Uncategorized

Grandstream 2602P yoxsa Fanvil X3SG Lite?

Bloq yazılarımızı izləyənlər IP telefoniya nədir, necə işləyir, haralarda istifadə olunur deyə bir çox
məlumatlardan artıq xəbərdardırlar. Bu günki yazımızda izləyicilərimizə bir qədər  IP telefon
brendlərindən və üstünlüklərindən bəhs etmək istərdik.

Artıq dijital əsrdə yaşadığımız üçün Şirkətlər avadanlıqları müasir dövrün tələblərinə cavab verəcək
şəkildə təchiz etməyə çalışırlar. Kommunikasiya avadanlıqları Şirkətin əsas dayağı rolunu
oynadığından, pandemiya dövründən sonra əksər müəssisələrin sürətli inkişafı dəstəkləyən həllər
axtardıqca analoq telefonlardan VoIP telefoniya (internet protokolu üzərindən səs) sistemlərinə
keçid etdiyinin şahidi oluruq.

İP Telefoniya sahəsində dünyaca məşhur brend markalar və hər markanın özünəməxsus fərqliliyi
və üstünlükləri vardır. Hər bir Şirkətin də fərqli unikal məqsədləri və buna görə də telefon sistemləri
üçün müxtəlif prioritetləri var. Ona görə də VoIP telefon seçimi etmədən öncə hansı xüsusiyyətlərə
malik olduğunu araşdırmaq faydalı olar.

Bəs bu qədər çox brend və məhsul üzərindən şirkətimiz üçün uyğun modeli necə təyin etməliyik
sualı bir çox Şirkət rəhbərlərini maraqlandırır. Bu məqsədlə ən çox istifadə olunan 2 İP telefon
modellərini müqayisə edərək üstün və fərqli cəhətlərini araşdırıb Sizləri məlumatlandırmaq istərdik.

Bu gün Sizlərə distribyutoru olduğumuz Fanvil brendinin X3SG Lite modeli və Grandstream 2602P
modellərini qarşılaşdırdıq. Müqayisəli təhlilimizə keçməzdən öncə hər iki brend haqqında qısa
məlumat verək.

Fanvil Technology Co. Ltd – müəssisələrin Audio və Video ehtiyaclarını qarşılayan, güclü iş
performansı, rahat istifadəsi və yüksək keyfiyyətli məhsulları ilə seçilən Çin brendidir. VoIP
məhsullarının peşəkar tərtibatçısı və istehsalçısıdır.

2002-ci ildə qurulan Fanvil, müştərilərimizin
kommunikasiya texnologiyası ehtiyaclarını qarşılamağa qadir və onların dəyər və performans
baxımından gözləntilərini qarşılayacaq keyfiyyətə malik brenddir. Fanvil IP Telefonları aydın nitq
performansı, zəngin funksionallıq, yüksək keyfiyyət və rəqabətli qiymətləri ilə seçilir.

Grandstream Networks şirkəti də 2002-ci ildə əsası qoyulan Baş ofisi ABŞ Bostonda lakin istehsal
müəssisələri Çində Şenzendə yerləşən IP səs və video rabitə avadanlığı, videomüşahidə, şlüzlər
və analoq telefon adapterləri və Asterisk əsaslı IP-PBX cihazlarının istehsalçısıdır. Grandstream
kiçik və orta biznesi və istehlakçıları açıq standartlı SIP əsaslı məhsullarla təmin edir. Dünya
miqyasına geniş reputasiyaya malik VoIP telekomunikasiya avadanlıqlarının 5 ən böyük
istehsalçısından biridir.

Fanvil X3SG Lite və Grandstream GRP2602P IP Telefonlarının əsas xüsusiyyətlərini
qarşılaşdıraraq müqayisəli cədvəldə təqdim edək. Sonra isə hər bir modelin xüsusiyyətləri haqda
Sizlərə ətraflı məlumat verək.

Fanvil X3SG Lite Grandstream GRP2602P
Rabitə protokolu SİP SİP
SIP nömrə və hesab 2 xətt və 4 hesab 2 xətt və 4 hesab
Displey 2,3″,132×64,Dot-matrix 2,21″,132×48,LCD
Şəbəkə interfeysi 2×10/100Mbps 2×10/100Mbps
Qulaqlıq dəstəyi RJ45,RJ-9,EHS, Bluetooth RJ-9,EHS
Proqramlaşdırıla bilən düymələr Yox Yox
Konfransın iştirakçıları
(şəxslər) 6 5
PoE fuksiyası Var Var
Ölçüləri 274mm x 215mm x 68mm 208mm x180mm x 63.4mm
Kamera Yox Yox
Səs keyfiyyəti Dəstək və telefonda HD audio Dəstək və telefonda HD audio
Zəmanət 1 il 1 il

Qeyd etmək istərdik ki, hər iki telefon ofisinizdə biznesinizin miqyasından asılı olmayaraq, minimal
xərclə ilkin tələbatları ödəmək qabiliyyətinə malik rabitə şəbəkəsinin sürətli ötürülməsini təmin
etmək üçün lazım olan hər bir funksiya ilə təchiz edilmiş ekonomik büdcə modelidir.

