Korporativ satış nədir və əhəmiyyəti
İnformasiya texnologiyaları dünyada ən sürətli inkişaf edən sahədir. Artıq texnologiyasız həm gündəlik həyatımızı həm də iş həyatımızı təsəvvür etmək qeyri-mümkündür. Nəticə olaraq da, şirkət rəhbəri vəya təchizat üzrə məsul şəxs üçün it məhsul və xidmətlər üzrə təchizatçını düzgün seçmək çox əhəmiyyətli olub. Çünkü şirkətinizin gələcək davamlılığı, uğurları və dayanıqlılığı Sizin seçdiyiniz təchizatçılardan da asılıdır. Söhbət biznesdən gedirsə sərfəlilik meyarı kimi yalnız qiymət götürülməməlidir. Qiymətdən daha vacib olan ən əsas amillər təchizatçı şirkətin müştəri yönümlü yanaşmaya sahib olması, səriştəsi, çevikliyi, təklif olunan məhsullara zəmanət dövründə lazım ola biləcək xidmətlərin səviyyəsidir.
Bu səbəbdən də korporativ satış xidməti olan inamlı və peşakar komandası olan it məhsul və xidmət təchizatçısı tapmaq çətin ola bilər. İRİX şirkəti İT (İnformasiya Texnologiyaları) üzrə Azərbaycanda ən öndə gedən korporativ satış nöqtələrindən biridir. Biz Sizə və Şirkətinizə it və elektronika məhsul və xidmətləri üzrə ehtiyaclarınızı qarşılayacaq geniş çeşidli it məhsulları, it həlləri və onların sərfəli qiymətlərlə sürətli çatdırılması üçün müxtəlif imkanlər təklif edirik. İRİX şirkəti artıq 13 ildən çoxdur ki, öz məmnun müştəri bazasını böyütməkdə davam edir. Buna səbəblər isə aşağıdakılardır:
Bütün növ İT və elektronika məhsulları eyni ünvanda
Bizim Bakı anbarımız əsasən daimi müştərilərimizin gündəlik tələbatlarına əsasən formalaşmış olsa da Siz bizə İT və elektronika sinfinə daxil olan istənilən məhsulu və ya xidməti sifariş edə bilərsiniz. Biz hər zaman daimi müştərilərimizin dəyişən tələbatları üçün lazım olan məhsul və həlləri onlara əl çatan edirik. Əgər siz daimi müştərimizsinizsə və ölkədə heç yerdə olmayan məhsul sizə lazımdırsa biz məmnuniyyətlə həmin məhsulun xaricdən sərfəli qiymətə tapılıb ölkəyə idxal olunmasını təmin edə bilərik.
Sürətli çatdırılma imkanları – Vaxt qızıldan da qiymətlidir
Şirkətimiz bir çox istehsalçı markalarının rəsmi distributoru və ya partnyorudur. Bu markalarla saytımızın Markalar menüsündən tanış ola bilərsiniz. Bununla belə bəzən sizin istədiyiniz məhsul istehsalçının əsas anbarında olmur. Bu kimi hallarda bəzən sifarişinizin kiçik olması bəzən də istehsal müddəti çox çəkdiyindən istehsalçı tərəfindən verilən çatdırılma müddəti çox ola bilər. Bu kimi hallarda müştərinin istəyinə əsasən həmin məhsulu istehsalçının digər ölkələrdəki nümayəndəliklərindən əldə edib cəmi 10-15 gün kimi qısa müddətdə təmin edə bilirik. Bununla yanaşı bir çox məhsullar Birləşmiş Ərəb Əmirliklərində olan anbarımızda olduğu üçün bəzən çatdırılma vaxtınız 3-5 iş gününədək azalda bilirik.
