IRIX.AZ olaraq hədəfimiz Azərbaycanda komputer və noutbukların, ehtiyat hissələrinin və ümümiyyətlə bütün növ İnformasiya Texnologiya avadanlıqlarının satışını həyata keçirməklə yanaşı eyni zamanda cəmiyyətimizi Informasiya texnologiyaları barəsində maarifləndirilmək, avadanlıqlardan səmərəli və düzgün istifadə üçün yönləndirilməyə xidmət etməkdir. Bunun üçün website-mızda İT bloq yaradaraq ən çox sual yaradan mövzular barəsində vaxtaşırı məqalələr hazırlayaraq Sizlərə fayda verməyə çalışırıq. Bugünkü yazımızda komputerlərin əsas komponentlərindən biri olan Yaddaş haqda danışmaq istərdik.
2008-ci ildən Azərbaycanın İT bazarında fəaliyyət göstərən şirkət olaraq hər bir kompüter alan müştərini maraqlandırdan sualları qeyd edərək bu mövzuda danışaq. SSD və ya HDD? Bunlar bir birindən nə ilə fərqlənir? Hansı daha yaxşıdır? Və ehtiyacımız üçün düzgün SSD və ya HDD-ni necə seçək sualları hər 5 müştəridən 1-nin toxuduğu məqamlar olduğunun şahidi olmuşuq. Bu suallara cavab vermədən öncə aşağıdakı cədvəldə qısa olaraq SSD və HDD-nin müqayisəsini göstərək.
SSD və HDD müqayisəvi cədvəli
SSD HDD
Tam açılışı: Solid State Drive Hard Disk Drive
Tərkib komponentləri: Mikrosxemli çiplər Hərəkət edən lövhələr, oxuma/yazma başlığı və s
Səssiz işləmə: Daxilində fırlanan qurğu olmadığına görə tam səssiz işləyir. İşləyərkən daxilindəki lövhə fırlanır, hərəkət edir bu zaman səs yaranır.
Məlumatın ötürülməsi Təsadüfi giriş Seqmentli giriş
Sürət: Standart SSD Məlumatları daha sürətlə 500 MB/s emal edir. SSD ilə müqayisədə emal sürəti aşağıdır, saniyədə 30-150 MB (MB/s) məlumat
Yaddaş tutumu: Kompüterlər üçün SSD-lər 120 GB-dan 4 TB-a kimi mövcuddur. HDD-lər 250 GB-dan 14 TB-a qədər dəyişir.
Defraqmentasiya SSD-də fraqmentasiya baş vermədiyi üçün defraqmentasiyaya ehtiyac yoxdur. HDD işləyərkən fraqmentasiyaya məruz qalır, vaxtaşırı defraqmentasiya edərək sürətinin optimallaşdırılması tələb olunur.
Çəki: Yüngül Ağır
Ölçü Kiçik Nisbətən böyük
Enerji istehlakı: Səssiz və hərəkətsiz işləməsinə görə enerji sərfiyyatına qənaətlidir Fırlanan lövhələr sayəsində daha çox elektrik və güc sərf olunur.
Təhlükəsizlik: SSD HDD – yə nisbətən daha etibarlıdır Drayver-də xəta (error) baş verərsə HDD-dəki məlumatlar silinə bilər.
Xərc: Müasir yaddaş qurğusu olduğuna görə daha bahalıdır Ənənəvi yaddaş cihazı olaraq SSD-dən daha az maaliyyətlidir, ucudur.
Yuxarıdakı cədvəldə HDD ilə SSD-nin fərqlərini qısa olaraq qarşılaşdıraraq fərqləri haqda ilkin məlumatları qeyd etdik. İndi isə bu fərqlər ətrafında daha geniş danışaq.
HDD və SSD hər biri məlumat saxlamaq üçün istifadə olunan yaddaş cihazları olsalar da quruluşları, tərkib hissələri və mexanizmləri bir birindən xeyli fərqlənirlər. HDD maqnit lentindən, fırlanan lövhələrdən və oxuma/yazma başlıqlarından ibarət olan cihazıdır. HDD-nin tərkib hissələri fırlanan lövhələrdən ibarət olduğu üçün işləmə zamaı səs yaranır, qızma baş verir, daha çox elektrik enerjisi sərf olunur. HDD-dən fərqli olaraq SSD-də məlumatlar lövhələrdə deyil, bir biri ilə əlaqəli fləş yaddaş çiplərdə saxlanılır və bu da SSD-ni daha sürətli edir və daha güclü işləməsini təmin edir. Tərkibində mexaniki hissələr və fırlanan lövhələr olmadığına görə SSD həm ölçü olaraq kiçik və yüngüldür, həm də işləməsi tam səssizdir və enerjiyə qənaətlidir. HDD-nin tərkibindəki mexaniki hissələrin hərəkət etməsi üçün çoxlu enerji tələb olunur bu da batareyanın daha çox işləməsinə və enerji sərfiyyatına səbəb olur. Noutbukda yaddaş cihazının SSD olması həm enerjiyə qənaət edir həm də noutbuk batareyasını daha uzunömürlü edir. SSD yaddaş cihazlı Laptop və ya tabletdə işləyərkən bir neçə saat əlavə cərəyansız batareya ilə işləmə üstünlüyü əldə etmiş olursuz.
