MikroTik

MikroTik 1996-cı ildə ruter və simsiz ISP sistemlərini istehlakçılara təqdim etmək və inkişaf etdirmək üçün qurulmuş bir Latviya şirkətidir. MikroTik indi dünyanın əksər ölkələrində İnternet bağlantısı üçün avadanlıq və proqram təminatı təqdim edir.

Yönləndirmə  sistemlərindən istifadə təcrübəsi şirkətə 1997-ci ildə hər cür məlumat interfeysi üçün geniş sabitlik, nəzarət və rahatlıq təmin edən RouterOS proqram sistemini yaratmağa imkan verdi. 2002-ci ildə şirkət öz adanğını hazırlamağa qərar verdi və RouterBOARD markası araya ərsəyə gəldi. Mikrotik şirkətinin dünyanın əksər yerlərində ticarət partnyorları, distributorları və müştəriləri vardır. Şirkət Latviyanın paytaxtı Riqada yerləşir və 280-dən çox işçisi var.

İT avadanlıq və proqram təminatıçısı olan bu istehsalçı şirkət şəbəkə idarəetmə həllərinə qədər istifadəçilərə daima yardımçı olur. Şirkət məhsulları internet provayderləri, fərdi istifadəçilər və şirkətlər tərəfindən bütün dünyada məlumat şəbəkəsi infrastrukturlarının qurulması üçün istifadə olunur.

Tarixi

1995-ci ildən etibarən WISP – Simsiz internet xidməti təminatınıstifadəilrinə təqim edir
1996-cı ildə şirkət rəsmi olaraq qeydiyyatdan keçmişdir
Dünya üzrə Simsiz ISP layihələri hazırlamışdır
1997-ci ildən şirkət öz proqram təminatının hazırlamışdır
2002-ci ildə şirkət avadanlıqlarını daha da təkmilləşdirmişdir

Hal-hazırda MikroTik həllərini təqdim edən və dəstəkləyən 145 ölkədə 500-dən çox distribyutor və partnorlar mövcuddur.

MikroTikə dünyaca məşhur bir neçə şirkətlər əməkdaşlıq edir:

Ericsson
HP
NASA
Siemens
Nokia Siemens Networks
Vodafon və s.

MikroTik öz istifadəçiləri üçün suallar vermək, təqdimatları dinləmək, mütəxəssislərlə danışmaq və maraqlı texnologiyanümayişləri izləmək şəraiti yaradaraq MikroTik istifadəçiYığıncağı (MUM) təşkil etmişdir. İndiyə qədər 150-dən çox MikroTik İstifadəçiləri ilə görüşlər və konfranslar  təşkil edilmişdir. Ən böyük tədbirdə 3000-dən çox iştirakçı olmuşdur.

Hər il daha çox MikroTik distribyutoru, aksesuar istehsalçıları və Made For MikroTik proqramı iştirakçıları öz məhsul və xidmətlərini MikroTik İstifadəçi Yığıncaqlarında təqdim edirlər. Ən böyük tədbirdə isə 145-dən çox şirkət sərgi iştirakçısı oldu.

Universitetlər, texniki məktəblər, kolleclər, peşə məktəbləri və digər təhsil müəssisələri üçün xüsusi MikroTik Academy Program yaradılmışdır. Artıq 500-dən çox universitet və 750 təlimçi bu proqrama qoşulub.

Show sidebar

No products were found matching your selection.