Giriş: Kompüter avadanlıqları markası deyiləndə ağıla gələn 3 dünya markasından biri HP markasıdır. Dünyada olduğu kimi HP bakıda və Azərbaycanın digər bölgələrində də çox məşhurdur. Keyfiyyətli məhsulları ilə özünü doğrultmuş HP məhsullarının ölkəmizə idxalı və distributorluğu ilə məşğul olan şirkətlərdən biri də bizim şirkətimizdir. Təqdim etdiyimiz bütün məhsulları özümüz idxal etdiyimiz üçün bu məhsulların həm topdan, həm korporativ həm də pərakəndə satışını həyata keçirdə bilirik. Hp məhsulları və qiymətləri ilə daha yaxından tanış olmaq üçün bizim əməkdaşlarla əlaqə saxlamağınız və ya sorğu göndərməyiniz kifayətdir.

HP tarixi: HP kimi tanınan Hewlett-Packard şirkəti mərkəzi ABŞ-da olan böyük beynəlxalq bir şirkətdir. HP 1939-cu ildə elektrik mühəndisliyi üzrə təhsil alan iki tələbə Vilyam Hyulet və Devid Pakkard tərəfindən yaradılıb. Onlar bacarıqlarını müxtəlif məhsullar üzərində sınamaq üçün texnoloji cihazlar hazırlayan şirkət yaratmaq qərarına gəlirlər. Bu şirkətin adını isə öz soyadlarının baş hərflərinin birləşməsindən yaradırlar. HP ilk satışını Disney Film Studiyasının sifarişi ilə audio tezlik tənzimləyici cihazı ilə həyata keçirir.

Şirkət öz fəaliyyətinin genişləndirməyə macal tapmamış İkinci Dünya Müharibəsi başlayır. Amma müharibə onların çalışmasına mane olmur. İstehsalını dayandırmayan şirkətin cihazları ABŞ ordusunda böyük əhəmiyyət qazanır. HP ABŞ-ın Hərbi Araşdırmalar Mərkəzi ilə birlikdə Antiradar texnologiyası üzərində çalışmağa başlayır. Müharibədən sonra isə Hyulet şirkətin istehsal, Pakkard isə biznes tərəfini idarə edir. Koreya müharibəsində ABŞ-a bir çox hərbi texnoloji qurğular satan şirkət külli miqdarda gəlir əldə edir.
Sonralar tibb sahəsində texnoloji qurğuların da istehsalına başlayır. Davamlı şəkildə hərbi və tibb sahəsindəki məhsullarını inkişaf etdirir. Hərbi sistemlərin getdikcə elektronlaşdığı bir dövrdə HP öz yenilikləri ilə ABŞ ordusunu daima inkişaf çarxında saxlayır. Təsadüfi deyildir ki, ABŞ-ın 37-ci prezidenti Riçard Pakkardı Müdafiə Nazirinin müavini vəzifəinə təyin edir. Pakkard da öz növbəsində HP-nin köməyilə F16 və A10 döyüş qırıcılarının hazırlanması prossesinə böyük töhfə verir.
Daxil olduğu sektorlarda uğurla irəliləyən  şirkət kompüter sahəsini də genişləndirmək qərarına gəlir. 1966-cı ildə şirkət daxili əməliyyatların aparılması üçün hazırladıqları kompüterin dəyişdirilmiş versiyasını HP 3000 adı ilə satışa çıxarır. Həmin dövrdə şirkətdə çalışan gənc mühəndisin şəxsi kompüter modeli yaratmaq təklifi Pakkard tərəfindən rədd edilir. Lakin bu qərarla böyük səhvə yol verdiklərini anlayan Hyulet və Pakkard 1980-ci ildə ilk kompüter HP 85-i satışa buraxır. Cihaz uğursuz alınır. Ardınca satışa buraxılan HP 150 modeli də xələfi kimi heç bir uğur qazanmır.
Şirkətin ilk İT sahəsindəki uğuru kompüter yox, printer olur. 1984-cü ildə satışa buraxılan HP LaserJet ən çox satılan məhsullardan olur. 90-cı illərin başlanğıcında HP yeni kompüter nəslinə uyğunlaşa bilmir və şirkətin dəyəri get gedə azalır. Amma Pakkard böyük dəyişikliklər edir. HP-nin yeni biznes planını hazırlayır. Bu prosesdən sonra şirkət dünyadakı üç ən böyük kompüter istehsalçılarından  birinə çevrilir. 2001- ci ildə HP İntel ilə birgə ilk 64bit mikroprosessor hazırlayır. Artıq kompüter sahəsində də davamlı inkişaf dövrü başlayan şirkət 2007-ci ildə yüz milyard dollar illik gəlir əldə edən ilk texnoloji şirkət adını qazanır.
Telefon və tablet bazarına girən şirkət bu sahədə bir neçə şirkəti öz daxilinə qatsa da həmin investisiyalar uğursuz olur. Eyni zamanda şəxsi kompüter sahəsində tələbatın kəskin azalması və noutbuklar sahəsində rəqiblərin çoxluğu HP-yə mənfi təsir göstərir. Bu səbəbdən smartfon və tablet istehsalını dayandıran HP idarəçiləri iflas etmədən şirkəti bölmək qərarına gəlirlər. 2015-ci ildə iki fərqli şirkətə bölünürlər. Həmin tarxdən etibarən birinci şirkət HP İncorporate kompüter satışı ilə məşğul olur, ikinci şirkət isə Hewlett Packard Enterprise, şirkətlər üçün xüsusi serverlər, servislər və proqramlar təminatı təklif edir. Hər iki qurum öz sahəsində hal hazıradək uğurla çalışır.

Showing 1–12 of 14 results

Show sidebar

Hp 15-bs089nia

HP 15-bs089nia - Intel Core i5, 4GB, 500gb, 15.6" HD (2CJ81EA) 1 il zəmanət

HP 15-bs171nia

HP 15-bs171nia 3QQ57EA - Intel Core i5, 4GB, 1TB, 15.6" HD (3QQ57EA) 1 il zəmanət

HP 15-ef0875ms

HP 15-ef0875ms, AMD Ryzen™ 7 3700U with Radeon™ RX Vega 10 Graphics (2.3GHz base clock, up to 4.0GHz max boost clock, 6MB cache, 4 cores), 12GB DDR4, 256GB M.2 SSD, 15.6" Touchscreen,  Webcam, Win10, Gümüşü, 1 il zəmanət

HP Color LaserJet Pro MFP M181fw

HP Color LaserJet Pro MFP M181fw, rəngli çap etmə, surətçıxarma, skan, faks, A4, 16ppm, 600x600dpi, USB 2.0, WiFi, Ethernet, 1 il zəmanət

HP Color LaserJet Pro MFP M477fdw

HP Color LaserJet Pro MFP M477fdw, lazer rəngli çap etmə, surətçıxarma, skan, faks, e-mail,  A4, 28ppm, 600x600dpi, USB 2.0, İnternet, WiFi, 1 il zəmanət

HP Color LaserJet Pro MFP M477fnw

HP Color LaserJet Pro MFP M477fnw, lazer rəngli çap etmə, surətçıxarma, skan, faks, e-mail,  A4, 27ppm, 600x600dpi, USB, İnternet, 1 il zəmanət

HP DeskJet 2130

HP DeskJet 2130, Termik cərəyan, rəngli çap etmə, surətçıxarma, skan, faks, A4, 7.5ppm, 1200x1200dpi, USB, 1 il zəmanət

HP LaserJet P2035

HP LaserJet P2035, lazer monoxrom çap etmə,  A4, 30ppm, 600x600dpi, USB 2.0, 1 il zəmanət

HP LaserJet Pro M102a

HP LaserJet Pro M102a, çap etmə, A4, 22ppm, 600x600dpi, USB 2.0, WiFi, 1 il zəmanət

HP LaserJet Pro MFP M130a

HP LaserJet Pro MFP M130a, çap etmə, surətçıxarma, skan, A4, 22ppm, 600x600dpi, USB 2.0, 1 il zəmanət

HP LaserJet Pro MFP M227sdn

HP LaserJet P2035, lazer monoxrom çap etmə,  A4, 30ppm, 600x600dpi, USB 2.0, 1 il zəmanət

HP OfficeJet 7510

HP OfficeJet 7510, Thermal InkJet çap etmə, surətçıxarma, skan, faks, A4, 15ppm, 600x600dpi, USB 2.0, İnternet, WiFi, 1 il zəmanət