Samsung

Mobil dünyanın krallarından biri olan “Samsung”-un hekayəsi çox daha əvvəllərə gedib çıxsa da, şirkət nəhəng mobil və elektronika imperatorluğu qurmağı bacarıb. 1938-ci ildən bu vaxta kimi təkamül dövrü keçirən şirkət, mobil və elektronika sahəsindən başqa digər sahələrə də yenilik gətirib. “Samsung” enişlər və çıxışlarla dolu bir keçmişə sahibdir.
Gəlin indi də “Samsung” dünyasına səyahətə çıxaq.

1938-ci ildə Lee Byung-Chul tərəfindən əsası qoyulan “Samsung” dünyanda elektronika satışı ilə məşğul olan nəhəng Cənubi Koreya şirkətidir. Bu şirkət 1969-cu ildən fəaliyyət göstərir,  mərkəzi isə Cənubi Koreyanın Seul şəhərində yerləşir.

Qurulduğu andan etibarən Lee Byung-Chul yeni şirkətin çox daha böyük bir şeyin başlanğıcı olduğuna inanırdı. Şirkətin ad seçimi də bu inancı əks etdirirdi. Koreya dilində sam – üç və sung -ulduzlu sözlərinin birləşməsindən əmələ gələn “Samsung” və üç ulduz simvolu böyük və hədsiz gücü təmsil etmək deməkdir.

Nə qədər qəribə səslənsə də şirkət ilk olaraq yaxın ölkələrə qurudulmuş balıq, tərəvəz və meyvə satmaq məqsədilə qurulub. Daha sonrakı illərdə un dəyirmanları və şəkər maşını da işlətməyə başlayan firma, istehsal sahələrini genişləndirib və 70-ci illərə doğru ağır sənaye sahəsinə investisiya yatırmağa başlayıb.

Məhsul müxtəlifliliyi və keyfiyyət önəmli olduğu kimi marketinq də önəm sayılır. Gəlmiş keçmiş ən yaxşı məhsulu istehsal edə bilərsiniz amma bundan heç kimin xəbəri olmasa bu sizə heç nə qazandırmaz. “Samsung” xalqın maraq dairəsinə girmək üçün reklam və marketinqə tonlarla pul xərcləyir və məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir. Təsis ediləndən sonra “Samsung” logosu sadəcə üç dəfə dəyişilir. 1993-cü ildə hazırlanan logo sabit qalır. Şirkətin loqotipində üç qırmızı ulduz əks olunmuşdu. Amma “Samsung” rəhbərliyi əvvəlki loqotipi beynəlxalq korporasiyanın imicinə uyğun gəlmədiyini əsas götürərək onu dəyişdirdi. Məhz onda müasir emblem işıq üzü gördü – içərisində firmanın adı yazılmaqla dinamik əyilmiş göy ellips. Əla dizayn və genişmiqyaslı reklam kampaniyası öz işini gördü. Loqotip dünyada ən tanınanlardan biri oldu. Aparıcı ali məktəblərin tələbə reklamçıları bu gün xüsusi uğurlu rebrendinq nümunəsi kimi Samsung loqotipinin dəyişməsini öyrənirlər. Şirkət nümayəndələrinin versiyasına görə loqotipin ellips forması yenilənmə və təkmilləşdirmə ideyasını dəstəkləyərək dünya sahəsində hərəkəti simvollaşdırır. Şirkət 2013-cü ildə reklam üçün tam 4 milyard dollar xərcləyib. Ümumi marketinq üçün isə şirkətin kassasından əlavə 5 milyard dollar çıxıb.

“Samsung” tərəfindən bazara çıxarılan ilk elektronika məhsulu 1970-ci ildə istehsal edilən “Samsung-Sanyo” ağ-qara televizorudur. Şirkət illər keçdikcə müştərilərə fərqli məhsullar təqdim etməyə davam etdi və 1986-cı ildə istehsal etdiyi telefonla mobil sahəyə qoşuldu. “Samsung”-un televizor cəhdləri yaxşı qarşılandı, ancaq şirkətin ilk telefonu bəyənilmədi və bunun nəticəsi olaraq satışlar zəiflədi.

1996-cı ildə CDMA texnologiyasından istifadə edən ilk telefon olan SCH-100 modelini bazara çıxır. Geriyə dönüb baxdıqda, məhdud və GSM ‘dən daha zəif texnologiya kimi görünən standartı ilk istifadə etmək önəmsiz kimi görünsə də həmin vaxtlar CDMA, yeni texnologiya kimi GSM ‘dən daha çox üstünlüyə malik idi.

Gear ailəsi 3G modelləri ilə telefona qoşulmadan mesaj və zəng etməyə imkan versə də, saat-telefon istehsal etmək cəhdləri çoxdan var idi. Şirkət 1999-cu ildə kobud görünüşlü Samsung SPH-WP10 ilə saat-telefon anlayışını istifadəçilərə təqdim etmişdi. Bu saat-telefon, vaxtı göstərməklə yanaşı, 90 dəqiqəlik telefon danışığına imkan verirdi. Arxadan işıqlandırmaqla tək rəngli LCD ekrana sahib olan saatın, kontaktlarınızı axtarmaq üçün səsli əmr funksiyası belə var idi.

