IT Xidmətlər

IT xidmətlər haqda ümumi məlumat

IRIX şirkəti 13 ildən çoxdur ki Azərbaycanda öz müştərilərinə qüsursuz IT xidmətləri və elektronika satışı təklif edir. İlkin illərdə pərakəndə satışla məşqul olsa da məmnun müştərilər sayəsində IRIX şirkəti indi nəinki korporativ, pərakəndə və topdan satış xidmətləri ilə məşquldur, şirkət eyni zamanda IT xidmətləri də göstərməkdədir. IRIX şirkəti olaraq biz öz nəaliyyətlərimizi 13 ildən çoxdur ki məmnun qalmış müştərilərimizlə ölçürük. 

Yuxarıda qeyd olunduğu kimi ilkin olaraq satış sahəsində xidmət göstərmişik. Məlum məsələdir ki, uzun müddət istismardan sonra hər bir cihazın servis xidmətinə ehtiyacı olur. IRIX şirkəti olaraq biz bunu da düşündük. Amma işimizi texniki servis xidmətləri ilə bitirmədik, eyni zamanda proqram təminatı kimi IT xidmətləri də göstərməyə başladıq. IT xidmətləri sahəsində təkliflərimizlə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz:

Öncədən bunu da qeyd edək ki, siz bizimlə əlaqə saxlayaraq və eyni zamanda tünd rəngdə olan açar sözlərinə keçid alaraq bütün xidmətlərimiz haqda ətraflı məlumat ala bilərsiniz. 

Kompüter və noutbuk təmiri

Sİrr deyil ki gündəlik olaraq ən çox istifadə olunan elektrik cihazlar kompüter və noutbuklardır, istər şirkət daxili istifadə, istər də fərdi istifadə olunan. Daim istifadə olunan bu cihazlar anidən sıradan çıxa bilir. Bunu nəzərə alıb IRIX şirkəti kompüter və noutbuk təmiri xidmətini sizlərə təklif edir. Bu xidmətdən istifadə edərək, siz cihazlarınızda yaranmış bütün problemləri aradan qaldıra bilərsiniz. 

Kompüter və noutbuk təmiri

Server quraşdırılması

Server quraşdırılması konsepti dəyişməsə də yeni texnologiyalar sayəsində serverlərin növləri dəyişməkdədir. Son illər Firewall, Gateway, Router, Proxy, Mail və s. kimi server növləri daha təkminləşməkdədir. IRIX şirkəti bu cür serverlərin satışı ilə yanaşı server quraşdırılması xidmətini də təklif edir. Bu xidmətdən istifadə edərək şirkətlər yuxarıda qeyd olunmuş server növlərinə sahib ola bilər.

Təhlükəsizlik sistemlərinin quraşdırılması

Hansı sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq şirkətlər öz təhlükəsizliyini qorumaq məcburiyyətindədirlər. İnformasiya qorunmasından tutmuş, kapitalın qorunmasına kimi əhatə edə biləcək təhlükəsizlik məsələlərini IRIX şirkətinə həvalə edə bilərsiniz. Təhlükəsizlik sistemlərinin quraşdırılması ehtiyaclarınızı yüksək səviyyədə qarşılayacaq IRIX şirkəti həm də bu sistemlərin satışı ilə də məşquldur.

Şəbəkə qurulması

Bir şəbəkə adi 2 komputer arasında və eyni zamanda çox sayda komputer arasında qurula biləcək bir əlaqədir. Bu o deməkdir ki, şirkətin həcmindən aslı olmayaraq şəbəkə qurulması çox vacibdir. Şəbəkələr şirkətləri bir çox kibertəhlükələrdən qoruya bilər. Eyni zamanda bir neçə filialı olan və bu filiallar arasında məsafəsindən aslı olaraq simsiz (Wi-Max/Wi-FI) şəbəkə qurmaq imkanınız da var. IRIX şirkəti şəbəkə qurulması təcrübəsi həm də satdığı şəbəkə avadanlıqlarından irəli gəlir. 

Mini ATS qurulması

Mini ATS qurulması şirkətlərə şəxsi call center kimi üstünlüklər verməkdədir. Eyni zamanda bu cür cihazların mövcudluğu şirkətlərə iri həcimli zənglərin qəbulu və emal olunması üstünlüyünü verir. Xaricə fasiləsiz zənglər və zəng qəbulları da Mini ATS-lərlə asanlaşır. Uzun müddətdir ki, IRIX şirkəti Azərbaycan bazarına ən yüksək texnologiyalara sahib ATS-lər gətirməkdədir. Bunun üçün də IRIX Mini ATS qurulması işində ən mükəmməl xidmət göstərən şirkətlərdən biridir. 

IT Xidmətlər

Texniki dəstək

Hər bir şirkət texniki dəstək kimi xidmətdən yararlanmağı tərciyə edər. Anidən yaranmış texniki nasazlıq şirkətlərin dəyərli vaxtını ala bilər. Həmin şirkətin texniki dəstək ala bilmədiyi bir nöqtə olduqda tez və ucuz aradan qaldırıla biləcək problem bəzən günlərlə uzana bilir. Bu kimi məsələləri IRIX şirkətinin təklif etdiyi texniki dəstək xidmətindən istifadə edərək unuda bilərsiniz. Bizimlə əlaqə saxlayaraq bütün şirkətlər bu xidmətdən yararlana bilər. 

Zəmanət xidməti

Çox vaxt məhsullar ilə birlikdə tədbiq olunan 1 illik zəmanət xidməti iri həcimli şirkətlər üçün yetərli olmur. IRIX şirkəti təklif etdiyi bütün məhsullar ilə birlikdə 1 il zəmanət təklif edir. Amma bu kifayət etmədiyi halda siz əlavə olaraq IRIX şirkətinin zəmanət xidmətindən istifadə edə bilərsiniz. Zəmanət xidmətinin əsas mahiyyəti şirkətlərə hal hazırda sahib olduqları və IRIX-dən əldə etdikləri elektronik cihazlara uzun müddətli zəmanət ilə təmin etməkdir. 

Server otaqlarının quraşdırılması

Server otaqlarının quraşdırılması şirkətlər üçün sonsuz sayda fürsət yaradır. Bir qurumun daxili şəbəkə infrasturukdurundan tutmuş vahid internetə çıxışına kimi server otaqları vasitəsi ilə etmək mümkündür. Bu otaqların qurulmasında ən son standartlardan istifadə etmək çox vacibdir. Çünki artıq xərc çəkilib qurulmuş bir server otağının fəaliyyətini kəsib yenidən qurma işləri görmək şəbəkə ilə bağlı bütün işlərin dayanması deməkdir. Bu kimi halların qarşısını almaq üçün siz IRIX şirkətinin server otaqlarının quraşdırılması xidmətindən istifadə edə bilərsiniz. IRIX şirkəti server otaqları qurarkən dünyaca qəbul olunmuş standartlarla işləyir. Otaqların nisbi rütubətindən tutmuş tempraturuna kimi bütün detallara nəzarət olunur. 

Server quraşdırılması

Son söz

Yuxarıda qeyd olunmuş İT xidmətləri İrix şirkəti tərəfindən təklif olunmaqdadır. Daim anlaşıla bilən qiymətləndirmə siyasəti ilə tanınan İrix şirkəti ilə siz həmişə razılığa gələ biləcəksiz. Göstərilən xidmətlərə də yüksək zəmanət verilir. Ətraflı məlumatı siz bizim şirkətlər əlaqa saxlayaraq əldə bilərsiniz!