HP Pavilion x360 14-cd1951cl

1,500.00 AZN

HP Pavilion x360 14-cd1951cl, Intel Core i5-8265U (1.6GHz up to 3.9GHz with Intel Turbo Boost technology, 6MB cache, 4 cores), 8GB DDR4, 512GB M.2 SSD, 14″ HD Touchscreen,  Webcam, Win10, Mineral Gümüşü,1 il zəmanət

Categories: ,
hp distributor bakida

Description

C

Model HP Pavilion x360 14-cd1951cl
Produkt HP Pavilion x360 14-cd1951cl
Prosessor Intel® Core™ i5-8265U 1.6 GHz up to 3.4 GHz
Qrafika İntegrated
Operativ yaddaş 8GB DDR4-2400 SDRAM (1 x 8GB)
Akron 14″ diagonal HD SVA micro-edge WLED-backlit multitouch-enabled edge-to-edge glass (1366 x 768)
HDD 512GB M.2SSD
Rəng Mineral Gümüşü
WLAN + Blutuz Realtek RTL8821CE 802.11b/g/n/ac (1×1) Wi-Fi® and Bluetooth® 4.2 Combo MU-MIMO supported; Miracast compatible
Veb Kamera HP Wide Vision HD Camera with integrated dual array digital microphone
Klaviatura Full-size island-style ash gümüşü klaviatura
Batareya 3-cell, 41 Wh Li-ion prismatic
Adapter 45 W Smart AC power adapter
Əməliyyat sistemi Win10
Zəmanət 1 il

Brand

HP

Giriş: Kompüter avadanlıqları markası deyiləndə ağıla gələn 3 dünya markasından biri HP markasıdır. Dünyada olduğu kimi HP bakıda və Azərbaycanın digər bölgələrində də çox məşhurdur. Keyfiyyətli məhsulları ilə özünü doğrultmuş HP məhsullarının ölkəmizə idxalı və distributorluğu ilə məşğul olan şirkətlərdən biri də bizim şirkətimizdir. Təqdim etdiyimiz bütün məhsulları özümüz idxal etdiyimiz üçün bu məhsulların həm topdan, həm korporativ həm də pərakəndə satışını həyata keçirdə bilirik. Hp məhsulları və qiymətləri ilə daha yaxından tanış olmaq üçün bizim əməkdaşlarla əlaqə saxlamağınız və ya sorğu göndərməyiniz kifayətdir.
  1. HP tarixi: HP kimi tanınan Hewlett-Packard şirkəti mərkəzi ABŞ-da olan böyük beynəlxalq bir şirkətdir. HP 1939-cu ildə elektrik mühəndisliyi üzrə təhsil alan iki tələbə Vilyam Hyulet və Devid Pakkard tərəfindən yaradılıb. Onlar bacarıqlarını müxtəlif məhsullar üzərində sınamaq üçün texnoloji cihazlar hazırlayan şirkət yaratmaq qərarına gəlirlər. Bu şirkətin adını isə öz soyadlarının baş hərflərinin birləşməsindən yaradırlar. HP ilk satışını Disney Film Studiyasının sifarişi ilə audio tezlik tənzimləyici cihazı ilə həyata keçirir.

Şirkət öz fəaliyyətinin genişləndirməyə macal tapmamış İkinci Dünya Müharibəsi başlayır. Amma müharibə onların çalışmasına mane olmur. İstehsalını dayandırmayan şirkətin cihazları ABŞ ordusunda böyük əhəmiyyət qazanır. HP ABŞ-ın Hərbi Araşdırmalar Mərkəzi ilə birlikdə Antiradar texnologiyası üzərində çalışmağa başlayır. Müharibədən sonra isə Hyulet şirkətin istehsal, Pakkard isə biznes tərəfini idarə edir. Koreya müharibəsində ABŞ-a bir çox hərbi texnoloji qurğular satan şirkət külli miqdarda gəlir əldə edir.

Sonralar tibb sahəsində texnoloji qurğuların da istehsalına başlayır. Davamlı şəkildə hərbi və tibb sahəsindəki məhsullarını inkişaf etdirir. Hərbi sistemlərin getdikcə elektronlaşdığı bir dövrdə HP öz yenilikləri ilə ABŞ ordusunu daima inkişaf çarxında saxlayır. Təsadüfi deyildir ki, ABŞ-ın 37-ci prezidenti Riçard Pakkardı Müdafiə Nazirinin müavini vəzifəinə təyin edir. Pakkard da öz növbəsində HP-nin köməyilə F16 və A10 döyüş qırıcılarının hazırlanması prossesinə böyük töhfə verir.

Daxil olduğu sektorlarda uğurla irəliləyən  şirkət kompüter sahəsini də genişləndirmək qərarına gəlir. 1966-cı ildə şirkət daxili əməliyyatların aparılması üçün hazırladıqları kompüterin dəyişdirilmiş versiyasını HP 3000 adı ilə satışa çıxarır. Həmin dövrdə şirkətdə çalışan gənc mühəndisin şəxsi kompüter modeli yaratmaq təklifi Pakkard tərəfindən rədd edilir. Lakin bu qərarla böyük səhvə yol verdiklərini anlayan Hyulet və Pakkard 1980-ci ildə ilk kompüter HP 85-i satışa buraxır. Cihaz uğursuz alınır. Ardınca satışa buraxılan HP 150 modeli də xələfi kimi heç bir uğur qazanmır.

Şirkətin ilk İT sahəsindəki uğuru kompüter yox, printer olur. 1984-cü ildə satışa buraxılan HP LaserJet ən çox satılan məhsullardan olur. 90-cı illərin başlanğıcında HP yeni kompüter nəslinə uyğunlaşa bilmir və şirkətin dəyəri get gedə azalır. Amma Pakkard böyük dəyişikliklər edir. HP-nin yeni biznes planını hazırlayır. Bu prosesdən sonra şirkət dünyadakı üç ən böyük kompüter istehsalçılarından  birinə çevrilir. 2001- ci ildə HP İntel ilə birgə ilk 64bit mikroprosessor hazırlayır. Artıq kompüter sahəsində də davamlı inkişaf dövrü başlayan şirkət 2007-ci ildə yüz milyard dollar illik gəlir əldə edən ilk texnoloji şirkət adını qazanır.

Telefon və tablet bazarına girən şirkət bu sahədə bir neçə şirkəti öz daxilinə qatsa da həmin investisiyalar uğursuz olur. Eyni zamanda şəxsi kompüter sahəsində tələbatın kəskin azalması və noutbuklar sahəsində rəqiblərin çoxluğu HP-yə mənfi təsir göstərir. Bu səbəbdən smartfon və tablet istehsalını dayandıran HP idarəçiləri iflas etmədən şirkəti bölmək qərarına gəlirlər. 2015-ci ildə iki fərqli şirkətə bölünürlər. Həmin tarxdən etibarən birinci şirkət HP İncorporate kompüter satışı ilə məşğul olur, ikinci şirkət isə Hewlett Packard Enterprise, şirkətlər üçün xüsusi serverlər, servislər və proqramlar təminatı təklif edir. Hər iki qurum öz sahəsində hal hazıradək uğurla çalışır.

hp distributor bakida

Additional information

Weight 2.40 kg

Reviews

There are no reviews yet.

Be the first to review “HP Pavilion x360 14-cd1951cl”

Your email address will not be published. Required fields are marked *