Fototexnika

Foto Video kamera satışı Bakıda

Keyfiyyətli çəkilişlər etmək istəyirsiniz və buna görə Fotokamera, studiya avadanlıqları axtarışındasınız, amma onlar haqqında kifayət qədər məlumatınız yoxdur?
Led işıq, stabilizator və digər avadanlıqların nə üçün, necə istifadə olunduğunu öyrənmək istəyirsiniz, lakin  həddindən artıq seçim içində itirsiniz?
Bu məqalədə sizin suallarınızı cavablandıracayıq.
Müasir dövrümüzdə texnologiyanın yenilənmə və dəyişim sürəti ilə uzlaşmaq həm vaxt, həm də büdcə tələb edir. Bütün texnologiya avadanlıqları yeniləndiyi kimi, son onilliklər ərzində Fototexnikanın nə qədər irəli getdiyinin hamımız fərqindəyik.
Fototexnika sahəsində olanlar yenilikləri və trendi izləyərək seçimlərini rahat edə bilsələr də, bu sahəyə yeni başlayanlar üçün isə seçim etmək kifayət qədər çətin məsələdir. Bu çətin işdə İRİX komandası olaraq hər zaman Sizlərə bacardığımız dəstəyi vermək üçün çalışırıq.
Əgər Siz bu sahəyə yeni başlamısınız və ya daha cazibədar, keyfiyyətli çəkilişlər edərək şəxsi qalereyanızı zənginləşdirmək istəyirsiniz, ancaq büdcənizə uyğun avadanlığı seçməkdə çətinlik çəkirsinizsə, o zaman mətni diqqətlə oxuyun.

Foto Video kamera

Hər birimiz üçün maraqlı olan fotokameralardan başlayaq.
İlk öncə qeyd etmək istərdik ki,  Kamera seçərkən "daha bahalı daha yaxşı deməkdir" fikrinə düşməyin.
Kamera almağa qərar verməzdən öncə yalnız ehtiyaclarınıza və görmək istədiyiniz işə ən uyğun olanını dəqiqləşdirməlisiniz. Müxtəlif kamera növləri mövcuddur - ani (Polaroid), DSLR, hibrid, rəqəmsal və digər kameralar. Gəlin  bu kameraların kimlər üçün  daha çox uyğun olduğuna nəzər salaq.
DSLR, hibrid və rəqəmsal kameralar video çəkmək funksiyasına malik olsa da, ani kameralar (Polaroid) bunu edə bilmir. Ani kameralar yalnız fotoqrafiya üçündür, o, həmin xüsusi anların xatirələrini fiziki formada çəkir - fotoşəkil çəkildikdən dərhal sonra kağıza çap olunur.
Rəqəmsal kameralar fotoşəkilləri və ya videoları rəqəmsal formada yaddaş kartında saxlayan kameradır. Kompakt kamera olması ilə görüntünün necə əldə olunacağına kamera özü qərar verir və istifadəçinin buna o qədər də nəzarəti yoxdur. Bu, kameralar ayrıca linzaların və ya digər aksesuarların alınmasını tələb etmədiyindən yeni başlayanlar həvəskarlar üçün uyğun seçim ola bilər.
DSLR kameralara professional və yarıprofessional kameralarar aiddir. Rəqəmsal kameradan fərqli olaraq, DSLR kameralar böyükdür. İstifadəçi istədiyi mənzərəni əldə etmək üçün parametrləri dəyişə bilər. DSLR kameradan istifadə təcrübə və çoxlu bilik tələb edir. Misal olaraq, Canon foto kameralarını gətirmək olar.
Kameraların növləri haqda məlumatlanıb ehtiyacınız olduğunu müəyyənləşdirdinizsə, o zaman professional kameraların  komponentlərinə keçid alaq. Kameraların zəruri hissəsi olan Obyektivlərin önəmi nədir?

