Kompüter və Noutbuk satışı. IRIX Şirkəti olaraq hədəfimiz işimizi yüksək səviyyədə icra etməklə yanaşı həm də müştəri dostuna çevrilməkdir. Kompüter satışını edən digər mağazalardan və ya şirkətlərdən fərqimiz yalnızca kompüter və ya noutbuk satışını həyata keçirmək yox, eyni zamanda qarşı tərəfin tələblərini dəqiq öyrənərək ona doğru seçimi etməkdə yardım göstərmək və daha az büdcə ilə işini mükəmməl icra edə bilməsini dəstəkləməkdir.
Komandamızın satış mütəxəssisləri müştərini maraqlandıracaq suallara ən xırda detalına kimi məlumatı təmin etməklə yanaşı, almaq istədikləri kompüter və ya noutbukun nə məqsədlə əldə edilməsi üzrə sorğu etdikdən sonra uyğun variantları təklif edirlər.
Bildiyiniz kimi komputer və noutbuklar istifadə məqsədinə görə parametrlənmiş olur, sadə, bizness və ya oyun modelləri olaraq çeşidlənir. Əgər bir müştəri sadəcə internet, online dərslər, sosial şəbəkələr və ya gündəlik xəbər portalları üçün uyğun komputer və ya noutbuk axtarırsa o zaman müştəriyə çoxlu xərc etməməsi üçün ekonom ev modeli kompüter satışını təklif edirik. Elm, maliyyə və yaradıcılıq sektorlarında olanlara tamamilə fərqli funksionallıq və performans səviyyəsinə malik kompüterlər lazımdır.
Masaüstü kompüter və ya noutbuk? Görəsən hansını əldə edim, bəzən müştərilər seçim etməkdə çətinlik çəkirlər. Əgər ev ofisi qurursunuzsa və kompüterin daşınabilər olması sizin üçün vacib deyildirsə o zaman masaüstü kompüter düzgün və erqonomik seçim ola bilər.
Çunki uzun müddət monitora baxmaq boynunuza dizüstü noutbuka baxmaqdan daha az yük yaradır. Masaüstü kompüterlər, ümumiyyətlə, noutbuklarla müqayisədə ödədiyiniz pulunuzun qarşılığında daha çox güc və performans təmin edir.
Kompüter alışı edərkən görəcəyiniz iş yükünə uyğun modeli, əməliyyat sistemini və tələb etdiyiniz form faktoru seçdikdən sonra onun spesifikasiyalarını nəzərdən keçirmək gərəkir. Kompüterin əsas hissələri olan prosessor (CPU), operativ yaddaş (RAM), yaddaş (HDD və ya SSD), videokart haqqında məlumaları bilmək işinizə səmərəli kompüter seçməkdə kömək olacaqdır.
Prosessorlar (CPU) kompüterin eyni vaxtda daha çox məlumat emal etməsi funksiyasını icra edir.. Nüvələrin sayı və digər amillərlə birlikdə gigahertzlə ölçülən sürət prosessorun məlumatı nə qədər tez emal edə biləcəyini müəyyənləşdirir. Prosessoruna görə komputerləri 3 növə ayırmaq olar:
CPU Intel AMD
Zəif Core i3 A-Series, Athlon, Ryzen 3
Orta Core i5, i7 Ryzen 5, 7
Yüksək Core i9, Xeon Ryzen 9, Ryzen Threadripper
Əgər sadə işlər icra edəcəksinizsə məsələn e-poçtları yoxlamaq, ofis proqramlarında zəif klass prossessorlu komputer işinizə yarayar. Yüksək dəqiqlikli videolara baxmaq və ya oyunlar oynamağı planlaşdırırsınızsa, Intel Core i5 və AMD Ryzen 5 prosessorları sizin başlanğıc nöqtəniz olmalıdır.
