Giriş: Əgər mövzu kompüter və noutbukdursa Lenovo Bakıda satışda olan ən çox satılan iki markadan biridir demək olar.

Tarixi: "Lenovo Group Limited" Çinin kompüter şirkətidir. 2011-ci ilin sonuna olan məlumata əsasən, dünyanın ən böyük beş fərdi kompüter istehsalçısı (HP, Lenovo, Dell, Acer, Asus) arasında ikinci yerdə qərarlaşıb. Honkonqda qeydiyyatdan keçirilib, qərargahı Nyu-York ştatının Perçeyz şəhərində, əsas əməliyyat ofisləri Pekin (Çin) və Roli (ABŞ, Şimali Karolina) şəhərlərində yerləşir. Hazırda şirkətdə çalışan əməkdaşların sayı 21 mini ötür.
Şirkətin əsası 1984-cü ildə Çin Elmlər Akademiyasının vəsaiti hesabına çinli alimlər qrupu tərəfindən qoyulub. Şirkətin ilkin adı "New Technology Developer Incorporated" olub. 2 il sonra isə "Legend" adlandırılıb.
Şirkət yaranma anından etibarən milyonlarla çinlinin həyatını dəyişdirə bildi. O, kompüter texnikasının Çinə tədarük edilməsi ilə məşğul olurdu. Bundan əlavə, bu şirkət sistem proqram təminatını ingilis dilindən Çin heroqliflərinə tərcümə edən "Legend Chinese Character Card" adlı yenilikçi qurğu yaratdı və bir sıra digər inqilabi uğurlar əldə etdi. Məsələn, bir düyməyə sıxmaqla internetə çıxış imkanı təmin edən fərdi kompüter yaratmışdı.

"Legend" şirkəti keçən əsrin 90-cı illərinin əvvəlində öz fərdi kompüter modelini istehsal etdi. 2 il sonra şirkətin birinci noutbuku işıq üzü gördü. 1996-cı ildə birinci server yaradıldı. Ümumiyyətlə, XX əsrin 90-cı illəri – bu şirkətin sürətli inkişaf dövrü sayılır. "Legend" şirkəti əvvəlcə Asiya regionunda (gələcəkdə Sakit okean) aparıcı təchizatçıya, daha sonra isə ən böyük kompüter istehsalçılarından birinə çevrildi.
1994-cü ilə "Legend" şirkətinin səhmləri Honkonq fond birjasına çıxarıldı. Şirkət 4 il sonra milyonuncu fərdi kompüterini istehsal etdi. 2003-cü ildə "Legend" şirkəti ticarət markasının adını "Lenovo" adına dəyişdirdi. 2004-cü ildə isə şirkətin adı "Lenovo" adına dəyişdirildi. "Lenovo" şirkəti 2004-cü ilin dekabrında Amerikanın "IBM" korporasiyasının FK istehsal edən bölməsini 1.25 milyard dollara satın almasını elan etdi. Saziş 2005-ci ilin mayında tamamlandı. Sazişin şərtlərinə əsasən, "Lenovo" şirkəti 2010-сu ilədək "IBM" brendindən istifadə edə bilərdi.
Şirkət 2005-ci ildən dünya bazarında "IBM" ticarət markasından fəal şəkildə istifadə etməyə başladı. "IBM" ticarət markası dünyanın bütün istehlakçılarına tanış idi, lakin "Lenova" ticarət markasını yalnız Asiya bazarında tanıyırdılar. 2008-ci ildə keçirilmiş Yay Olimpiya oyunları isə bu vəziyyəti dəyişdirərək "Lenova" ticarət markasını "IBM"-dən müstəqil, dünya səviyyəli marka kimi tanıtdı. Hazırda bu şirkətin məhsulları yalnız "Lenova" ticarət markası altında istehsal edilir.
Şirkət smartfon bazarında da özünü sınadı. Lakin 2008-ci ilin əvvəlində "Lenovo Mobile Communication Technology" bölməsi "Hony Capital" şirkətinə satıldı. Bununla belə, şirkət 2009-cu ilin sonunda mobil biznesini geri satın aldı.
2010-2011-ci maliyyə ilinin üçüncü rübündə "Lenovo" və "NEC" şirkətləri "NEC Lenovo Japan Group" adlı birgə bölmə yaratdılar. 175 milyon dollar həcmində qiymətləndirilmiş sazişə əsasən, "Lenovo" şirkəti birgə müəssisənin 51 faizinə, "NEC" isə 49 faizinə sahib oldu.
"Lenovo" şirkəti 2011-ci ilin iyununda Qərbi Avropada FK, multimedia qurğuları, mobil rabitə xidmətləri və istehlak elektronikası seqmentlərində lider mövqedə qərarlaşmış Almaniyanın "Medion" şirkətini satın aldı. Şirkətin nümayəndələri bildirmişdilər ki, bu satınalma şirkətin Almaniyada bazar payının 14 faizədək artırmasına imkan yaradacaq.
"Lenovo" şirkətinin əsas səhmdarları Çin Elmlər Akademiyasının nəzarəti altında olan "Legend Holdings Ltd" (42 %), amerikanın "IBM" (8,82 %) korporasiyası, amerikanın "Texas Pacific Group", "General Atlantic LLC" və "Newbridge Capital LLC" (10,1 %) fondlarıdır.
Şirkətin direktorlar şurasının sədri Yan Yuansindir (Yang Yuanqing).

Məhsullar: Lenovo markasının aşağıdakı məhsullarını biz idxal edə bilirik.

Lenovo masaüstü kompüterlər:

Lenovo noutbuklar:

Lenovo monobloklar:

Lenovo monitorlar

Showing all 2 results

Show sidebar

Lenovo V130-15IKB noutbuk

Lenovo V130-15IKB noutbuk; Core i3-7020U 2.3GHz- 3.10GHz, 3 mb cashe; Intel® HD Graphics 620; 4GB DDR4; 1tb HDD; 15.6″ HD TN (1366×768)