Foto Video kamera obyektivləri

Kamera obyektivi kamera sisteminin vacib komponentidir və işığı fokuslayaraq təsviri yaratmağa kömək edir. Linzalar müxtəlif fokus uzunluqlarına, diaframlara və optik xüsusiyyətlərə malik ola bilər. Linzalar və ya obvektivlər təsviri kəskinləşdirir, perspektivi dəyişdirir və yaxın və ya uzaq obyektləri aydın görmək üçün fokus uzunluğunu tənzimləyir.
Müxtəlif fotoqrafiya və ya video çəkiliş ehtiyacları üçün müxtəlif növ linzalar istifadə edilə bilər. Obyektiv seçiminizdən asılı olaraq, kameranızın funksionallığı aşağı sala və ya yüksəldə bilərsiniz.

Stabilizatorlar

Obyektivdən sonra kamera aksesuarları arasında ən çox maraq doğuran və önəmli olan avadanlıq təbii ki Stabilizatorlardır.
Yığıncaqlar zamanı, xüsusi çəkilşlərdə də böyük ehtimal bir çoxumuz Gimbl adlanan kamera aksesuarını  görmüşük.
Gimbl və ya stablızator da adlandıra biləcəyimiz bu avadanlıq çəkiliş zamanı yarana biləcək sarsıntıları, oynamaları aradan qaldırır. Bu şəkildə videolarınızdan daha aydın, keyfiyyətli görüntü ala biılirsiniz. Əsasən, səyahət, ekstrim,  hərəkətli video çəkilişlərdə Gimbl sizin üçün əvəz olunmaz avadanlıq olacaqdır.
Gəldik əsas məsələyə. Kameranız, obyektiviniz nə qədər keyfiyyətli olursa olsun, əgər məkanın işıqları qənaətbəxş deyilsə, çəkdiyiniz video və şəkillərin keyfiyyətindən, təəssuf ki, danışmağa ehtiyyac qalmayacaq. İşqlar dedikdə nələri nəzərdə tuturuq? Təbii günəş işığı, onun məhdud olduğu yerlərdə isə istər görünüşü ilə, istərsə də funksionallığı ilə diqqətimizi çəkən studiya Led işıqlarınan bəhs edirik.

LED işıqlar

Kameranın yerləşdiyi mühitin kifayət qədər işıq olmadığı vəziyyətlərdə LED işıqlarından istifadə etməklə daha yaxşı görüntü keyfiyyəti əldə edə bilərsiniz . LED işıqlar tənzimlənən parlaqlıq səviyyələri və rəng temperaturları ilə müxtəlif işıqlandırma effektləri təqdim etməkdədir. LED işıqları video çəkiliş, portret fotoşəkili, studiya işi və gecə çəkilişi kimi vəziyyətlərdə istifadə edilə bilir.
Foto video kamera və avadanlıqlarını xüsusi həssaslıqla seçdiyiniz kimi, onların təhlükəsiz  və rahat daşınmasını da təmin etməyiniz bir o qədər vacibdir.

Fotoaparat çantası

Kameraların, linzaların, aksessuarların və digər avadanlıqların daşınması üçün xüsusi çantalara ehtiyac var. Fotoaparat çantaları tənzimlənən arakəsmə panellərinə malikdir. Beləliklə, Siz linzalar, foto video kamera body-ləri, flaşlar və digər aksessuarları bir-birinə toxunmadan asanlıqla yerləşdırə bilərsiniz.
Bu çantalar avadanlığın təhlükəsiz daşınmasını, səliqəli şəkildə saxlanmasını və asanlıqla əlçatan olmasını təmin etməklə istifadəçilərə praktiklik və qorumanı təmin edir.
Təqdim etdiyimiz məlumatlar foto avadanlıq seçimi üçün sadəcə giriş məqsədlidir. Daha ətraflı foto video kamera haqıında məlumat almaq istəsəniz İRİX komandası ilə əlaqə saxlamanız, ya da aşağıda şərhlər bölməsinə istəklərinizi qeyd etməyiniz kifayətdir.
Unutmayın ki, kamera yalnız istedadlı fotoqrafın əlində sehrli çubuğa çevrilən ruhsuz bir alətdir :) Fotoda ətrafınızdakı dünyanın necə görünəcəyi Sizə bağlıdır.

Foto Video kamera avadanlıqlarının sifarişini qəbul edirik və qısa zamanda çatdırırq.

Göstərilir 1–12 nəticədən 22