Missiya – İnformasiya texnologiyaları şirkəti Missiyası

İnformasiya texnologiyaları şirkəti missiyası – Düşüncə və yanaşma

IRIX markası olaraq tanınan ATC kompüter mağazası və RS İT SOLUTİONS MMC informasiya texnologiyaları şirkətinin missiyası, informasiya texnologiyaları sistemlərinin üstünlüklərini dövlətin və insanlığın təhlükəsiz, rahat, effektiv fəaliyyətinə fayda gətirəcək formada tətbiq etməkdir.

İnformasiya texnologiyaları şirkəti missiyası – Əsas Missiya

Bunun üçün isə informasiya texnologiyaları şirkəti olaraq missiyamız yalnız keyfiyyətli markaların faydalı məhsullarını araşdırmaqla bitmir. Buununla yanaşı həm də Azərbaycanı texnoloji yeniliklərin mərkəzinə və istehsalçısına çevirməkdir.

İnformasiya texnologiyaları şirkəti missiyası – Tələblər

Komanda olaraq missiyamızın ciddiliyini və məsuliyyətini tam dərk edirik. Bilirik ki, bunun üçün prinsiplərimizə sadiq qalmaqla davamlı və sürətli inkişaf tempi lazımdır. Bütün bunlar yalnız insanların birgə zəhməti əsasında reallaşa bilər. Buna görə komanda üzvlərimizi seçərkən bu missiya uğrunda bizimlə birgə çalışmaq istəyən insanlara üstünlük veririk.

Bizim dəyər verdiyimiz və missiyamızı reallaşdırmaq üçün vacib hesab etdiyimiz 2 əsas amil vardır. Bizimlə birlikdə çalışan komanda üzvlərimiz və onlar üçün fəaliyyət göstərdiyimiz müştərilərimiz.