saxlamalı, gecikmə və ya hər hansı problem yaranarsa aidiyatı şəxsləri məlumatlandırmalı, təhvil-təslim və ödəniş üçün lazımi sənədləri hazırlamalı, ofisin kargüzarlıq işlərini təmin etməlidir. Sifarişlərin ödənişlərini nəzarətdə saxlamalı, lazım gəldikdə ödənişlər və sənədlərin geri alınması üçün müştərilərlə danışmalıdır. Bütün alış, satış və ödənişlərin qeydiyyatını şirkətin CRM/ERP sistemində aparmalıdır. Bəzən lazım gələrsə rəhbərliyin tapşırığına əsasən müştərilər və ya vendorlarla danışıqlar və yazışmalar aparmalıdır.
Vakansiya üzrə vəzifələr
– Ofisin və mağazanın səliqə səhmanda qalmasına nəzarət
– Zənglərin cavablandırılması, müştərilərin və qonaqların qəbulu
– Qiymət cədvəllərinin yenilənməsi və müştərilərə göndərilməsi
– Zəng edən müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
– Tender elanlarının izlənməsi və lazımi tender sənədlərinin hazırlanması
– Daxil olan sorğuların və tenderlərin CRM/ERP sistemdə qeydiyyatı
– Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
– Sifarişlərin qəbulu və təhvili, sifarişlərin hazırlanma prosessinə nəzarət
– Məhsul və pul giriş çıxışının CRM/ERP sistemdə qeydiyyatı
– Sifarişlər və ödənişlər üçün kargüzarlıq və sənədləşmə işlərinin təşkili (müqavilə, hesab faktura, e-qaimə və s.)
– Məhsul və xidmətlər haqqında məlumatların saytda yerləşdirilməsi və yenilənməsi
– Həftəlik və aylıq görülmüş işlər və növbəti planlar barədə hesabatların hazırlanması
– İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00-dan 18:00-dək
– Əmək haqqı: Stabil əmək haqqı + bonus
– AR əmək məcəlləsinə uyğun qeydiyyat
– Bir aylıq ödənişli sınaq müddəti
– Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər
– Sərbəst danışıq səviyyəsində Azərbaycan və Rus dili, Upper Intermediate səviyyədə İngilis dili
– Güclü kompüter istifadəçisi, ofis proqramları və sərbəst internet istifadəçisi bilikləri, sürətli çap
– İşgüzar geyim və davranış tərzi, səlis nitq və danışıqlar aparma bacarığı
– Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq
– Müəyyən Photoshop və sosial media bilikləri (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
– Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
– İT sferasında təcrübəsi olanlara üstünlük verilir
– Öyrənməyə və inkişafa meyillilik
– Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
Hörmətli namizəd,
Əgər Namizədə tələblər bölməsindəki bilik və bacarıqlar sizdə varsa və Vəzifələr bölməsində qeyd olunan vəzifələri icra edə biləcəyinizə əminsinizsə aşağıdakı formadan müraciət edə və ya cv-nizi cv@irix.az ünvanına göndərə bilərsiniz. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən minimal əmək haqqını qeyd etmək lazımdır. Əks halda sizin namizədliyinizə baxılmaya bilər. Aktiv vakansiyaya müraciət etdiyiniz halda CV-ni göndərdikdən sonra 7 iş günü ərzində sizə məlumat bildirilməzsə əlaqə saxlayıb namizədlyiniz barədə məlumat ala bilərsiniz. Əgər müraciətiniz təcrübə əldə etmək üçündürsə bu barədə bildirməlisiniz. Əks halda iş səriştəniz olmadığı üçün namizədliyiniz nəzərə alınmaya bilər.
İşin məzmunu
Bu vəzifədə olan əməkdaşımız həm sənədlərin həm də məhsulların deyilən ünvanlardan götürülməsi və çatdırılmasıdır. Bununla yanaşı ofis daxili texniki işlər də icra olunmalıdır. Bəzən it mütəxəssis köməkçisi kimi işlər öyrədilib icrası tapşırıla bilər. Bu səbəbdən informasiya texnologiyalarına maraqlı şəxslərə üstünlük verilir.
Namizədə tələblər:
• Bakı şəhərini yaxşı tanımaq
• Azərbaycan və Rus dillərini bilmək
• Dəqiq, mülayim və səbirli
• İnformasiya texnologiyaları sahəsində inkişaf etmək istəyi
• İş təcrübəsi olması üstünlükdür
Vakansiya üzrə vəzifələr:
• Qısa və sərfəli marşrutun seçilməsi
• Sənədlərin və sifarişlərin vaxtında çatdırılması
• Rəhbərliyin digər tapşırıqlarının icrası
İş şəraiti:
• İş saatları: Bazar ertəsi – şənbə 09:00-19:00
• İşlə bağlı olan nəqliyyat və telefon xərcləri qarşılanır.