Microsoft

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Microsoft” – u hərhalda tanımayan yoxdur. Bəs bu texnologiya nəhənginin yaranma hekayəsi haqqında nə bilirik? Gəlin, birlikdə “Microsoft”–un təməllərinin atıldığı və qurulduğu illərə doğru bir səfərə çıxaq.

Microsoft Corporation dünyada ən böyük şirkətlərdən biridir .Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Hazırda Microsoft şirkəti Windows əməliyyat sistemlərini istehsal edir. Microsoft şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır. Fərdi kompüterlər, video oyun konsolları, cib kompüterləri, mobil telefonlar və başqa növ hesablayıcı texnika üçün proqram təminatı istehsalı üzrə dünyanın ən iri şirkətlərindən biridir. İlk məhsulu Altair mikrokompüteri üçün hazırlanmış BASİC proqramlaşdırma dili olub. Microsoft ilk növbədə Windows əməliyyat sistemləri ailəsi, eləcə də sənədlərlə işləmək üçün Microsoft Office proqramları ailəsi ilə məşhurlaşıb. Başqa proqram məhsulları da çox geniş istifadə olunur: Microsoft Visual Studio, MSDN, MSN Messenger, Microsoft Servers. 2012-ci ildən Surface planşet kompyuterlərinin istehsalına başlayıb.

Microsoft Şirkətinin sahibi Bill Geytsdir. O, həm də dünyanın ən zəngin şəxslərindən biridir. Indi isə gəlin bu zəngin şəxsin həyatına bir nəzər salaq.

Bill Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində doğulub. O, hələ məktəbdə təhsil alarkən minikompyuterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir.Qeyts qrammatika, vətəndaşşünaslıq və digər elmlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvəzökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.Artıq 1 il sonra Bill ilk kompyuter proqramını yaradır. O, kollecdə Traf-O-Data şirkətini yaradır. Orda gələcək maqnatın sinif yoldaşları işləyirdilər. Onlar yerli hakimiyyət üçün kompyuter proqramları hazırlayır, şəhər nəqliyyatının hərəkət qrafiklərini hesablayırdılar. Bill küçə hərəkətinin nizamlanması üçün proqram yazanda onun 15 yaşı var idi və o, bu layihədə 20 000 dollar qazanır. 17 yaşında isə o, Bonnevil bəndinin enerji bölgüsü üzrə proqram paketinin yazılması təklifini alır.1973-cü ildə ailə ənənəsinə sadiq qalaraq Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard universitetinin birinci kursuna daxil olur. Lakin o, həminki kimi qapalı və ünsiyyətsiz idi, Bu isə seçilmiş peşə üçün qətiyyən yaramırdı. Bill Harvardda Stiv Balmerlə bir mərtəbədə yaşayırdı, sonradan onlar dost olurlar və hal-hazırda Stiv Balmer Microsoft korporasiyasına rəhbərlik edir.On doqquz yaşında ikən Bill Qeyts 397 dollara satılan kompyuter görür. Dostu Pol Allenin sözlərinə görə, onu istənilən şəxs yığa bilərdi. Maşında çatışmayan yeganə şey proqram təminatı idi. Bill Qeyts və Pol Allen M.I.T.S firmasının nümayəndələri ilə əlaqə saxlayaraq, onlara Altair 8800 kompüteri üçün proqram təminatını (BASIC versiyasını) təklif edirlər. Bu variant menecerləri razı salır və onlar bu cavan oğlanlara proqramlaşdırma dilləri üzərində işləməyi təklif edirlər. Onlar Yeni-Mexikoya gedirlər və beləcə Micro-soft (sonralar artıq tire işarəsi ləğv olunur) tarixi başlanır. Fərdi kompyuterin hər bir iş yerində və hər evdə əvəzedilməz olacağına qəti əmin olan Bill və Pol fərdi kompyuterlər üçün proqram təminatı hazırlamağa başlayırlar. Bill Qeytsin fərdi kompüter inkişafının gələcəyini görmək qabiliyyəti Microsoftun və proqram təminatı sənayesinin müvəffəqiyyətinin əsas amili olub. 1986-cı ildə Microsoft açıq tipli səhmdar cəmiyyətinə çevrilir və həmin il Bill Qeyts milyarder olur. Qeyd edək ki, o zaman onun 31 yaş var idi. Bəs Microsoft sözü necə yarandı? 1975 – ci il 29 iyulda Bill Qeyts “Micro-Soft” adını Pol Allenə yazdığı bir məktubda şərikliklərindən bəhs etmək üçün istifadə etmişdi. “Micro” sözü mikro prosessoru, “Soft” sözü isə proqramlaşdırmanı ifadə edirdi. Bu ad 1976 – cı il 26 noyabr tarixində Yeni Mexiko əyalət katibi tərəfindən təsdiq olundu. 1977 – ci ilin avqust ayında şirkət ilk beynəlxalq ofisini “ASCII Microsoft” adı ilə Yaponiyada açdı. 1981 – ci ildə şirkət Vaşinqton ştatında anonim bir şirkətə çevrildi və “Microsoft Inc” adını aldı. O vaxtlar Bill Qeyst şirkətin CEO – su və idarə heyətinin sədri, Pol Allen isə vitse-prezident vəzifəsini tuturdu.

