Dell

Dell – kompyuter istehsalı sahəsində fəaliyyət göstərən ən iri korporasiyalardan biridir. Şirkətin qərargahı ABŞ-ın Texas ştatında, Raund-Roka şəhərində yerləşir. Dell korporasiyasının idarəedicisi Michael Dell-dir. Şirkət fərdi kompüterlər, serverlər, şəbəkə avadanlıqları, TV və məişət texnikasının istehsalı və satışı ilə məşğul olur. Gəlin indi də Dell-in tarixinə bir nəzər salaq.

Bu şirkətin tarixi – ilk növbədə onun qurucusu Maykl Dellin hekayəsidir. Onun həyatı “Gerçəkləşən bir Amerika arzusu” olmuşdur. Mayk 1965-ci ildə Texas ştatının Hyuston şəhərində anadan olub. Hələ məktəbli ikən özünü təşəbbüskar bir şəxs kimi tanıtdırmışdı. Həmyaşıdlarının yalnız oyunlara maraq göstərdiyi bir dövrdə, Maykl bir yeniyetmə olaraq pul qazanmaq ilə məşğul olurdu.

Valideynlərinin təkidi ilə gənc oğlan diş həkimi olaraq Texas Universitetində təhsil almağa başladı. 19 yaşında ikən o, kompyuterlər ilə ticarət etməyə başladı. İşlər yaxşı getdi və Maykl öz adını qoyaraq öz şirkətini qurmağa qərar verdi.  Maykl universiteti tərk etdi və tam işlə məşğul olmağa başladı. Beləliklə, müasir Dell-in yaranma tarixi 1984-cü il hesab edilə bilər.

1987-ci ildə şirkət adını dəyişdirildi və Dell kompyuter korporasiyası altında 2003-cü ilə qədər davam etdi. Daha sonar isə yeni bir ad – cari ad qəbul edilərək Şirkətin adı Dell, Inc.adlandırıldı.

Dell ən sürətli böyüyən şirkətlərlərdən biri kimi tarix yaratdı. Maykın cəmi 26 yaşı olanda onun şirkəti artıq öncüllər siyahısında idi. Mayklın adı çox tez, ABŞ-ın ən varlı insanlarının siyahısına düşür. Bəs Dellin uğuru nədə idi? O, təşəbbüskar ruhlu və əzmkar idi. Həm də o, həmin illər üçün qeyri-adi bir yanaşma metodu ilə çalışırdı yəni şirkət məhsullarını vasitəçilərin xidmətlərinə müraciət etmədən şəxsən satırdı. Bu, yeni bir iş modeli idi. Əvvəla, vasitəçilərin olmaması səbəbindən kompyuterlərin dəyəri xeyli azaldı. Bundan sonra istifadəçilər istehsalçı ilə şəxsən əlaqə saxlayıb aşkar etdikləri nöqsanlar barədə məlumat vermək, narazılıqlarını bildirmək imkanı əldə etdilər. Beləliklə, şirkət rəhbərliyi məhsulların çatışmamazlıqlarını vaxtında öyrənə və tez bir zamanda aradan qaldıra bilirdi.

Dell üçün əsas olan bu prinsiplər idi: vasitəçilərlə iş görməmək, heç vaxt fond ehtiyatları yaratmamaq (və buna görə də istənilən vaxt istiqaməti tamamilə dəyişdirməyə hazır olmaq) və ən əsası müştərilərlə əlaqə qurarkən  maksimum hörmət və həssaslıq göstərmək.

Hal hazırda Dell PC modellərinin, planşet kompyuterlərin, serverlərin və s. İstehsalı, satışı və texniki xidməti ilə məşğul olur.

Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.

Showing the single result

Show sidebar

Dell Latitude 5490

$1,100.00

Dell Latitude 5490 noutbuk

Sizə Bakıda ideal qiymətə xüsusi məhsul təqdim edirik. Ciddi biznes imkanlarınızı və bacarığınızı açığa çıxarmaq üçün Dell Latitude 5490 əla biznes model noutbukudur, yüngül çəkisi, muasir sərt dizaynı və toxunuşda zərif «soft touch» materialı ilə bu alət əvəzolunmaz yol yoldaşınıza çevrilə bilər.

Dell Latitude 549014” ekrana malik olduğu üçün iş görüşləri zamanı bir görüşdən digərinə tələsərkən Dell Latitude 5490 noutbukunu heç bir çətinlik çəkmədən çox rahat daşıya bilərsiniz.
Dell Latitude 5490Məhsulları həftənin 7 günü, günün istənilən vaxtı online eləcə də həftə içi 9-dan 21-ə kimi mağazamızı ziyarət edərək əldə edə bilərsiniz. Bir zəng edərək sifariş etməniz kifayətdir ki, Bakı şəhəri daxilində pulsuz çatdırılma xidmətimiz vsitəsilə məhsulu qısa zamanda heç bir əlavə xərc etmədən qapınıza çatdıraq 
Dell Latitude 5490Digər noutbuk modelləri  haqda məlumat almaq istəsəniz buradan keçid edə bilərsiniz.