İstifadə razılaşması

           Bu İstifadə Razılaşması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun, “Elektron ticarət haqqında” Qanunun, “Fərdi məlumatlar haqqında” Qanunun,  “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun, digər qanunvericilik aktlarının əsasında hazırlanmışdır və  www.irix.az saytının istifadəsi ilə bağlı İstifadəçilər ilə Şirkət arasında olan elektron qaydada məhsulların satın alınması sahəsində münasibətləri tənzimləyir.

1.Razılaşmada istifadə edilən anlayışlar

1.1. Veb-sayt- İnternet şəbəkəsində www.irix.az ünvanında yerləşdirilmiş internet-resursudur.

1.2. Şirkət- “IRIX” Məhdud Məsuliyyətli Cəmiyyəti (qısa olaraq “IRIX” MMC, hüquqi ünvanı: Bakı şəh., Nəsimi rayonu,Şamil Əzizbəyov 140. VÖEN: 1403502281.

1.3. İstifadəçi- Hazırki Razılaşmanın şərtlərini qəbul etmiş və veb-saytdan istifadə edən istənilən fəaliyyət qabiliyyətli şəxsdir.

2.Ümumi şərtlər

2.1. Hazırki İstifadəçi Razılaşması ictimai ofertadır.

2.2. Hazırki İstifadəçi Razılaşması (bundan sonra Razılaşma adlanacaq) İstifadəçilərin www.irix.az veb-saytından istifadəsi şərtlərini müəyyən edir.

2.3. İstifadəçi Veb-saytdan istifadə etməzdən əvvəl Razılaşmanın şərtləri ilə tanış olur. İstifadəçi hazırki Razılaşmanın şərtləriylə və ya ona edilmiş dəyişikliklərlə razılaşmadıqda, veb-saytta girişdən imtina etməli, veb-saytın xidmətlərindən istifadəni dayandırmalıdır. İstifadəçi Veb-saytdan istifadəni davam etdirdiyi təqdirdə Razılaşmanın şərtlərini avtomatik olaraq qəbul etmiş sayılır və veb-saytın xidmətlərindən istifadə üzrə təlimatlara riayət etməsinə dair şərtləri və öhdəlikləri qəbul edir.

2.4. “ATC” və “RS IT Solutions” bir törəmə şirkətləridir və bu şirkətlər “IRIX” MMC-yə məxsusdur. Veb-saytda əks olunan məlumatlar və materiallar üzərində olan hüquqular müstəsna olaraq Şirkətə məxsusdur.

2.5. Şirkətin hazırki Razılaşmaya istənilən vaxt birtərfli olaraq dəyişiklik etmək, silmək  və ya yeni Razılaşma qəbul etmək hüququ var.

3. Veb-saytdan istifadə qaydaları, Tərəflərin öhdəlikləri və məsuliyyəti

3.1. Veb-saytda qeydiyyat könüllüdür. Şirkət İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.

3.2. İstifadəçi veb-saytın resurslarından daha geniş istifadə edə bilməsi üçün qeydiyyatdan keçə bilər.

3.3. İstifadəçi qeydiyyat zamanı boş xanalara tələb olunan məlumatları qeyd edir.

3.4. İstifadəçi qeydiyyat zamanı öz şifrəsinin gizliliyini saxlamağı öz öhdəsinə götürür və onun istifadəsi və təhülkəsizliyi ilə bağlı hərəkətlərə, eləcə də İstifadəçinin şəxsi kaibnetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçinin öz şəxsi kabinetinə icazəsiz girişdən şübhələnməyə dair əsası varsa, İstifadəçi öz şifrəsini sərbəst şəkildə dəyişməyi öz öhdəsinə götürür.

3.5. Şirkət öz mülahizəsi üzrə İstifadəçinin hazırki Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququ var.

3.6. İstifadəçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun, “Elektron ticarət haqqında” Qanunun, “Fərdi məlumatlar haqqında” Qanunun,  “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun, digər qanunvericilik aktlarının və o cümlədən hazırki Razılaşmanın tələblərinə əməl etməli və əməl etmədiyi halda buna görə məsuliyyət daşıyacaq.

3.7.İstifadəçi veb-saytdan istifadə etməklə mülki dövriyyəsi qanunvericiliklə məhdudlaşdırılmayan və qadağan edilməyən mallar əldə edə bilər.

3.8. İstifadəçilər veb-saytdan istifadə zamanı mallara dair zəmanət şərtləri, o cümlədən malların dəyişdirilməsi, qaytarılması və digər bu kimi qaydalar barədə məlumatlar ilə veb-saytda yerləşdirilmiş “Zəmanət” bölməsindən tanış ola bilərlər.

3.9. İstifadəçilər tərəfindən veb-saytda intellektual mülkiyyət hüququnu pozan, böhtan, hədə-qorxu, cəmiyyətə və dövlətə qarşı açıq çağırışlara sövq edən, təhqiramiz, nalayiq, təhrikçi, pornoqrafik xarakter daşıyan, şəxslərin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl yetirən məlumat və materialların və ya Azərbaycan Respublikası qanunvericiliyini pozan və qanunsuz davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa məlumat və materialların yerləşdirilməsi və ya verilməsi qəti qadağandır. Bu kimi neqativ hallar baş verərsə, Şirkət tərəfindən  dərhal hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

3.10. Bu veb-saytdan istifadə ilə əlaqədar yaranan, o cümlədən Razılaşmada tənzimlənməyən münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.

4. Kukilər və Spam

4.1. Veb-sayt informasiyanın saxlanılması üçün kukilər fayllarından və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək və veb-sayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədiylə istifadə olunur.

4.2. Spam alanlar tərəfindən kütləvi, icazə verilməyən və (və ya) gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.

5. Yekun müddəalar

5.1. Mübahisələrin yarandığı halda Tərəflər danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Mübahisələr danışıqlar (məhkəmədənkənar) həll edilmədiyi təqdirdə məsələnin həlli üçün Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə baxılması üçün müraciət olunur.

5.2. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

5.3. İstifadəçi təsdiqləyir ki, hazırki Razılaşmanın bütün bəndləri ilə tanış olmuşdur və onları tam həcmdə qəbul edir.