Faydalı məlumatlar

İstifadə şərtləri və qaydaları

İstifadə şərtləri və qaydaları

Bu vebsayt “ATC MMC”, “IRIX MMC”, “RS IT SOLUTIONS MMC”-yə məxsusdur. Veb sayt və onun xidmətlərindən istifadə etdiyiniz müddət ərzində siz, aşağıda qeyd olunan istifadə şərtləri və qaydalarına riyayət etməyiniz vacibdir: 

   1. Istifadəçi hüquqları

1.1  İstifadəçi vebsaytın internet maqazin bölməsindən mövcud məhsulları sifariş verə bilər.

1.2  İstifadəçi anbarda mövcud olan və dəyəri 1000 AZN-ə qədər sifarişləri ləğv edə bilər. 

1.3  İstifadəçi anbarda mövcud olmayan məhsulu xüsusi olaraq sifariş verdiyi halda həmin sifariş sonradan ləğv oluna bilməz.

1.4  Hər hansı narazılıq və ya şikayəti olduğu halda müdüriyyətə bildirə bilər.

   2. Sayta daxil olarkən istifadəçilərin əməl etməli olduqları qaydalar

2.1  Bu səhifədə olan qaydalar və eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək.

2.2  Saytdan istifadə edərkən saytın hüquqi qaydaları ilə tanış olmaq.

2.3  Qaydalara gələcəkdə dəyişiklik olacağı istisna olunmadığından tez-tez qaydalar bölməsinə daxil olaraq yeni qaydalar ilə tanış olmaq. 

2.4  Bu və digər səhifələrdə yerləşdirilmiş qaydalar və şərtlər ilə razı olmadığınız təqdirdə şirkətin saytı və xidmətlərindən istifadə etməmək. 

   3.İstifadəçilər üçün qadağalar

3.1  Saytın fəaliyyətinə zərər verəcək hər hansı hərəkətlər etmək.

3.2  Sayt və İstifadəcilərə zərər verə biləcək virus və müxtəlif vasitələrdən istifadə etmək.

3.3  Sayt üzərindən siyasi təbliğat aparmaq qəti qadağandır.

3.4  Azərbaycan Respublikasının qanunvericiliyinə və sayt qaydalarına əks hərəkətlər etmək.  

   4. Şirkətin öhdəlikləri və hüquqları

4.1 Veb sayt vasitəsi ilə istifadəcilərinə və müştərilərə xidmət göstərmək.

4.2  İstifadəcilərin şəxsi məlumatlarını istifadəçilərin icazəsi olmadan bölüşməmək. 

4.3  Şirkət və vebsayt Azərbaycan Respublikasının qanunverciliyi altında qorunmaqdadır. 

4.4 Xidmət səviyyəsini artırmaq üçün şirkət vebsaytda yerləşdirilmiş qaydaları istənilən vaxt dəyişə bilər. 

Yuxarıda qeyd olunan istifadə şərtləri haqda əlavə məlumat almaq, habelə iradlarınızı bildirmək üçün aşağıda qeyd olunmuş vasitələr ilə bizimlə əlaqə saxlaya bilərsiniz:

Mobil:  (+994 55) 280 88 58

E-mail:  info@irix.az