Microsoftun ilk 5 sifarişçisi müflis olur, lakin gənclər ümidini itirmirlər və 1979-cu ildə Sietlə qayıdırlar. Həmin il Bill Qeyts dərslərdəki müvəffəqiyyətsizliyə görə universitetdən çıxarılır. Lakin bu, tələbəni elə də məyus etmir, belə ki Billə IBM-dən dünyada ilk fərdi kompüter üçün əməliyyat sistemi yaratmaq təklifi edilmişdi.Bill Qeyts 50.000 dollara QDOS (Quick and Dirty Operating System) sistemini əldə edir, adını MS-DOS-a dəyişir və IBM şirkətinə lisenziyasını satır. Qazanılmış pullar Microsofta bir neçə il ərzində işləməyə imkan yaradır. Microsoftun proqram təminatı ilə IBM-in yeni kompyuterinin təqdimatı bazarda əsl sensassiya yaradır. Bir çox çox şirkətlər lisenziya üçün Microsofta müraciət etməyə başlayırlar.Microsoft Word və Microsoft Excel proqram təminatlarını çıxararaq şirkət bazarda mövqeyini daha da möhkəmlədir. Microsoft korporasiyasına daxil olan Corbis şirkəti sayəsində Bill Qeyts Bettman və digər fotoqrafların böyük foto-kartotekasını əldə edir. Şəkillər elektron formada göndərilmə üçün istifadə olunur.Növbəti ilə Microsoft bazarda Windows əməliyyat sisteminin ilk versiyasını təqdim edir. Artıq 1993-cü ildə ay ərzində Windows satışlarının ümumi sayl 1 milyonu ötür. 1995-ci ildə Windows 95 əməliyyat sistemi çıxır və 2 həftə ərzində 7 milyon surət satılır.Microsoftun proqram təminatı o qədər geniş istifadə edilməyə başladı ki, şirkət amerika antiinhisar komitəsinin nəzər nöqtəsinə tuş gəlir.1999-cu ildə dairə məhkəməsi Microsoft Corporation-ı inhisarçı kimi təsdiq etdikdə onun ABŞ-ın antiinhisar komitəsi ilə yenidən problemləri yaranır. 2000-ci ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi Microsoft-u 2 ayrı korporasiyaya bölməyi təklif edir: korporasiyalardan biri Microsoft Office və Internet Explorer, digəri isə yalnız Windows ilə məşğul olacaq. Bill Qeytsin etirazları ona əsaslanır ki, Windows əməliyyat sistemini texniki olaraq Microsoft-un digər proqramlarından ayırmaq mümkün deyil.1995-ci ildə Bill Qeyts «Gələcəyə olan yol» (ing. «The Road Ahead») kitabını yazır. O, kitabda cəmiyyətin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar hansı istiqamətdə hərəkət etməsi haqqında öz baxışlarını ifadə edir. 1996-cı ildə, Microsoft korporasiyası internet texnologiyalara doğru istiqamətləndikdə Qeyts kitaba əhəmiyyətli düzəlişlər edir. Kitab Microsoft-un vitse-prezidenti Natan Mirvold (Nathan Myhrvold) və jurnalist Piter Raynarson (Peter Rinearson) ilə şərikli müəlliflikdə yazılıb.1994-cü il yanvar ayının 1-də Bill Qeyts Microsoftun meneceri Melinda Frenç ilə ailə həyatı qurur. Onların 3 uşağı var: 1996-cı ildə Cennifer Katarin, 1999-da Rori Con və Fibi Adel doğulublar.Ailə qurduqdan sonra Bill Qeyts xeyriyyəçiliyə daha çox diqqət ayırmağa başlayır. 