“Samsung” ilk ağıllı telefonu istehsal edən şirkət olmaya bilər, amma bazarın ilk aqressiv oyunçularından biri idi. Şirkət 2001-ci ildə ABŞ bazarına rəngli ekrana sahib ilk “PDA telefonu” çıxartdı. SPH-i300 adlandırılan cihaz Sprint ‘in 3G şəbəkəsi üçün hazırlanmış ve Palm OS ilə işləyirdi. Həmçinin zəng etmək üstünlüyü ilə yanaşı normal PDA ‘nın bütün funksiyalarını təqdim edirdi. Bu cəhətdən SPH-i300, “Samsung”-un ABŞ bazarı üçün istehsal etdiyi ilk ağıllı telefon sayıla bilər.

“Samsung” şirkəti “CES 2014” sərgisində yeni 85 düym diaqonallı elastik “Samsung Bendable TV” məhsulunu təqdim edib. İzləyici idarəetmə pultu vasitəsilə televizoru istənilən bucağadək əyə bilər. Texniki olaraq, televizor LED işıqlaması əsasında işləyir. Şirkət növbəti dəfə dünyada televizorların satışı üzrə hamını qabaqlayaraq ardıcıl səkkiz ildir liderliyini qoruyur. Şirkət “Mobile World Congress” konfransında “Galaxy S5” smartfonunu nümayiş etdirdi. Barmaq izlərinin skaneri, nəbz ötürücüsü və kamera artıq satışa çıxarılan aparatda ən nəzərəçarpacaq yenilik olub. Bundan başqa, “Galaxy S5” smartfonu sələflərindən fərqli olaraq, toz və sukeçirməzdir.

2013-cü ilin sentyabrında “Galaxy Gear” adlandırılan smart saatların birinci nəsli təqdim olunmuşdu.Bu il isə “Samsung” şirkəti Barselonada keçirilən mətbuat konfransında “Gear” “ağıllı” saatlarının ikinci nəslini təqdim edib: “Gear 2” və “Gear 2 Neo”. “Gear 2” smart saatı daxili iki meqapiksel təsvir ölçülü kamera ilə təchiz edilib, “Gear 2 Neo”nun çəkisi 55 qr, “Gear 2” isə 68 qr-dır.Yeni saatları sələfindən fərqləndirən əsas cəhət əməliyyat sistemidir. Yeni qurğular “Tizen” sistemi ilə işləyir, halbuki birinci nəsil cihazlar “Android” platforması ilə işləyir. “Tizen” əməliyyat sistemi “Linux” nüvəsinə əsaslanır. Qurğu nəbz ötürücüsü ilə təchiz edilib, bundan başqa, saat toz və sudan qorunub.

“Samsung” şirkəti həmçinin “Bluetooth” vasitəsilə uzaq məsafədən idarə olunan “Smart Bulb” adlı smart lampa təqdim edib. Lampa xüsusi mobil tətbiq vasitəsilə bir otaqda və ya bütün evdə işıqlandırmanı idarə etməyə imkan verir. “Smart Bulb”un sahibi tətbiq vasitəsilə 10-100% nominal güc diapazonunda lampanın işıqlanma parlaqlığını tənzimləmək, həmçinin işığın rəng temperaturunu dəyişdirə bilər.

Bəziləriniz bu məlumatı bilsə də bilməyənlər üçün qeyd edək ki, Samsung sadəcə elektronika ve mobil texnologiya sahəsindən ibarət deyil. Samsung Group, Koreya birjasının əsas bazarında 59 siyahıya alınmamış və 19 siyahıya alınmış şirkətə sahibdir. Bu şirkətlər inşaatdan maliyyə xidmətlərinə, gəmiqayırmadan tibbə qədər bir çox sahədə fəaliyyət göstərir. Şirkət, Koreya daxil olmaqla  təqribi 80 fərqli ölkədə 370.000 adamı işlə təmin edir.  İdarə heyətinin sədri Lee Kun-Hee’dir. “Samsung” müxtəlif şirkətlərdən ibarətdir, amma bunlardan ən önəmlisi isə sözsüz ki, “Samsung Electronics” Co., Ltd-dir. 1999-cu ildə “Samsung Electronics” məişət elektronikasının istehsalı sahəsində Forbes Global jurnalı mükafatı ilə təltif edildi. Hazırda “Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısıdır. Mənzil-qərargahı Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır.

Lee Kun-hee 1993-cü ildə şirkətin əsas məqsədlərindən biri olan keyfiyyətli məhsul istehsal etməyə həvəsləndirmək üçün yeni idarəetmə fəlsəfəsi təklif etdi. Lee Kun-hee 1995-ci ildə məhsulların keyfiyyəti və bu sahədəki dəyişikliyin azlığından narazılığını əsəbi formada göstərdi. İstehsal müəssisələrindən birinə gedən Kun-hee çoxlu telefon, televizor, faks maşını və digər cihazları ağır çəkiclə dağıtmağa başladı. Hekayəyə göre Lee ‘nin təqribi 2.000 işçisi bu tarixi hadisəyə şahid olub. Həmin gün 50 milyondan çox dəyər yox olsa da yeni bir “Samsung” yarandı. Bundan sonra yeni idarəetmə dövrü başladı və sürətli böyümə ilə birlikdə global səviyyədə uğur qazanıldı.

Show sidebar

No products were found matching your selection.