İnformasiya Texnologiyaları şirkəti tarixi – İlkin addımlar

IRIX şirkəti 2008-ci ilin aprel ayında Bakı şəhərində təsis edilib. İlk 2 ildə fəaliyyəti yalnız pərakəndə satışdan ibarət olan adi kompüter mağazası olmuşdur. 2010-cu ildən etibarən şirkətin strateji planına uyğun olaraq şirkət fəaliyyətini əsasən korporativ müştərilərin texnologiyaya olan ehtiyaclarını qarşılamaq yönündə qurmuşdur. 1 il kimi qısa müddətdə şirkət 100-lərlə korporativ müştərilərin etimadını qazanıb onları öz müştəriləri siyahısına qata bilmişdir.

İnformasiya Texnologiyaları şirkəti tarixi – uğurlar bizi gözləyir

2015-ci ilədək şirkət dünyaca məşhur olan müxtəlif informasiya texnologiyaları markaların Azərbaycan üzrə rəsmi distributoru və partnyoruna çevrilmişdir. Lakin mütəmadi olaraq dəyişməyi, inkişaf etməyi hədəfləyən IRIX informasiya texnologiyaları şirkəti kiçik ölkə olduğu üçün böyük markalar tərəfindən ölkəyə verilən aşağı faizli endirimləri görüb bununla razılaşmamışdır. Həm təchiz etdiyi avadanlıqların siyahısını genişlətmək həm də həmin avadanlıqlar üçün müştərilərinə daha sərfəli qiymətlər təklif edə bilmək üçün 2015-ci ildən Şirkətin baş ofisi Birləşmiş Ərəb Əmirliklərinə köçürülmüş və IRIX COMPUTER SYSTEMS TRADING LLC təsis edilmişdir.

İnformasiya Texnologiyaları şirkəti tarixi – rəqibimiz zamandır

B.Ə.Ə-də fəaliyyətə başlayan yeni baş ofisin ilk ildəki fəaliyyəti yalnız Azərbaycanda olan şirkətinə B.Ə.Ə.-dən təchizat idi. Lakin şirkətin strategiyası daima inkişaf və yenilənməkdir. Artıq cəmi 1 il sonra şirkət B.Ə.Ə-dən digər Orta şərq və Afrika ölkələrinə də ixraca başlamışdır. Şirkətin cari strateji planına uyğun olaraq B.Ə.Ə.-dən ixrac olunan ölkələrin və müştərilərin siyahısını artırmaq üçün var gücümüzlə çalışırıq. Missiyamız bölməsində də qeyd olunduğu kimi əsas missiyamız təchiz etdiyimiz əksər avadanlıqların istehsalçısına çevrilməkdir.