Komputer, server satışı Bakıda

 Kompüter haqqında məlumat

Günümüzün əvəzolunmazı sayılan kompüterlərsiz həyatımızı təsəvvür etmək artıq çox çətindir. Pandemiya dövründə kompüterlərin işlərimizi nə qədər idarə etdiyinin hamımız şahidi olduq. Evdən çıxmadan bir toxunuşla biznesimizi idarə etdik, məktəblilər dərs proqramından geri qalmamaq üçün kompüterlərə müraciət etdilər. Beləliklə, məktəblidən ən böyük iş sahibi olan biznesmenə kimi hamımız bu “sehirli qutu”dan bir növü asılı hala gəlmişik. Bəs ehtiyacımız olan kompüter növünü düzgün seçə bilirikmi?!

İlk öncə masaüstü kompüter, başqa sözlə PC-lərdən başlayaq.  Bildiyimiz kimi hər bir komponenti – mouse, klaviatura, monitor, korpus (keys) və s. ayrı-ayrılıqda bağlanan bir kompüter növüdür.

Üstünlüklərindən biri  onun qiymətidir ki, qrafiq dzaynla məşğul olan və ya oyun (gaming) kompüteri axtaran, lakin limitli büdcəsi olan müştərilər üçün masaüstü kompüterlər əvəzolunmaz variant ola bilər. Bundan əlavə, hər bir hissələrinin ayrılıqda performansının yüksəldilə bilməsi PC-lərin sahib olduğu ən böyük avantajdır. Stabil iş masası olanlar və mütəmadi iş prinsipində daha aşağı qiymətə təkmilləşdirmə, sürətləndirmə, fərdiləşdirmə, yaddaş artımı və daha çox emal gücü əldə etmək istəyənlər üçün masaüstü kompüter ən yaxşı seçimdir.

Personal kompüterlərin digər növü olan noutbuklara keçid alaq.

Noutbuklar rahat daşınan, bütün hissələri kompakt halda olan və kabelsiz işləyə bilən bir kompüter növüdür. Noutbukların təbii ki, masaüstü kompüterlərdən ən böyük fərqi rahat daşına bilməsidir ki çoxlarımız məhz buna görə noutbuklara üstünlük veririk. Bundan əlavə, masaüstü kompüterlərlə müqayisədə noutbuklar daha az enerji sərf edərək enerjiyə qənaət etməyə imkan yaradır.

Digər masaüstü kompüter növlərindən biri də Monobloklardır. Əsas üstünlüyü ondan ibarətdir ki, ölçüləri, tərtibatı və çəkisi baxımından o, adi LCD monitordan çox da fərqlənmir. Monoblok almaqla istifadəçi ilk növbədə sistemin tutduğu yerə xeyli qənaət etmiş olur.

Personal kompüter növlərindən və xüsusiyyətlərindən qısa da olsa məlumat aldınız, elə isə keçək biznes tipli kompüterlərə.

Belə tip kompüterlərə nümunə olaraq İş stansiyalarını (Workstation) qeyd edə bilərik. İş stansiyaları vacib texniki hesablama tələblərinə cavab vermək üçün xüsusi olaraq konfiqurasiya edilmiş kompüterlərdir.

İş stansiyası, əsasən bir istifadəçi üçün nəzərdə tutulmuş və qabaqcıl qrafik imkanlarına, böyük yaddaş tutumuna və güclü mərkəzi emal qurğusuna malik yüksək performanslı kompüter sistemidir. Mürəkkəb hesablamalar, böyük verilənlərin emalı, 3D modelləmə, simulyasiyalar kimi intensiv iş yüklərinin öhdəsindən gəlmək qabiliyyəti ilə seçilir. Qrafik dizaynerlər, video redaktorlar, Audio mühəndislər, Data Analitiklər üçün əvəz olunmaz avadanlıqlardan biridir.  İş stansiyası fərdi kompüterdən (PC) daha üstündür, lakin serverdən iş prinsipinə görə geri qalır.

O zaman Server nədir? Gəlin bu avadanlıq haqda biraz məlumat verək.

Biznes tipli avadanlıq sayılan Server adından da göründüyü kimi xidmət göstərən vasitədir. Kompüter bir istifadəçinin işlərinin icrasını nəzərdə tutulduğu halda Serverlər çox sayda istifadəçini dəstəkləmək üçün nəzərdə tutulmuş ofis kompüterləridir.

Böyük və ya kiçik müəssisələr məlumatların saxlanması, fayl mübadiləsi, e-poçt xidmətləri, verilənlər bazası idarə edilməsi kimi funksiyalar üçün Serverlərdən istifadə edə bilərlər. Serverlər müəssisələrə məlumatlarını təhlükəsiz saxlamağa, şəbəkə trafikini idarə etməyə və işçilərin məhsuldarlığını artırmağa imkan verir.

Yuxarıda qeyd olunan bütün bu kompüter avadanlıqlarının kəsintisiz işini təmin etmək üçün bizə enerji təminatı vacibdir. Lakin bəzi texniki nasazlıq hallarında enerjinin təchizatında problemlərlə üzləşə bilirik. Bu halda isə bizə dəstək olan cihazımız dövrəyə girir. Elektrik kəsilməsi və ya dalğalanmalar zamanı fasiləsiz enerji təchizatını təmin edən cihaz UPS-dir.  UPS, şəbəkə cihazları, serverlər, kompüter sistemləri, rabitə avadanlıqları, tibbi cihazlar və digər elektron avadanlıqlar kimi vacib və ya həssas sistemlərin fasiləsiz işləməsini təmin edən avadanlıqdır. Müəssisələr avadanlıqlarının fasiləsiz və problemsiz fəaliyyətini təmin etmək üçün mütləq şəkildə bu avadanlığa üz tuturlar.

Kompüter və server satışı

Kompüterlər sahəsi çox geniş və hər gün yenilənən sahə olduğu üçün bu haqda nə qədər danışsaq da, yenə də veriləcək məlumatlarımız bitməz. Bu səbəbdən, İRİX komandası olaraq hər bir istifadəçini kompüter və server satışı və digər xidmətlərimiz haqda maraqlandıran xüsusi sulları cavablandırmaq üçün Sizə hər zaman dəstək olmaqdan qürür duyuruq.

Göstərilir 1–12 nəticədən 140