Satış
Həyatımızın bir parçası olan elektron avadanlıqların sizin tərərfinizdən daha rahat bir şəkildə əldə edilməsini təmin etmək üçün İrix şirkəti olaraq əlimizdən gələni 2008-ci ildən edirik və daima edəcəyik. Həyata keçirdiyimiz müxtəlif satış növləri ilə daha ətraflı aşağıdakı məlumatları oxuyaraq tanış ola bilərsiniz.
Şirkət olaraq bizim məqsədimiz müasir zamanın tələblərinə uyğun olaraq ehtiyacınıza çevrilən noutbuklar, planşetlər, monobloklar və s. avadanlıqların sərfəli və müştərilərin tələblərinə uyğun şəkildə onlara çatdırılmasıdır. Şirkətimizin tək məqsədi məhsulun satışı deyil, eyni zamanda müştərilərin zövqlərinə və istəklərinə uyğun olan elektron avadanlıqlarını onlara çatdırmaqdır. Müasir zamanın tələblərini nəzərə alaraq IRIX şirkəti öz fəaliyyətini daima inkişaf etdirməyə çalışır. Göstərdiyimiz xidmətlər ilə yaxından tanış olmaq və ətraflı suallar üçün bizimlə əlaqə saxlamağınız kifayətdir.
Satış növlərimiz
Şirkətin yaranma tarixi olan 2008-ci ildə pərakəndə satışla məşğul olsaq da indi, şirkətimiz hər bir satış sahəsində fəal iştirak etməkdədir. Bura aiddir korporativ, topdan və pərakəndə satış növləri. Bu cür satış növlərimiz ilə daha ətraflı aşağını oxuyaraq tanış ola bilərsiniz.
Pərakəndə satış
Pərakəndə satış bizim ilkin satış növlərindən biri olduğundan bu sahədə təcrübəmiz çoxdur. Bizim işimiz sadəcə müştərilərə satış etmək deyil, eyni zamanda onlara elektrik avadanlıqları haqqında məlumat vermək, alacağı məhsulun keyfiyyətlərini sadə və aydın şəkildə izah etməkdən ibarətdir. Bundan əlavə olaraq bizim əsas işimiz müştərinin büdcəsinə uyğun ona işini asanlaşdıracaq lazımlı keyfiyyətlərə malik elektrik avadanlıqları təklif etməkdən ibarətdir. Müştərilərin zövqlərinə uyğun məhsullar internet saytımızda yerləşdirilib. Məhsullar və onlar haqda məlumatı saytımızın “İnternet mağaza” hissəsindən əldə edə bilərsiniz. Müştərinin istədiyi hər hansı bir məhsul bizim bazamızda olmadığı halda, əlaqə saxlayaraq onun haqda məlumatı, sifarişlə gətirilə bilməsi haqda məlumatı əldə edə bilər.
Şirkətimiz 2008-ci ildən bu günə kimi, əməkdaş və müştərilərinə keyfiyyətli şəkildə kömək etməyə çalışır. Şirkətimizin uğurlu addımlarının başlanğıcında pərakəndə satış böyük rol oynayıb. Atdığımız bu addım nəticəsində korporativ və topdan satış sahəsində böyük uğur əldə etmişik. Pərakəndə satış zamanı müştərilərin qarşılaşdığı problemlərdən biri səhf yönləndirmədir. Əksər müştərilər səhf yönləndirmə nəticəsində öz işləri üçün lazım olan əsas keyfiyyətləri olan məhsul almaq yerinə başqa keyfiyyətləri daha üstün olan məhsul alır, sonradan bu müştəri üçün böyük problemə çevrilir. Bizim məqsədimiz bu səhf yönləndirmə və müştəri məmnuniyətsizliyi kimi problemləri aradan qaldırmaqdır. Buna görə də şirkətimiz ən yüksək səviyyədə və aydın şəkildə müştərilərin məlumatlanması və onlarda qaranlıq fikrin qalmaması üçün hər zaman əlimizdən gələni etməyə hazırdır.
Korporativ satış
Korporativ satış zamanı biz müştərilərimizin sifarişlərini daima zamanında çatdırmaq üçün çalışmışıq. Bundan əlavə, hər növ ofis avadanlıqlarının sərfəli qiymətə idxalı həmişə onları məmnun edib və gələcəkdə də məmnun etməsi üçün əlimizdən gələni edəcəyik. Biz dünyaca ən məşhur texnologiya şirkətləri ilə rəsmi əməkdaşlıq edirik. Bunlara HP, DELL, Lenovo, ASUS, ACER, Cisco, Zebra və s. məşhur şirkətlər daxildi. Təklif etdiyimiz məhsulların dəyərinə 18% ƏDV daxildir.
Topdan satış
Bizim topdan satış xidmətimizdən yararlanaraq siz yeni biznesinizi daha da yüksəklərə qaldırma imkanı qazana bilərsiniz. Fərdi sahibkar olan hər bir kəs keyfiyyətli və sərfəli qiymətə öz istək və zovqlərinə uyğun məhsul əldə etməyə çalışır. Ən çox ehtiyac duyulan və tələb olunan amil isə sabit bir şirkətlə daimi və münasib şəkildə əməkdaşlıq qurmaqdır. Buna uyğun olaraq bizim şirkət bu şərtləri ödəməyi daima özünə məqsəd bilir.
Şəxsi biznesi üçün texnologiya bazasını qaldırmaq istəyən hər bir sahibkar keyfiyyətli və sərfəli qiymətə məhsulları bizdən əldə edə bilər. İnternet saytımızda olan məhsullar pərakəndə satış üçün nəzərdə tutulmuşdur. Saytımızda olan bu məhsullar ən çox tələb onunan məhsullardı. Əgər istədiyiniz hər hansı bir məhsul saytımızda yoxdursa, əlaqə bölməsi vasitəsi ilə bizə məhsul haqqında sorğu göndərərək xüsusi qiymətlər əldə edə bilərsiz. Bundan əlavə sizin ala biləcəyiniz məhsulların qiyməti nə qədər yüksək olsa, endirimi də o qədər yüksək olacaq. Bizimlə partnyorluq edən şirkətlərin əksəriyyəti əvvəllər cüzi miqdarda gəlir əldə edərək qazanc əldə etdiklərini düşünürdülər, lakin bizimlə əməkdaşlıq etdikdən sonra itirdikləri zamanın nə qədər dəyəli olduğunu anladılar və qazancın bu cüzi miqdarda olmadığını başa düşdülər.
Son söz
Hansı satış xidmətindən istifadə etməyinizə baxmayaraq, IRIX daima sizə yardımçı olmağa hazırdır. Bizim biliklərimiz 13 ildən çox sahib olduğumuz təcrübəyə əsaslanır. Vaxt keçdikcə bu biliklər sadəcə artır. IRIX ailəsinin üzvü olmağa sizi də dəvət edirik 🙂