GSM Gateway nədir?
GSM Gateway nədir?
GSM Gateway – Əgər FXO gateway və FXS gateway haqqında məlumatla artıq tanış olmusunuzsa təxmin edəcəksiniz ki, bu avadanlıqlar da mobil nömrələri İP Mini ATS-ə qoşmaq üçün nəzərdə tutulub. İP mini ats nədir bilmirsinizsə İP mini ats nədir məqaləmizdən ətraflı və dolğun məlumatı oxuya bilərsiniz. Sim kart formasında olan mobil nömrələri həm GSM modul həm də GSM gateway vasitəsilə ip mini ats-lərə qoşmaq olur. GSM gateway-lərin də 1, 2, 4, 8, 16 girişli növləri olur. Port sayından əlavə GSM gateway cihazlarının dəstəklədiyi GSM dalğalara görə də fərqlənirlər.
Qısa olaraq desək GSM Gateway sim nömrələri ip telefoniya sisteminə qoşmağa, həmin sim nömrəyə gələn zənglərə ip telefondan cavab verməyə və ip telefonlardan həmin nömrə vasitəsilə lazımi nömrələrə zəng etməyə imkan verir. Amma təbii ki, hər şey bu qədər asan deyil.
İlk olaraq onu deyim ki GSM texnologiyasının 2G, 3G, 4G, 5G növləri var. Bunlar bir birindən əsasən sürətlərinə görə fərqlənirlər. Standard GSM Gateway cihazları 2G, ən yaxşı halda 3G texnologiyasını dəstəkləyir. 4G (LTE) dəstəkləyən GSM Gateway cihazları da var. Nəzərə alsaq ki artıq bütün mobil telefon operatorları 5G standartına keçiblər və bəzi operatorlar artıq 2G texnologiyasını ümumiyyətlə dəstəkləmir, əgər bu cihazı uzun illər istifadə etmək planıvız varsa gələcəyi nəzərə alaraq 4G dəstəkləyən GSM Gateway cihazı almağı məsləhət görərdik.
GSM Gateway necə işləyir?
Nə imkanlar verir?