Server otaqlarının quraşdırılması

İndi ki dövrdə server otağı olmayan şirkəti təsəvvür etmək qeyri mümkündür. IT sistemlərinin cəmləşdiyi yer kimi server otağı hər bir şirkət üçün vacibdir. 

Server otaqları əsasən IT sistemi təşkil edən bütün avadanlıqların və serverlərin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətini təmin etmək üçün istifadə olunur. Bu otaqların dünya standartlarına cavab verməsi vacibdir. Standartlara cavab verilmədiyi halda server və digər elektronik qurğuların sıradan çıxması gözləniləndir. 

IRIX şirkəti server otaqlarının hazırlanmasında EIA/TIA-569-B kimi standartlardan istifadə edir. 

Server otağındakı avadanlıqların fasiləsiz fəaliyyətini və təhlükəsizliyini qarantyalamaq üçün bir neçə əlavə qurğudan istifadə etmək gərəkdir. İlkin olaraq hər qurğu kimi serverlərə enerji sistemi lazım olacaq. Bu ehtiyacı qarşılamaq üçün UPS, generator və paylayıcı qurğulardan istifadə etmək lazım ola bilər. 24 saat dayanmadan işləməli olan qurğular yalnız uyğun iqlimdə işlənə bilər. İdeal iqlim şəraiti yaratmaq üçün sizə kondisioner, mikro-iqlim nəzarət qurğuları və havalandırma sistemləri lazımdır. Bəzən şirkətdə server otağı qorunmalı olan ən mühüm yerlərdən birinə cevrilir. Bu təhlükəsizliyi təmin etmək üçün bir neçə qurğulara ehtiyac duyula bilər, məsələn; avtomatlaşdırılmış yanğın söndürmə sistemləri, video müşahidə, siqnalizasiya, girişlərə nəzarət qurğuları, yanğın zamanı xəbərdarlıq qurğuları və s.

server otaqlarının quraşdırılması HPE Server satış Bakıda, server, server satisi