Showing the single result

Zebra Symbol LS2208 Barkod Skaner

269.00 AZN

Zebra Symbol LS2208 barkod skaner

Motorola markasının Symbol LS2208 kimi məşhurlaşmış, Zebra LS2208 barkod skaneri artıq ən ucuz qiymətlərlə baklda. Bu məhsulu siz saytımızdan onlayn olaraq sifariş edə və ya ATC kompüter mağazamızdan əldə edə bilərsiniz.

Zebra LS2208 rəqiblərindən dəqiq və sürətli oxuma imkanları ilə fərqlənir. Əlavə olaraq rəqiblərindən fərqli olaraq çox dayanaqlıdır. İllərlə istifadə etsəniz belə ilk günkü kimi sürətli oxuma funksiyası zəifləmir. Zebra LS2208 barkod skanerinin bir digər üstünlüyü isə rəqiblərinə nisbətdə daha geniş bucaqlardan oxuya bilməsidir.

Zebra Symbol LS2208 1D barkod oxuyucu olduğu üçün yalnız standard barkodları oxuya bilir. Əgər sizə QR Code oxuya bilən barkod oxuyucu lazımdırsa o zaman sizə Zebra DS9308 modelini məsləhət görə bilərik. Zebra Symbol LS2208-in yeni versiyası olan Zebra Lİ2208 modeli isə 1D barkod oxuyucu olmağına baxmayarraq imager texnologiyası sayəsində kağızda çap olunmuş barkodlardan əlavə mobil telefon və kompüter ekranı kimi yerlərdə olan 1D barkodları da oxuya bilir.

Bu modelin qutusunda Zebra Symbol LS2208 barkod skaneri, kompüterə qoşmaq üçün USB kabeli və barkod skaneri sizə lazım olan bucaq altında sabitləmək imkanı verən altlıq gəlir.