Uncategorized

Obyektiv adında yazılan rəqəmlər və hərflər nə deməkdir?

Obyektiv adında yazılan rəqəmlər və hərflər nə deməkdir?

Fotoaparat üçün lenslərin adında bir rəqəm və ya rəqəm diapazonu, böyük hərflər və hətta rum rəqəmləri yazılır. Obyektiv adında yazılan rəqəmlər və hərflər nə deməkdir? Misal olaraq Canon EF 24-105mm f/4L IS II USM Lensi gətirək.

İlk hərflər lensin hansı matris tipli fotoaparatlara uyğun olduğunu bildirir. EF (ing. Electro Focus) “full frame” – tam kadrlı matrisalı, yəni professional fotoaparatlarla istifadə oluna bilər. Misal üçün EF-S (ing. Electro Focus-short backfocus ) isə “crop sensor” – kəsilmiş kadrlı matrisalı, qeyri-professional həvəskar kameraları üçündür. Digər nişanlamalar ilə burada tanış ola bilərsiniz.

24-105mm lensin fokus məsafəsini bildirir. Lensin optik mərkəzindən fokus nöqtəsinə qədər olan məsafə fokus məsafəsi adlanır və millimetrlə göstərilir. Bu obyektiv 24mm-dən 105mm-ə qədər dəyişən fokus məsafəlidir və ya “zoom” obyektivdir.

f/4 diafraqma rəqəminin göstəricisidir. Bu göstərici fərqli cür yazıla bilər: 1:4, f1/4, f=1:4, F 1:4 və s. Bu o deməkdir ki, “zoom” etdikçə obyektivin maksimum matrisaya ötürdüyü işığın miqdarı dəyişmir, 4 olaraq qalır, yəni şəkil onu böyütdükçə keyfiyyətli qalır. Yanındakı L hərfi isə bu lensin Canon optikasının elit klassına aid olduğunu bildirir.

IS (Image Stabilizer) – lensin daxili stabilizasiya ilə təmin olunmasını bildirir. Bu daha uzun ekspozisiya zamanı (ing. “Exposure”, rus. “Выдержка”) qaranlıqda daha keyfiyyətli şəkilləri əldə etməyə kömək edir.

II rum rəqəmi lensin ikinci nəsil olduğunu bildirir (bu seriyanın ən yenisi).

USM (Ultrasonic Motor) – lensin optik şəkil stabilizatoru ilə təchiz olunduğunu bildirir. Səssiz və sürətli fokuslama üçün obyektiv ultrasəs mühərriki USM ilə təchiz edilmişdir.

Mətnlə bölüşməq yalnız mənbəni qeyd etməklə mümkündür. Bütün hüquqlar qorunur©

Leave a Reply

Your email address will not be published. Required fields are marked *