FXS Gateway
FXS Gateway nədir?
FXS Gateway – FXS gateway-lərin də 1, 2, 4, 8, 16, 24, 32 çıxışlı növləri olur. FXS gateway-in rolu FXO gateway ilə çox oxşardır. Fərqi isə FXS gateway-lər analoq şəhər nömrələrini deyil, Mini ATS-dən istifadə edən ofislərdə gördüyünüz analoq daxili nömrələri İP mini ATS-ə qoşmağa imkan verir. Məsələn: sizin ofisdə hazırda 1 analoq ATS və 16 nəfər əməkdaş var və hər birinin də fərqli daxili nömrələri var. (məs. 101, 102, …, 115). Siz işlətdiyiniz analoq mini ATS-inizi İP mini ATS ilə əvəz etmək istəsəniz, hazırda işlətdiyiniz analoq stolüstü telefonlar əvəzinə İP telefon almalısınız (İP telefonlar analoq telefonlardan baha olduğu üçün bəzən şirkətlər bu xərcdən qaçınmağa çalışırlar). Əgər siz də İP mini ATS-ə keçmək istəyirsinizsə amma büdcəniz hamı üçün ip telefon almağa imkan vermirsə FXS gateway almaqla bu məsələni həll etmiş olacaqsınız.