1 milyard dollar təqaüdə qoyulub, hansı ki Microsoft istedadlı, lakin təmin edilməmiş tələbələrə (Gates Millennium Scholarship Program) verir, Bill Qeyts 750000 dollar vaksinləmənin (Global Alliance for Vaccines and Immunization) inkişafı proqramına qoyub. 1994-cü ildə Qeyts Codex Leicester — Leonarda da Vinçinin işlərinin toplusunu əldə edib. O, 2003-cü ildən Sietlin İncəsənət Muzeyində nümayiş etdirilir.Bill və Melinda Qeyts xeyriyyəçilik fondunun əsasını qoyublar, fonda səhiyyə və təhsil sahəsində filantrop (xeyriyyəçilik) təşəbbüslərin dəstəklənməsi üçün 17 milyarddan çox dollar əlavə ediblər. Hal-hazırda Bill və Melinda Qeytsin (Bill and Melinda Gates Foundation) fondu səhiyyə sahəsində işləyən təşkilatlara 300 milyondan çox dollar, maarifləndirici prosesin təkmilləşdirilməsinə, həmçinin kitabxana işi (Gates Library Initiative) sahəsində təşəbbüslərin inkişafına (ABŞ və Kanada əhalisinə kiçik gəlirlə ictimai kitabxanalarda fərdi kompüterlər və internetlə işləməyə imkan yaradacaq) 300 milyondan çox dollar verib. 54 milyondan çox dollar Sakit okeanın şimal-qərb sahili ölkələrində ictimai layihələrə və illik xeyriyyə kampaniyaları çərçivəsində 29 milyondan çox dollar digər xüsusi layihələrə qoyulub.2005-ci il mart ayının 2-də Böyük Britaniyanın xarici işlər kabineti elan edib ki, Qeyts Böyük Britaniya müəssisələrinə töhfəsi və dünyada yoxsulluğun azaldılması üzrə səylərinə görə Britaniya İmperiyası Ordeninin Cəngavər-Komandor titulunu alacaq. 2005-ci ilin nəticəsinə görə Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeyts amerikanın “Taym” jurnalı tərəfindən ilin adamları adlandırılıblar. 2007-ci ilin iyun ayının 7-dən Bill Qeyts Harvard universitetinin məzunu hesab edilməyə başlayıb. Qeytsə diplomu vermək qərarını universitet administrasiyası qəbul edib.1998-ci ildə Qeyts Microsoft korporasiyasının prezidenti vəzifəsindən istefa edib, 2000-ci ildə əsas icraçı direktor vəzifəsini tərk edib. Hər iki vəzifəni Stiv Balmer icra edir. 2008-ci il iyun ayının 15-də Bill Qeyts 2008-ci ilin iyul ayında Microsoft korporasiyasının Direktorlar şurasının sədri vəzifəsindən getmək niyyəti haqqında bildirib. Öz postundan gedişindən sonra o, özünü tamamilə Bill & Melinda Gates Foundation xeyriyyəçilik fondunu idarə edilməsinə həsr etmək niyyətindədir.2008-ci il iyun ayının 27-i tarixi Bill Qeytsin Microsoft rəhbəri kimi son günü olub. Buna baxmayaraq, o, şirkətlə əlaqələrini həmişəlik kəsmir və direktorlar şurasının sədri olaraq alır (lakin icraçı səlahiyyətləri yoxdur).Bill Qeyts çox oxuyur, həmçinin qolf və bric (İngiltərə və Amerikada geniş yayılmış qumar oyunu) oynamağı sevir.

