MSI

Micro-Star International Co., Ltd (MSI) Tayvanın Yeni Taipei şəhərində yerləşən informasiya texnologiyaları şirkətidir. Şirkət istehlakçılara noutbuklar, masaüstü kompüterlər, anakartlar, qrafik kartları, All-In-PC, serverlər, sənaye kompüterləri, və s. təqdim edir.

Şirkət Hsu Xiang (aka Joseph Hsu), Huang Jinqing (aka Jeans Huang) və Lin tərəfindən təsis edilmiş və Tayvan Birjasında siyahının ilk yerlərində qərar tutmuşdur.

Əvvəllər MSI Beat IT kimi tanınan MSI Masters Gaming Arena bir sıra dəstək komandalarına sponsor olmuş və eyni zamanda beynəlxalq oyun tədbirinə ev sahibliyi etmişdir.

Məhsullar

Şirkət əvvəlcə nüfuzunu kompüter anakartları və qrafik kartlarını inkişaf etdirmək və istehsal etmək üzərində qurdu. Hal-hazırda isə noutbuk, masaüstü kompüter, monitor, anakart və qrafik kartlardan tutmuş, fərdi kompüterlərə, mobil iş stansiyalarına, serverlərə, IPC-lərə, multimediya qurğularına, qədər müxtəlif məhsullar təqdim edir.

1989-cu ildə MSI ilk 486 anakart modelini təqdim etdi. 1993-cü ildə ilk 586 ana platası, 1995-ci ildə ikili Pentium Pro əsaslı anakart, 1997-ci ildə ilk qrafik kart məhsulu ilə birlikdə ilk Intel MMX Texnologiyası ilə Intel Pentium II əsaslı anakartını təqdim etdi. 1990-cı ildə ilk Socket 7 əsaslı anakartı, 2002-ci ildə isə ilk PC2PC Bluetooth və WLAN anakartını təqdim etdi.

2008-ci ildə, MSI Fnatic-ə sponsorluq etdi və PC oyun bazarına girdi. Onun GAMING seriyasında noutbuklar, masaüstü kompüterlər, anakartlar, qrafik kartlar, kompüterlər və oyunçular üçün nəzərdə tutulmuş oyun qurğuları mövcuddur.

2016-cı ilin əvvəlində, MSI HTC ilə əməkdaşlıq elan etdi və Virtual Reallıq təcrübələrini təqdim etmək üçün Vive-hazır sistemləri ortaya qoydu.

MSI Optix MPG27CQ Gaming Monitor 27-ci Tayvan Mükəmməlliyi Qızıl və Gümüş mükafatlarını əldə etmişdir.

Azərbaycanda da MSI məhsulları geniş çeşiddə alıcılara təqdim olunur. Lakin daha çox şəhərimizin offline və online mağazalarında bu markanın noutbukalrına rast gəlmək olur.

Show sidebar

No products were found matching your selection.