Uncategorized

Köhnə texnikanı necə istifadə etmək olar?

IT Bloq yazılarımızı izləyənlərə bu gün digər yazılardan fərqli bir mövzu hazırlayaraq məqsədimiz köhnəlmiş nəsli keçmiş İT avadanlıqları və köhnə texnikanı necə istifadə etmək olar haqda məlumat verərək yeni bir ideya təqdim etməkdir.

Texnologiya inkişaf etdikcə yeni texnikalar köhnələrini əvəz edir və bəzi avadanlıqlardan istifadə təmamilə mümkünsüz olur. Belə hallarda sual yaranır köhnə texnikanı nə edim görəsən?! Variantlar olaraq ya tullamaq, ya muzeyə və ya əntiq əşyalar toplayana antikvar kimi vermək ağıla gəlir. Kreativ insanlar isə yeni bir əşya düzəltmək kimi fərqli seçimlər edirlər.

Köhnə texnikanı necə istifadə etmək olar?

Fikir olaraq Sizlərə nəsli keçmiş köhnə kompüter monitorunuzdan necə istifadə edə biləcəyiniz haqda məsləhət vermək istərdik. Köhnə nəsil monitorunuz istifadə üçün artıq yararsızdırsa onu zibilliyə atmaq əvəzinə, həqiqətən gözəl bir əşyaya çevirə bilərsiniz. Bu nümunə ən çox heyvansevərlər əsas da evdə sevimli pişikləri olanlara faydalı ola bilər.

Hər bir pişik sahibi pişiklərin noutbuk və monitorlarda nə qədər vaxt keçirməyi xoşladığını bilir və pişik saxlayanların əksəriyyəti personal komputerin monitorunu və ya noutbukların ekranını pişiklərin zərbələrindən qorumaq üçün müxtəlif vasitələrə əl atırlar.

Əgər pişiyiniz kompüterə, televizora və ya digər elektronikaya zərər verirsə, o, çox güman ki, istilik və parlaq materiallara maraq verdiyindəndir. Ən yaxşı tədbir elektronikanın mövcud olduğu otağa girişin qadağan olunması olsa da bəzi hallarda bu qadağanı qorumaq mümkün olmur. Bu halda sevimli heyvanınıza ona bənzər bir əşya təqdim etmək olar. Köhnə nəsil monitorunuzu və ya televizorunuzu pişiyinizə rahat beşiyə çevirərək əyləncəli hədiyyə edə bilərsiniz.

Bu qeyri adi ideyanı reallaşdırmaq üçün displeyini və monitorun daxili hissələrini çıxarın. Monitorun içərisinə sığdırmaq üçün yastıq tikin və monitoru rəngləyərək pişiyinizi cəlb edəcək  şəkildə bəzəyin. Bu fikir nə qədər gülməli səslənsə də reallaşdırıb kifayət qədər yüksək məbləğə satıb qazanc əldə edənlər var. https://www.etsy.com/listing/1179451643/krovat-dla-koek-apple-komputer-cat linkində 2000-2001-ci illərdə satışda olan şəffaf korpusa malik Apple Studio Monitoru unikal əl işi pişik beşiyinə çeviriblər və qiyməti Apple məhsullarından fərqlənməyəcək dərəcədə kifayət qədər yüksək olub 950 ABŞ dollarına satılır.

Yararsızı yararlıya çevirmək Sizin əlinizdə və beyninizdədir. Artıq istifadə olunmayan bir şeyi götürüb ona ikinci həyat verməklə çox vaxt, əvvəlkindən daha praktik, dəyərli və gözəl məhsula çevirə bilərsiniz. Yazılarımız maraqlı gəldisə elə isə İT bloqumuza üzv olaraq bizi izləməyə davam edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *