Şəbəkə qurulması

Şəbəkə qurulması İrix şirkətinin ən böyük xidmətlərindən biridir. Lokal şəbəkələr isə indiki dövürün ən lazımlı tələblərindən biridir. Bu cür şəbəkələr sayəsində şirkətlər öz daxillərində və xarici ilə fasiləsiz bağlantı qura bilirlər. Eyni zamanda domestik şəbəkələr perspektiv olaraq vaxt keçdikcə xərcləri də azaldır.

Şəbəkə qurulması vacibliyi

Lokal kompüter şəbəkəsi əsas mahiyyəti informasiyanın emalı, qorunması və ötürülməsindən ibarətdir. Bu şəbəkə əsasən proqramlar və şəbəkə avadanlıqları vasitəsi ilə qurulur. Eyni zamanda bu cürə şəbəkələr korporativ məlumatların proqramların və avadanlıqların təminatı ilə əlaqəlidir. 

Şəbəkə qurulması əsas 3 cürə olur. Bu növlər haqda aşağıda daha ətraflı məlumat ala bilərsiniz.

1.Kabel əsasında lokal şəbəkə

İki komputer arasında şəbəkə qurulması ilkin olaraq kabellər vasitəsi ilə həyata keçirilib. Bu üsul çox vaxt ən etibarlı şəbəkə qurulması növü sayılır. Buna səbəb isə fiziki qoşulma xəttinin olması və bu xəttdə simsiz qoşulmanın mümkün olmamasıdır. Bu cürə şəbəkələrdən əsasən inzibati binaların daxilində istifadə olunur. Çox vaxt təxmini olaraq 500 metr aralıqda yerləşən digər binalar ilə də əlaqə qurmaq və şəbəkəyə əlaqə etmək mümkündür. Lokal şəbəkələrin qurulmasında əsasən CAT7, CAT6 və CAT 5 kabellərindən istifadə olunur. Bu kabellər əsasən bir-birindən məlumat ötürmə dəyərinə, sürətinə və digər xüsusiyyətlərə görə fərqlənir. Bizim ölkəmizdə isə əsasən CAT6 və CAT5 tipli kabellərdən istifadə olunur. Bu tip kabellər ilə qurulmuş şəbəkələr məlumatları 100-1000 meqabit/saniyəyə qədər ötürməyə qadirdir. 

şəbəkə qurulması

2. Simsiz (WI-MAX/WI-FI) rabitə ilə şəbəkə qurulması

Naqilsiz rabitənin icadında sonra şirkətlər də tədricən simsiz şəbəkə qurulmasından istifadə etməyə başladılar. Bu növ şəbəkələr əsasən kompüter sayı az olan və fiziki olaraq fərqli məkanda yerləşən kompüterlər və filiallar arasında lokal şəbəkə yaratmaq üçün istifadə olunur. Simsiz rabitə üsulu ilə mərkəzi binadan təxmini olaraq 55-60 km məsafədə olan obyektlər ilə lokal şəbəkə qurmaq mümkündür. Bu növ şəbəkə quruluşunun müsbət tərəfi kabel və fiberoptik tələb edən fiziki şəbəkələrdən daha ucuz və tez başa gəlməsidir. Simsiz rabitə əsasında qurulmuş şəbəkənin ən əsas mənfi cəhəti isə məsafə böyüdükcə informasiya ötürülmə sürətinin düşməsidir. Belə ki ən yaxın məsafədə simsiz məlumat ötürülmə sürəti təxmini olaraq 107 meqabit/saniyədir.

3. Fiber optik ilə şəbəkə qurulması

Fiber optik 20-21 ci əsrin ən mükəmməl icadlarından biri sayılır. Buna səbəb isə informasiyanın uzun məsafələr arasında misli görülməmiş sürətdə ötürülə bilməsidir. Bəzi məlumatlar həttda saniyədə terabitlə ötürülə bilir. Fiber optik rabitələr sadə komputer şəbəkəsindən tutumuş qitələr arası magistral xətlərə kimi istifadə olunur.