Dözümlülük baxımından müqayisə edərsək HDD-nin tərkibi mexank hissələrdən ibarət olduğuna görə əldən düşərkən fiziki zədələrə məruz qalır, mexaniki nasazlıq baş verərək sıradan çıxır, SSD isə HDD-yə nisbətən daha etibarlıdır. Bu səbəbdən noutbuklara daha çox SSD yaddaş diski qoyulur ki daşınma zamanı əldən duşərsə məlumatlar itməsin.
Sürət SSD-ni HDD-dən fərqləndirən ən əsas faktorlardan biridir. HDD-nin sürəti RPM (Revolution per minute – 1 dəqiqədə etdiyi dövr) ilə ölçülür. HDD-nin RPM-i nə qədər çoxdursa sürəti də bir o qədər yüksək olur. Noutbuklar və masaüstü komputerlər üçün olan HDD-lər 5400 və 7200 RPM-də olur. Bəzi server üçün nəzərdə tutulan HDD-lər 15000 RPM sürətində olur.
SSD-nin tərkibində fırlanan lövhələr olmadığına görə sürəti MB ilə ölçülür. 7200 RPM-lik HDD saniyədə 150MB məlumat emal etdiyi halda, SSD saniyədə 500 MB-a qədər məlumat emal edə bilir. Bu da 3 dəfə çox sürət deməkdir. Oyun həvəskarları komputer (gaming noutbuk və ya gaming PC) seçimi edərkən yaddaşın SSD olmasına üstünlük verməlidirlər. Çünki bir oyunun HDD-yə yüklənməsi 3-4 dəqiqə çəkdiyi halda SSD-yə yüklənməsi 1-2 dəqiqə çəkir.
HDD-də məlumatların yazılması seqmentli baş verir. Məlumat yüklənmə komandası verildikdə HDD boş sektor axtarır bu da müəyyən zaman tələb edir və komputerin işləməsini yavaşıdır. Əgər siz tez-tez komputerinizə proqramlar və ya hər hansı bir məlumatlar yazıb silirsinizsə və ya faylların bir yerdən digərinə köçürülməsi və ya silinməsi əməlliyyatlarını mütəmadi edirsinizsə o zaman HDD-nin tərkibi bir neçə sektora bölünür və fayllarınız HDD-nin müxtəlif hissələrində saxlanılır. Bu prosesi sadə olaraq belə izah edək, təsəvvür edin ki HDD evinizdəki şkafdır və məlumatlar isə içərisindəki paltarlardır. Siz paltarları səliqəli bir hissədə yığmaq əvəzinə skafınızda dağınıq halda toplayırsız və səhər işə durub geyinərkən paltarların hərəsini skafın fərqli yerlərindən axtarıb tapırsınız bu da geyinmə prosesinizi ləngidir. Eyni prosess HDD-də gedir. HDD-nin fayl sistemini optimallaşdırmaq və boş sektorları bütövləşdirib komputürin işləmə sürətini artırmaq üçün vaxtaşırı HDD-ni defraqmentasiya etmək məsləhət görülür. HDD-dən fərqli olaraq SSD-də məlumarların emalı prosesi təsadufi girişdir yəni tərkibi sektorlara bölünməyib, buna görə də məlumat ötürülməsi sürətlidir və defraqmentasiyaya ehtiyac yoxdur.
Bütün bu məlumatları nəzərinizə çatdıraraq nəticə olaraq SSD və ya HDD seçimini etmənizi qısa olaraq belə xülasələyək:
HDD
daha ucuzdur;
çox yaddaş tutumuna malikdir;
əlçatandır, bazarda geniş yayılmışdır. SSD
sürətlidir;
yüngüldür;
dözümlüdür;
daha az enerji sərf edir.
Bunlardan hansını seçməli olduğunuz isə Sizin ehtiyacınız və büdcənizdən asılıdır. Ən yaxşı həll kimi əməliyyat sistemlərini və proqram təminatını saxlamaq üçün əsas disk kimi SSD və şəxsi məlumat fayllarınızı və digər media faylları saxlamaq üçün ikinci dərəcəli yaddaş kimi isə HDD əlavə edərək ikisini birlikdə istifadə etsəniz daha mükəmməl yaddaşlı komputer əldə etmiş olarsınız.