Vergi üstünlükləri
İRİX şirkətinin təqdim etdiyi bütün qiymət təkliflərində qiymətlər 18% ƏDV (Əlavə Dəyər Vergisi) daxil olaraq qeyd olunur. Bu isə o deməkdir ki, Siz sifarişlərinizin 18% daha az hissəsini bank hesabınızdakı məbləğdən ödəyib, 18%-ini isə şirkətinizin ƏDV hesabından ödəyə bilərsiniz. Bəzi şirkətlərdə təchizat üzrə profesional əməkdaş olmadığı üçün adətən bu işlər administrativ işlərdən məsul şəxslər tərəfindən təşkil olunur. Bu vəzifədə olan şəxslərin də vergi növləri haqqında bilikləri çox olmadığı üçün də təbii olaraq əgər sifariş verəcəkləri şirkət 2-6 faiz vergi ödəyicisidirsə onların qiymətləri daha ucuz olacaq düşüncəsi yaranır. Əslində isə tam əksinədir. Azərbaycandakı vergi növləri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
Rəqabətcil qiymətlər və yüksək endirim imkanları
Həm idxalçı olmağımız, həm də illərin verdiyi təcrübə müştərilərimiz üçün istehsalçılardan lazımi endirimləri almağa və müştərilərimizə rəqabətcil korporativ satış qiymətləri təklif etməyə imkanı verir. Biz şirkət olaraq uzun müddətli əməkdaşlıqların tərəfdarıyıq. Bu səbəblə də ən böyük endirimləri böyük dövriyyələri olan daimi müştərilərimizə təklif edirik. Siz də bizimlə davamlı olaraq işləməyə başlasanız aldığınız qiymət təkliflərində bizim sizə nə qədər dəyər verdiyimizi özünüz görəcəksiniz! Bizimlə əlaqə saxlamağa tələsin.
Zəmanət
Azərbaycan üzrə rəsmi tərəfdaşı olduğumuz markaların məhsullarına zəmanət həmin markaların ölkəmizdə olan rəsmi servis mərkəzləri tərəfindən istehsalçı markanın şərtlərinə uyğun olaraq verilir. Bir çox müştəri rəsmi zəmanəti olan məhsullara üstünlük versə də bəzən bu markaların zəmanət şərtləri müştəriləri qane etmir və ya müştəriyə istehsalçının şərtlərindən daha qısa müddət ərzində problemin həll olması lazım olur. Belə hallarda müştəriyə bizim zəmanət xidmətindən yararlanmağı təklif edirik.
Bizim zəmanət şərtləri isə əslində çox daha individual və sərfəli ola bilər. Məsələn əgər siz bizdən hansısa məhsuldan 300 ədəd sifariş vermisinizsə və sifariş zamanı bizdən şirkət zəmanəti də istəmisinizsə o zaman məhsulun özündən və ya dəyişilməsi lazım olabiləcək hissələrinin hər birindən zəmanət müddəti ərzində ehtiyyat olaraq bizim anbarda saxlanılır. Lazım gəldikdə lazım olan məhsul və ya hissəsi dərhal dəyişdirilərək müştəriyə qaytarılır.
Müştəri yönümlü korporativ mədəniyyət
Bizim üçün təklif etdiyimiz məhsul və xidmətlərin faydalı olacağına inandığımız şəxs və ya qurumlar potensial müştəri, bu məhsul və xidmətləri qiymətləndirib qarşılığını ödəməyə hazır olanlar isə müştərilərimizdirlər.
İstəkləri şirkətimizin maraqlarına zidd olmadığı və şirkətimizə ziyan vermədiyi bütün hallarda müştəri haqlıdır. Bu səbəbdən də hər zaman müştərimizin istəklərini reallaşdırmışıq və reallaşdırmaqda da davam edirik. Qarşılıqlı hörmət və qazan-qazan məntiqinə əsaslanan müştəri yönümlü korporativ mədəniyyətə sahib olan və yuxarıdakı imkanlara sahib bir şirkətdən sizə yalnızca fayda gələ bilər. Sizə də faydamız dəyməsi üçün müştərilərimiz arasında görməyə şad olarıq.
Rəsmi tərəfdaşlarımız
İRİX sizə bütün növ İT və elektronika məhsullarını əl çatan etməklə yanaşı, eyni zamanda HPE, Aruba, Cisco, Fortinet, Lenovo, Yeastar, Fanvil və s. markalar ilə rəsmi distributorluq və partniyorluq statuslarına malikdir və bu siyahı mütəmadi olaraq genişlənir. Bizim rəsmi distribyutor adı almağımız sizin daha sərfəli korporativ satış qiymətləri almağınız deməkdir.