İT Xidmətlər

İT xidmətlər haqda ümumi məlumat

İrix şirkəti 13 ildən çoxdur ki Azərbaycanda öz müştərilərinə qüsursuz İT xidmətləri və elektronika satışı təklif edir. İlkin illərdə pərakəndə satışla məşqul olsa da məmnun müştərilər sayəsində İrix şirkəti indi nəinki korporativ, pərakəndə və topdan satış xidmətləri ilə məşquldur, İrix şirkəti eyni zamanda İT xidmətləri də göstərməkdədir. İrix şirkəti olaraq biz öz nəaliyyətlərimizi 13 ildən çoxdur ki məmnun qalmış müştərilərimizlə ölçürük. 

Yuxarıda qeyd olunduğu kimi ilkin olaraq satış sahəsində xidmət göstərmişik. Məlum məsələdir ki, uzun müddət istismardan sonra hər bir cihazın servis xidmətinə ehtiyacı olur. İrix şirkəti olaraq biz bunu da düşündürk. Amma işimizi texniki servis xidmətləri ilə bitirmədik biz, eyni zamanda proqram təminatı kimi İT xidmətləridə göstərməyə başladıq. İT xidmətləri sahəsində təkliflərimizlə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz:

Öncədən bunu da qeyd edək ki, siz bizimlə əlaqə saxlayaraq və eyni zamanda tünd rəngdə olan açar sözlərinə keçid alaraq bütün xidmətlərimiz haqda ətraflı məlumat ala bilərsiniz. 

Kompüter və noutbuk təmiri

Sİrr deyil ki gündəlik olaraq ən çox istifadə olunan elektrik cihazlar komputer və noutbuklardır, istər şirkət daxili istifadə istər də, fərdi istifadə olunan. Daim istifadə olunan bu cihazlar anidən sıradan çıxa bilir. Sİzi nəzərə alıb İrix şirkəti kompüter və noutbuk təmiri xidmətini sizlərə təklif edir. Bu xidmətdən istifadə edərək siz cihazlarınızda yaranmış bütün problemləri aradan qaldıra bilərsiniz. 

İT xidmətlər

Server quraşdırılması

Server quraşdırılması konsepti dəyişməsədə yeni texnologiyalar sayəsində serverlərin növləri dəyişməkdədir. Son illər Firewall, Gateway, Router, Proxy, Mail və s. kimi server növləri daha təkminləşməkdədir. İrix şirkəti bu cür serverlərin satışı ilə yanaşı server quraşdırılması xidmətinidə təklif edir. Bu xidmətdən istifadə edərək şirkətlər yuxarıda qeyd olunmuş server növlərinə sahib ola bilər.

Təhlükəsizlik sistemlərinin quraşdırılması

Hansı sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq şirkətlər öz təhlükəsizliyini qorumaq məcburiyyətindədirlər. İnformasiya qorunmasından tutmuş, kapitalın qorunmasına kimi əhatə edə biləcək təhlükəsizlik məsələlərini İrix şirkətinə həvalə edə bilərsiniz. Təhlükəsizlik sistemlərinin quraşdırılması ehtiyaclarınızı yüksək səviyyədə qarşılayacaq İrix şirkəti həmdə bu sistemlərin satışı ilə də məşquldur.

Şəbəkə qurulması

Bir şəbəkə adi 2 komputer arasında və eyni zamanda çox sayda komputer arasında qurula biləcək bir əlaqədir. Bu o deməkdir ki şirkətin həcimindən aslı olmayaraq şəbəkə qurulması çox vacibdir. Şəbəkələr şirkətləri bir çox kibr təhlükələrindən qoruya bilir. Eyni zamanda bir neçə filialı olan və bu filiallar arasında məsafəsindən aslı olaraq Sİmsiz (Wi-Max/Wi-FI) şəbəkə qurmaq imkanınızda var. İrix şirkəti şəbəkə qurulması təcrübəsi həmdə satdığı şəbəkə avadanlıqlarından irəli gəlir. 

Mini ATS qurulması

Mini ATS qurulması şirkətlərə şəxsi call center kimi üstünlüklər verməkdədir. Eyni zamanda bu cür cihazların mövcudluğu şirkətlərə iri həcimli zənglərin qəbulu və emal olunması üstünlüyünü verir. Xariciyə fasiləsiz zənglər və zəng qəbulları da Mini ATS-lərlə asanlaşır. Uzun müddətdir ki İrix şirkəti Azərbaycan bazarına ən yüksək texnologiyalara sahib ATS-lər gətirməkdədir. Bunun üçündə İrix Mini ATS qurulması işində ən mükəmməl xidmət göstərən şirkətlərdən biridir. 

IT xidmətlər

Texniki dəstək

Hər bir şirkət texniki dəstək kimi xidmətdən yararlanmağı tərciyə edər. Anidən yaranmış texniki nasazlıq şirkətlərin dəyərli vaxtını alabilir. Həmin şirkətin texniki dəstək ala bilmədiyi bir nöqtə olduqda tez və ucuz aradan qaldırıla biləcək problem bəzən günlərlə uzana bilir. Bu kimi məsələləri İrix şirkətinin təklif etdiyi texniki dəstək xidmətindən istifadə edərək unuda bilərsiniz. Bizim şirkətlə əlaqə saxlayaraq bütün şirkətlər bu xidmətdən yararlana bilər. 

Zəmanət xidməti

Çox vaxt məhsullar ilə birlikdə tədbiq olunan 1 illik zəmanət xidməti iri həcimli şirkətlər üçün yetərli olmur. İrix şirkəti təklif etdiyi bütün məhsullar ilə birlikdə 1 il zəmanət təklif edir. Amma bu kifayət etmədiyi halda siz əlavə olaraq İrix şirkətinin zəmanət xidmətindən istifadə edə bilərsiniz. Zəmanət xidmətinin əsas mahiyyəti şirkətlərə hal hazırda sahib olduqları və İrix-dən əldə etdikləri elektronik cihazlara uzun müddətli zəmanət ilə təmin etməkdir. 

Server otaqlarının quraşdırılması

Server otaqlarının quraşdırılması şirkətlər üçün sonsuz sayda fürsət yaradır. Bir qurumun daxili şəbəkə infrasturukdurundan tutmuş vahid internetə çıxışına kimi server otaqları vasitəsi ilə etmək mümkündür. Bu otaqların qurulmasında ən son standartlardan istifadə etmək çox vacibdir. Çünki artıq xərc çəkilib qurulmuş bir server otağının fəaliyyətini kəsib yenidən qurma işləri görmək şəbəkə ilə bağlı bütün işlərin dayanması deməkdir. Bu kimi halların qarşısını almaq üçün siz İrix şirkətinin server otaqlarının quraşdırılması xidmətindən istifadə edə bilərsiniz. İrix şirkəti server otaqları qurarkən dünyaca qəbul olunmuş standartlarla işləyir. Otaqların nisbi rütubətindən tutmuş tempraturuna kimi bütün detallara nəzarət olunur. 

it xidmətlər

Son söz

Yuxarıda qeyd olunmuş İT xidmətləri İrix şirkəti tərəfindən təklif olunmaqdadır. Daim anlaşıla bilən qiymətləndirmə siyasəti ilə tanınan İrix şirkəti ilə siz həmişə razılığa gələ biləcəksiz. Göstərilən xidmətlərə də yüksək zəmanət verilir. Ətraflı məlumatı siz bizim şirkətlər əlaqa saxlayaraq əldə bilərsiniz!