Ofis menecer vakansiyası müraciət forması

Vakansiya haqqında Vakansiyalar səhifəsindən tanış olmusunuzsa və müraciət etmək istəyirsinizzsə aşağıdakı sualları cavablayıb müraciət edə bilərsiniz.

1. 
İngilis dili biliyiniz hansı səviyyədədir?

Bizim həm Azərbaycanda, həm də BƏƏ-də ofisimiz var. Bu vəzifədə olan əməkdaşımız hər iki ofisə gələn zənglərə cavab verməli olduğu üçün telefonlara cavab verə biləcək səviyyədə İngilis dili biliyi olması vacibdir. İngilis dilini bizə lazım olan səviyyədə bildiyinizə inanırsınızmı?

2. 
Tenderlər üçün lazımi sənədləri hazırlaya bilirsinizmi?

Əvvəlki iş yerinizdə tenderlərdə iştirak üçün sənədlər hazırlamısınızmı? Hazırlamısınızsa hansı iş yerində və nə qədər müddətdə olduğunu qeyd edin.

3. 
E-qaimə yazmaq, ƏDV bank köçürməsi edə bilirsinizmi?

Sizin sıx işləyəcəyiniz iş yoldaşınız olmadığı vaxtlarda onu əvəz etmək üçün bank hesabından köçürmə etmək, vergi portalından e-qaimə yazmaq, ədv köçürmək lazım olacaq. Bu kimi əməliyyatları bilirsinizmi, əvvəlki iş yerlərinizdən hansında etmisiniz və lazım olduqda edə bilərsinizmi?

4. 
İT məhsullarının texniki xarakteristikaları barədə bilikləriniz varmı?

Sənədləşmələrdə səhvlərə yol verməmək üçün bu vəzifədə olacaq əməkdaşımızın satdığımız məhsulların marka, model, texniki göstəriciləri kimi məlumatlarını bilməsi vacibdir. Əgər bunları bilmirsinizsə işə bütün mərhələləri uğurla keçdikdən sonra sizə bunları öyrənmək üçün vaxt veriləcək. Bu məlumatları öyrənib imtahan verdikdən sonra işə başlaya biləcəksiniz.

5. 

Bizimlə uzun müddət işləyəcək əməkdaş axtarışındayıq. Daha tez iş tapmaq üçün az əmək haqqı yazıb sonra işləyə işləyə daha yaxşı iş axtararam düşünüb nə özünüzü nə də bizi aldatmağınızı istəmirik. Buna görə istədiyiniz əmək haqqı deyəndə işə qəbul olduğunuz halda başqa bir iş axtarmadan rahat işinizi görə bilmək üçün sizə lazım olan əmək haqqını nəzərdə tuturuq.

6. 
CV-nizi yükləyin

Drag and Drop File Here or Browse

Müraciətiniz üçün təşəkkür edirik. Əgər 7 iş günü ərzində sizinlə əlaqə saxlanılmazsa bizimlə əlaqə saxlayıb müraciətinizin statusu barədə öyrənə bilərsiniz.