Server quraşdırılması
Server quraşdırılması IRIX şirkətinin göstərdiyi IT xidmətlərindən biridir. Ümumiyyətlə, server kimi bildiyimiz kompüterin əsas mahiyyəti sutka boyunca iri həcimli informasiya emalı ilə məşqul olan qurğulara fasiləsiz işini təmin edən qurğudur.
Serverlərin göstərdiyi xidmət növü çox olsa da, onlar əsasən internet şəbəkələrinə çıxışı və idarə olunması, data və məlumatların saxlanılması, elektron məktubların qəbulu və göndərilməsi kimi ximətləri təmin edir. IRIX şirkəti 13 ildən çoxdur ki bu sahədə yüksək keyfiyyətli xidmət təklif etməkdədir. Siz bizim internet mağaza bölməmizə daxil olaraq server və digər məhsullarımız ilə tanış ola bilərsiniz.
Server quraşdırılması növləri
Serverlərin bir neçə əsas quraşdırılma növləri mövcuddur. Bu növlər haqda daha ətraflı aşağıda oxuya bilərsiniz;
Internet serverlər (Firewall, router, Gateway)
Internet serverləri istənilən şirkətin veb fəaliyyəti üçün əvəz olunmaz rol oynayır. Server növündən (Firewall, Gateway, router) aslı olaraq siz bu servis vasitəsi ilə bir neçə şəbəkələri birləşdirə və onların arasındaki informasiya mübadiləsinə nəzarət edə bilərsiniz. Bundan əlavə olaraq aşağıda qeyd olunmuş səlahiyyətləri administrativ şəxslərə verməkdədir:
- Lokal şəbəkədən istifadə edən şəxslərin ümumi internet şəbəkəsinə mərkəzləşdirilmiş çıxışını təmin etmək.
- Xarici və ümumi internetdən lokal şəbəkəyə olacaq kiberhücümların qarşısını almaq.
- Serverdən istifadə edən şəxslərin internet şəbəkələrindəki fəaliyyətinə nəzarət etmək.
- İnternetdə ola bilən malveyr və virusların aşkar olunub təmizlənməsi.


Proxy serverlər
Birbaşa internetə çıxışın bir neçə riski olduğu üçün adətən şirkətlər və fərdi istifadəçilər proxy serverlərdən istifadə etməyi tərciyə edirlər. Proxy serverlər vasitəsi ilə siz digər şəbəkələrə dolayı yollar ilə çıxa bilərsiniz. Bu cürə serverlərin dəqiq olaraq xidməti aşağıda qeyd olunub:
- Lokal şəbəkə istifadəçilərin ümümi internetdən istifadəsinə nəzarət etmək.
- Lokal şəbəkədə olan kompüterlərin internetə çıxışı.
- Yenidən daxil olunmalı olan veb səhifələrə daha tez girişi təmin etmək.
- İnternet üzərindən daxil olan informasiyanın sıxılaraq trafikə qənaət edilməsi.
- Kənardan lokal şəbəkəyə daxil olacaq müdaxilələrin qarşısını almaq.
Mail serverlər
Şirkət daxili təhlükəsiz elektron poçt ilə yazışmaların ən üstün üsullarından biri mail serverlərin quraşdırılmasıdır. Əksər vaxtlarda şirkətlər hostinq və internet provayderlərin mail serverlərindən istifadə etməklə kifayətlənir. Bunu da qeyd etmək lazımdır ki, şəxsi mail serverlərin quraşdırılması başqa şirkətlərin mail serverlərindən istifadə etməkdən daha üstündür. Buna əsaslar aşağıda qeyd olunub:
- Bütün göndərilmiş və qəbul olunan elektron məktublara tam olaraq nəzarət edə bilmə imkanı
- Limitsiz sayda poçt qutusu yarada bilmək imkanı
- Qəbul edilmiş və göndərilmiş bütün məktubların sürətlərini çıxara bilmə imkanı
Bu və digər növ serverlərin quraşdırılmasını IRIX şirkətinə etibar edə bilərsiniz. Bu sahədə illərdir təcrübəsi olan IRIX şirkəti sizə yalnız ən üstün xidmət təklif edir.