2009-cu ildə “Forbes” jurnalında dünyanın ən varlı şəxslərinin siyahısında birinci yeri tutmuş Qeyts 2008-ci ildə “Microsoft” şirkətini tərk etmiş və bundan sonrakı həyatını xeyriyyəçiliyə həsr edəcəyini bildirmişdir. Hazırda Qeyts xanımı ilə birgə açdığı “Bill and Melinda Gates” xeyriyyə fonduna rəhbərlik edir.

Bill Qeyts süni intellektdən bezib, indi Microsoft yaradıcısı və ən böyük aksioneri uşaq zəkasının imkanlarını sınayır. Məlumdur ki, Qeyts amerikan məktəblərinin birində olub və burada kompüter dahisi yeniyetmələrə məktəbin onlara öyrətmədiyi şeylər haqqında danışıb.

Qeytsin fikrinə əsasən, uşaqları böyük həyatdan qoruyaraq və onları işıqlı və xoşbəxt gələcəyə hazırlayaraq biz onlara əslində yaxşılıq etmirik. Dünyanın ən varlı insanlarından biri hesab edir ki, bu uşaqları məyus edəcək.

Qüdrətli Qeyts vəziyyətə təsir göstərmək qərarını alır və böyüyən nəslin tərbiyəsinə öz münasibətini qısaca belə ifadə edib.

Qeytsin 11 tezisi:

Həyatda hər şey ədalət qanunlarına uyğun bir şəkildə baş vermir, və yaxşısı budur ki, bu fikrə elə indicə alışasınız.
Bir işi görməyə hazır olduğun, yaxud öz gücünə şübhə edib-etmədiyin heç kəsi maraqlandırmır, əməyinin nəticəsi burada və indi vacibdir.
Məktəbi bitirdikdən sonra yüksək maaş almağı xəyalınızdan belə keçirməyin, xəyallarının əksinə, heç kəs səni şirkətin başçısı təyin etməyəcək, bu məqsədə aparan uzun və çətin yol var.
Yalnız müdir vəzifəsinə keçdikdən sonra öz müəlliminizi başa düşəcəksiniz. Onun ciddiliyi və tələbkarlığı sizinkilərin yanında uşaq oyuncağı kimi görsənəcək.
Karyera pillələrində dırmanmaq istəyirsənsə, ən aşağı pillədən başla. Atalar sözü belə deyir: “Nə qədər uzağa sıçramaq istəsən, o qədər aşağı əyilməlisən”.
Öz səhvlərini boynuna almaq üçün cəsarətli ol və başqalarını günahlandırma. Öz səhvləriniz üzərində öyrənməkdən pis, yalnız onların üzərində öyrənməmək ola bilər.
Valideynləriniz də cavan, şən və sərbəst olublar, nəsihət oxuyub, həyatı öyrətməyi isə onlara uşaqlar öyrədib. Valideynlərinizi tənqid etməzdən əvvəl, özünüz dəyərli və faydalı bir şey edin.
Məktəbdə istədiyiniz qədər səhv edə bilərsiniz, lakin həyat sizə qarşı bu qədər əliaçıq olmayacaq.
Böyük həyatın əsas hissəsi – zəhmətli əməkdir, özünü axtarış isə – öz hesabınıza qazana biləcəyiniz bir bolluqdur.
Böyük həyat – serial və filmlərə baxıb təsəvvür etdiyiniz həyat deyil. həyatın böyük bir hissəsini iş alır.
“Əzbərçi-əlaçı” ilə dostluq eləmək istəmirsən? Onunla nəzakətli ol – həyat səninlə pis bir oyun oynaya bilər və o, sənin müdirin ola bilər.

Show sidebar

No products were found matching your selection.