Zəmanət şərtləri

  1. Avadanlığa verilən zəmanət, həmin avadanlığın zəmanət müddətində ödənişsiz təmiri, təmir mümkün olmadıqda yenisi ilə əvəz olunması deməkdir.
  2. Avadanlıq yalnız tam komplektində, original xarici görünüşünə və daxili parametrlərinə uyğun olduqda zəmanət servisi üçün qəbul edilir. 
  3. Zəmanət xidmətini həyata keçirmək üçün (təmir, baxış və s.) məhsul alıcı tərəfindən satış yerinə gətilirməlidir. Əgər məhsul alıcı tərəfindən 3 dəfədən çox təmirə gətirilərsə, firma yol xərcini qarşılaya bilər və ya zəmanət servisini həyata keçirmək üçün əməkdaşı məhsul olan yerə göndərə bilər.
  4. Məhdud istifadə müddəti olan hissələrə zəmanət (səs qurğuları, klaviatura, mouse) 7 gündür.
  5. Alınan hər hansı avadanlıqda alış tarixindən etibarən 10 gün müddətində nasazlıq müəyyən olunmayıbsa avadanlıq dəyişdirilə bilməz.
  6. Zəmanət təmiri həmin avadanlığın servis mərkəzində qəbul edildiyi tarixdən etibarən 10 gün (avadanlığın tipindən asılı olaraq bu müddət 1 aya qədər uzadıla bilər) ərzində yerinə yetirilir. Avadanlığın təmiri göstərilən müddətə mümkün olmadıqda yenisi ilə vəya dəyəri qiymətləndirilməklə həmin seriyadan başqa avadanlıqla əvəz oluna bilər.