Grandstream GRP2602P

İlk olaraq Grandstream GRP2602P modelini araşdıraq. Bu modeldə məlumat ötürmə sürəti 100
Mbit/s-ə qədər olan kommutator kimi istifadə edilə bilən 2 SIP hesab var, hər 1 SİP hesab eyni
vaxtda 4 zəngi dəstəkləyir. Bu funksiya, yeni xətlərin çəkilməsinə ehtiyac olmadan mövcud
xətlərdən istifadə etməyə imkan verir.

Modelin dizaynı 132×48 pikselli və 2,21 düym diaqonallı
monoxrom displeylə təmin edilmişdir, bu displey ekranda mətnin yüksək işıq şəraitində belə yaxşı
oxunmasını təmin edir. Qaranlıq vaxtı üçün isə oxunmanı təmin etmək üçün arxa işıqla təchiz
edilmişdir. Bundan əlavə, model bir sıra digər əhəmiyyətli xüsusiyyətlərə malikdir.

Ən yüksək səs keyfiyyətli HD audio və səs-küyün ləğvi texnologiyası, fon səs-küyünün azaldılması
üçün iki diapazonlu Wi-Fi modulu ilə təchiz edilmişdir. PoE gücünü dəstəkləyir, EHS qulaqlıq
dəstəyi və 2 şəbəkə portuna malikdir. Müxtəlif departamentlər və ya təşkilatlar arasında əlaqəni
daha sadə və səmərəli etmək üçün 5 tərəfli audio konfrans dəstəkləmə funksiyası mövcuddur.

Grandstream GRP2602P İP telfonunda 2 ədəd 4 SİP hesaba dəstək üçün düymələr, 4 XML
proqramlaşdırıla bilən kontekstə həssas yumşaq düymələr, 5 naviqasiya/ menyu düymələri, 8
xüsusi funksional düymələr mövcuddur.

Telefonun funksionallığına zəngin gözlədilməsi, ötürülməsi,
yönləndirilməsi, avtomatik yığım,avtomatik cavab, bir kliklə yığım, fərdiləşdirilmiş zəng melodiyaları
və gözləmədə olarkən musiqi səsləndirmək kimi bir çox üstünlüklər daxildir. 2000-ə qədər giriş daxil
edilən və yüklənə bilən XML, LDAP telefon kitabçası və 800 girişə qədər zəng qeydiyyatı jurnalı
mövcuddur.

Grandstream GRP2602P 45° tənzimlənən bucaqla həm stolüstü istifadə edilə bilər həm də divara
quraşdırıla bilər. Divara montaj üçün kronşteyn komplektə daxil deyil, ayrıca satılır.

Fanvil X3SG Lite

Fanvil X3SG Lite İP Telefonu da eynilə yuxarıda qeyd olunan funksiyaları dəstəkləyir. Zəngin
funksiyalarından əlavə fərqli və üstün cəhətlərini nəzərinizə çatdıraq. Grandstream GRP2602P
modeli ilə təmamilə eyni funksiyaları özündə əks etdirməsi ilə yanaşı qiymətinin ucuz olması ilə cüzi
olaraq qiymət fərqini hiss edərək büdcənizə daha çox qənaət etmiş olacaqsınız.

Münasib qiymətə yüksək keyfiyyətli Fanvil X3SG Lite istifadəçi dostu desək heç də yanılmarıq. 132×64 pikselli və 2,3
düym diaqonallı, arxa işıqlı ağ- qara displeylə təmin edilmişdir. 6 tərəfli konfrans dəstəkləmə
funksiyası mövcuddur. 1000 giriş daxil edilən və yüklənə bilən XML, LDAP telefon kitabçası və 600
girişli zəng qeydiyyatı jurnalı mövcuddur. Qulaqlıq üçün əlavə olaraq Bluetooth funksiyası da
mövcuddur.

Fanvil X3SG Lite 2 bucaq 45° və ya 50° ilə tənzimlənərək həm stolüstü istifadə edilə bilər həm də
divara quraşdırıla bilər. Divara montaj üçün kronşteyn bu modeldə də komplektə daxil deyil, ayrıca
satılır.

Beləliklə, funskionallıq cəhətdən demək olar ki hər 2 model eyni xüsusiyyətlərə malikdir və münasib
qiymət cəhətdən bazarda ən yaxşı VoIP telefon modellərimizdir. Eviniz və ya ofisiniz üçün
bunlardan birini seçərək Siz zəngin funksionallı və etibarlı VoIP telefon sisteminin bəhrəsini
alacağınıza əmin olacaqsınız.

Ətraflı dəstək üçün IRIX.AZ komandasının mütəxəssisləri hər zaman
qulluğunuzda hazırdır, bir zəng və ya mesaj qədər Sizlərə yaxınıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *