Məxfilik Siyasəti

Bu sənəddə qeyd olunan şərtlər, www.irix.az saytı ilə Veb-saytın istifadəçisi arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.

www.irix.az veb-saytının “Konfidensiallıq Siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

www.irix.az veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.