İP telefon – İP mini ATS vasitəsi ona qoşulmuş digər daxili nömrələrə, eləcə də ATS-inizə qoşduğunuz şəhər və ya mobil nömrələr vasitəsi ilə istənilən şəhər və mobil nömrələrə zəng etməyə və gələn zənglərə cavab verməyə imkan verir. Bu telefonlar adi analoq telefon kabelləri deyil, şəbəkə kabelləri ilə qoşulur. Ip telefonların kamera ilə təchiz olunmuş modelləri ilə nəyinki audio, həm də video zəng və konfranslar etmək mümkündür. Bu telefonların ən çox istifadə olunanları POE funksiyasını dəstəkləyənləridir. POE nədir sualına isə bu linkdən cavab tapa biləcəksiniz.
Softphone – İP telefonların proqram təminatı versiyasıdır. İP telefon funksiyalı bir çox müxəlif softphone proqramlar vardır. Bu proqramlardan pulsuz olanları da var. Bu proqramları öz kompüter, noutbuk və ya İOS/Android mobil telefonunuza yükləməklə onları ip telefon kimi istifadə edə bilirsiniz.
Zəng mərkəzi qulaqlıqları – Əgər siz ip telefon işlədirsinizsə və zənglərin sayı çoxdursa onda bu qulaqlıqlar əsl sizin üçündür. Bu qulaqlıqların tək və iki qulaqlı, adi və simsiz versiyarlı var. Bu qulaqlıqların adi kompüter qulaqlıqlarından fərqləri 3.5” Audio giriş əvəzinə analoq telefonlarda olan RJ-9 telefon girişinin olmasıdır. İP telefonların da üzərdində bu kimi qulaqlıqları qoşmaq üçün müvafiq giriş yeri olur. Əgər siz softphone işlədirsinizsə o zaman 3.5” audio giriş və ya USB ilə qoşula bilən adi istənilən mikrofonluq qulaqlıqdan da istifadə edə bilərsiniz.