RAM (operativ yaddaş) Yaddaş SSD
Zəif 4GB 128GB
Orta 8GB, 16GB 256GB, 512GB
Yüksək 32GB+ Ryzen 9, Ryzen Threadripper
Kompüterinizin RAM və ya operativ yaddaşı nə qədər çox olarsa, bir o qədər çox şeyləri yaddaşda saxlaya bilir ki, bu da onun daha sürətli işləməsini təmin edir. Müntəzəm olaraq eyni vaxtda birdən çox tətbiq istifadə edirsinizsə, operativ yaddaş üçün başlanğıc hədəfiniz 8GB olmalıdır.
Yaddaş kompüterin vacib hissələrindəndir. Burada əməliyyat sisteminiz, proqramlarınız və fayllarınız daxil olmaqla bütün məlumatlarınız saxlanılır. İki əsas yaddaş növü vardır – HDD və SSD. HDD ənənəvi saxlama növüdür, SSD-dən yavaşdır, SSD daha sürətli, lakin nisbətən bahalıdır.
Əgər komputer alışı üçün büdcəniz azdırsa o zaman HDD seçiminə üstünlük verə bilərsiniz. HDD-nin ölçüləri gigabayt və terabaytlarla ölçülür, 250 GB-dan 1 TB-a və daha yüksəyə kimi dəyişir. HDD-nin sürəti də rpm ilə ölçülür və bu da olduqca vacib göstəricidir. Yüksək performans üçün ən azı 1TB və 7200 rpm ölçülü HDD olan bir masaüstü kompüter məsləhət görərdik.
Videokart komputerin (PC-nin) başqa bir vacib komponentidir. Kompüterin bu hissəsi qrafika emalını idarə edir və bu, xüsusilə oyun və multimedia fəaliyyətləri üçün vacibdir. Bir qrafik kartı seçərkən, onun nüvələrinin sayını, sürətini və bant genişliyini nəzərə almalısınız. Nüvələrin sayı videokartın eyni vaxtda neçə vəzifəni yerinə yetirə biləcəyini müəyyənləşdirir. Sürəti və bant genişliyi də nə qədər yüksək olsa, videokart bir o qədər sürətli olacaq..
Müştəriləri maraqlandıracaq ən vacib məlumatlardan biri də zəmanət və ya geriqaytarılma şərtləridir. Sizə komputer və ya notebook satışı təklif edərkən şirkətin geri qaytarma siyasətindən xəbərdar olmanız gərəkir.
Komputer satışı edən bəzi şirkətlər müəyyən müddət ərzində kompüteri tam geri qaytarmağa imkan verdiyi halda, digərləri isə daha çox məhdudiyyətlər qoyur və ya ümumiyyətlə geri götürmür . Məmnun qalacağınız məhsulu əldə etdiyinizə əmin olmaq üçün ilk öncə məhsulun parametrləri ilə tam tanış olduqdan sonra şirkətin də zəmanət şərtlərini araşdırmaqda fayda var.
Komputerin əsas komponentləri haqda qısa məlumat verməkdə məqsədimiz müştərilərə hansı gücdə komputer seçimi etmələri üçün ilkin təsəvvür yaratmaqdır.
Büdcənizə münasib qiymətdə seçimi etməkdə, hər ayın endirimli seçilmiş ən ucuz modeli haqda məlumatı əldə etməkdə mağazamıza gələrək İRİX komandasının mütəxəssislərindən daha ətraflı məlumatı əldə edə bilərsiniz və ya website üzərindən online yazaraq sizi maraqlandıran suallara cavab ala bilərsiniz.
Bakıda Veraj Plazada yerləşən mağazamızda kompüter və noutbuk satışı üçün geniş çeşid var, bundan əlavə sizi maraqlandıran xüsusi modelləri də sifarişlə qısa zamanda Azərbaycana idxal edə bilirik. Hər bir aldığınız məhsula rəsmi zəmanət verilir, onlayn sifariş edilmiş məhsulları isə Bakı şəhəri daxilində pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.