
Pos avadanlıqların satışı Bakıda
POS avadanlıqlarının faydalarını, üstünlüklərini qeyd edərək işinizə lazım olan cihazı seçməyə kömək edəcəyik. POS avadanlıqları hansılardır və haralarda istifadə olunmaları ilə yaxından tanış olaq.
İlk öncə qeyd etmək istərdik ki, POS avadanlıqları biznes yönümlü avadanlıqlardır. Məsələn, əgər mağaza, restoran və ya digər bir obyekt açırsınızsa, müştəriləri cəlb etmədən öncə bir çox şey etməlisiniz - mükəmməl və biznesinizə uyğun məkan seçimi, inventarlar, işçilərin işə götürülməsi və ən əsası satış nöqtənizi (POS) və sisteminizi qurmalısınız.
POS avadanlıqları satış nöqtəsində əməliyyatları icra etmək üçün istifadə olunan fiziki cihazlara və sistemlərə aiddir. Ən çox pərakəndə ticarət və otel, restoran və kafe bizneslərində istifadə olunur. POS avadanlıqlarına POS terminallar, ştrix-kod skanerləri (barkod skanerləri), çek printerləri, kart oxuyucuları və toxunma cihazları daxildir.
Yeni quracağınız biznesinizi müəyyənləşdirmisinizsə və ya mövcüd biznesinizi müasir avadanlıqlarla təchiz etməyi planlaşdırırsınızsa, məqaləni diqqətlə oxuyun, bir avadanlığın funksiyası və təyinat yerləri haqqında danışacayıq.
Üzərindən çox böyük zaman keçməsə də, POS sistemləri çox sürətlə inkişaf edir və daima yenilənir. Əgər dünənə qədər bizneslər POS sistemlərinin qurulması üçün böyük kompüterlərə ehtiyac duyurdularsa, bu gün artıq mobil POS sistemləri yaradılıb və asanlıqla planşet və smartfonlara həmin proqramları quraşdıra bilərsiniz.
POS sistemlərinizi asanlıqla quraşdıra biləcəyiniz bir cihaz toxunma ekranlı mobil mini-kompüter olan Planşetdir (iPad). Siz Planşetlərə POS proqram təminatı quraşdıra və onlardan məhsul və müştəri profillərini axtarmaq, əməliyyatları emal etmək, inventarları izləmək və daha çox funksiya üçün istifadə edə bilərsiniz.
POS sisteminizi qura biləcəyiniz digər bir cihaz isə Smartfonlardır. Smartfonların pərakəndə satışda çox faydaları var. Siz POS proqramını smartfona yükləyə və müştərilərə zəng etmək və məhsulları axtarmaq və ondan POS terminal kimi də istifadə edə bilərsiniz. Planşetdən daha kiçik olduğu üçün Smartfonlar tədbirlər və pop-up mağazalarda (müvəqqəti səyyar mağazalar) satış üçün yaxşı seçimdir.
POS sisteminizi quraşdırıldıqdan sonra işlərinizi daha da operativləşdirmək üçün Barkod və ya Ştrix-kod skanerə ehtiyacınız var. Barkod skanerlər icad olunmamışdan əvvəl biznes və anbar idarə etmək asan bir iş deyildi. İstənilən rəflərdə, anbarda məhsul ehtiyatlarının dəqiq sayını əldə etməyin yeganə yolu hər bir məhsulun əl ilə sayılıb hesablanması idisə, indi bir toxunuşla məhsulu müştərinin səbətinə əlavə edərək eyni zamanda anbar qalığınızı avtomatik idarə etmiş olursunuz. Ştrix kod skaneri məhsulun ştrix kodlarını skan edən lazerli portativ əl cihazıdır. Ştrix kod skaneri POS sisteminizdə məhsulları əl ilə axtarmaqdan və qalığı izləməkdən Sizləri azad edən mükəmməl cihazdır. POS avadanlıqları istehsalçıları arasında dünyaca məşhur olan Datalogic və Zebra Technologies brendlərinin məhsullarını bu kateqoriyada tapa bilərsiniz.
Məhsulların anbardan çıxışını Barkod skanerlərlə asan idarə etdinizsə, növbəti mərhələ müştəridən ödənişin qəbuluna gəlir. Müasir dövrdə nağdsız ödənişlərin verdiyi rahatlığın fərqindəyik, cibimizdə əskinaz daşımaq əvəzinə asanlıqla bir toxunuşla kartla rahat ödəniş edə bilirik. Bəs bu ödənişləri hansı cihazlar edir?
Əlbəttə ki, pos terminallar və ya kart oxuyucuları. Kart oxuyucuları kart əməliyyatlarını emal edən ödəniş terminallarıdır. Bəzi kart oxuyucular həmçinin smartfon pul kisələrindən təmassız ödənişləri qəbul etməyə imkan verən yaxın sahə rabitəsi (NFC) texnologiyasına malikdir. Kart oxuyucusu seçərkən kartı və kontaktsız ödənişləri emal edə biləcək konfiqurasiyada olan birini seçməyiniz məsləhətdir.
Əgər müştərilərinizin əksəriyyəti nağd ödənişlərə üstünlük verirsə o zaman obyektinizdə kassa apparatları (Cash drawer) olması mütləqdir. POS avadanlıqları siyahısına daxil olan bu avadanlıq kassada əsginasları saxlamaq üçün nəzərdə tutulub, kassa çəkməcəsində əsginasları dəyərinə görə ayıran qutular var ki, nağd pul əməliyyatı baş verdikdə bu qutular açılır, nağd pulu qəbul edib və qalığı asanlıqla geri vermək pul dövriyyəsini asan və tez idarə etməyə imkan yaradır.
Ödənişlərin qəbulu ilə bağlı işimizi bitirdik və keçirik ən son mərhələ müştəriyəyə – alış-veriş etdiyi qəbzin qaytarılmasına. Bu zaman dövrəyə qəbz printerləri (Receipt printer) girir. Çek printeri müştəriləriniz üçün kağız qəbzləri çap edən masaüstü kiçik printerlərdir. Bu qəbzlər alınmış əşyalar, məhsulun qiymətləri, vergi məbləğləri və əməliyyatın nə vaxt və harada baş verdiyi kimi faydalı məlumatları özundə əks etdirir.
Yekun olaraq POS avadanlığının daha bir növü olan ştrix kodlu etiket printeri (Barcode label printer) haqqında məlumat verək. Ştrix-kod etiket printeri, adətən stiker kağızına ştrix-kod etiketlərini çap edən printerdir. Etiket printeri ilə siz hətta evdə belə məhsullarınız üçün ştrix kod etiketləri yarada bilərsiniz. Biznesə yeni başlayıb yeni məhsul və ya brend yaratmaq istəyənlər üçün əvəzolunmaz cihazdır.
Qeyd etdiyimiz bütün bu avadanlıqlar haqqında məlumat sadəcə ümumi giriş xarakterlidir. Hər hansı bir avadanlıq haqqında ətraflı məlumat əldə etmək istəsəniz İRİX komandasına müraciət edə bilərsiniz. Sizlərə dəstək olmaqdan məmnunluq duyuruq.