Canon

Canon Inc. şirkətinin mərkəzi Yaponiyada yerləşir. Şirkət kamera, vodeo kamera, peşəkar
displeylər, televiziya yayımları, film avadanlıqları, proyektorlar, optik məhsullar, linza güzgü
fotoaparatları, rəqəmli kameralar, fotolitoqrafiya avadanlıları, printer və skaner avadanlıqları üzrə
ixtisalaşmış və ilə dünyaca məşhurdur. Canon həmçinin durbin, mikroskop, tibbi avadanlıqlar,
kompyuter tomoqrafiya diaqnostika sistemləri, diaqnostik ultrasəs sistemlərinin istehsalı ilə məşğul
olur.
Canon Tokio Fond Birjası və Nyu York birjasında siyahının ilk cərgələrində yer tutur və TOPIX
indeksinin tərkib hissəsidir.
Cano Inc. Şirkətinin 383 törəmə şirkəti mövcuddur, bunlardan ən məşhuru Canon IT Solution Inc.-
dir.
Tarixi
Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını
qoymazdan əvvəl “Precision Optical Instruments Laboratory” (Həssas Optik Alətlər) şirkətini
qurmuşdular. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya
(Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı
1933-cü ildə Qoro Yosida kürəkəni Saburo Utida ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk
məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Şirkətə müasir ad vermək üçün 26
iyun 1935-ci ildə Utida “Canon” ticarət nişanını və loqotipini qeydiyyatdan keçirmişdir.
1940-cı ildə Canon Yaponiyanın ilk rentgen kamerasını hazırladı. 1958-ci ildə televiziya üçün
böyüdücü lens və 1959-cu ildə isə dünyada ilk zoom lensi kino kamerası Reflex Zoom 8 və
Canonflexi təqdim etdi.
1961-ci ildə Rangefinder kamerası, Canon 7 və 50mm 1:0.95 lensini istehsal edir.
1964-cü ldə ilk Yapon istehsalı olan “Canola 130” 10 klavişli kalkulyatoru istehlakçıların
istifadəsinə verdi. Daimi inkişafda olan Canon bir il sonra güzgüdən şəkillər çəkməyə imkan verən
yarı şəffaf stasionar güzgü ilə tək obyektiv refleks (SLR) kamerası olan Canon Pellixi təqdim etdi.
1971-ci ildə Canon F-1 yüksək səviyyəli SLR kamerası və FD lens diapazonunu, 1976-cı ildə isə
quraşdırılmış mikro kompyuterlər ilə dünyanın ilk kamerası olan AE-1 modelini istifadəyə verdi.
1982-ci ildə ilk dəfə məşhur “National Geographic” jurnalında “Vəhşi Təbiət Canon-un gözü ilə”
başlığı altında Canon-un reklamları çıxır.
Və nəhayət 1985-ci ildə HP-dən bir il sonra Canon ilk İnkJet printerini hazırlayır.
1992-ci ildə Canon EOS5, gözlə idarə olunan AF ilə ilk dəfə kamera və ilk rəqəmsal kamera
PowerShot 600 modelini və 1995-ci ildə daxili görüntü sabitləşdirmə ilə EF 75-300mm f/4-5.6 IS
USM olan SLR linzasını təqdim etdi. Canon EOS-RS o zamanlar atəş sürəti ilə işləyən dünyanın ən
sürətli kamerası idi.
1996-cı ildə Canon Amerikada ELPH və Avropada IXUS adlı Advanced Photo System ilə cib
ölçülü rəqəmsal kamera istehsal etdi və 1997-ci ildə rəqəmsal video kameralar bazarına qədəm
qoydu.
2004-cü ildə XEED SX50 LCD proyektorunu, 2005-ciildə isə ilk yüksək dəqiqli video kamerasını
hazırlayır.

Noyabr 2009-cu ildə Canon Hollandiya printer istehsalçısı Oce üçün 730 milyon avro məbləğində
vəsait təklif edir. 2010-cu ilin mart ayına qədər isə Oce-nin bi çox mülkiyyətinə sahib olur və 100%
səhm alışını başa çatdırır.
Canonun iş prinsipi üç əsas seqmentdən ibarətdir:
1. Office Business Unit (nüsxə maşınları, rəqəmsal printerlər, inkjet printerlər, lazer printerlər,
çoxfunksiyalı cihazlar)
2. İstehlak biznes bölməsi (yayım avadanlıqları, kalkulyatorlar, yığcam rəqəmsal kameralar,
rəqəmsal video kameralar və s.)
3. Sənaye (kompüterlər, lazımi terminallar, LCD litoqrafiya avadanlıqları, tibbi avadanlıqlar və s.)

Azərbaycanda Canon markasını daha çox printerləri ilə tanıyırlar. Bundan başqa Canonun obyektivləri, tonerləri, fotoaparatları da ölkəmizə idxal olunaraq uğurla satılır.

Showing all 2 results

Show sidebar

Canon MF421dw Printer

$450.00

Canon MF421dw Printer

  • Geniş imkanlara malik "3-ü birində" (Printer, skaner, sürətçıxardan) multifunksiyalı monoxrom lazer printer.
  • Rəsmi 1 il zəmanətli, etibarlı, yüksək keyfiyyətli uzun müddət istifadə edəcəyiniz məhsul. Zəmanət müddəti bitdikdən sonra münasib qiymətə texniki servis xidməti.
  • Məhsulları həftənin 7 günü, günün istənilən vaxtı online eləcə də həftə içi 10-dan 20:00-a kimi mağazamızı ziyarət edərək əldə edə bilərsiniz. Bir zəng edərək sifariş etməniz kifayətdir ki, Bakı şəhəri daxilində pulsuz çatdırılma xidmətimiz vsitəsilə məhsul qısa zamanda heç bir əlavə xərc etmədən qapınıza çatdıraq.
  • Brendinin digər printerləri ilə müqayisə etmək istəsəniz  buradan keçid edə bilərsiniz.
  • Bizə müraciət edərək topdan satış qiymətinə pərakəndə alaraq büdcənizə qənaət etmiş olacaqsınız.

Canon MF237w Printer

$350.00

Canon MF237w Printer

  • Geniş imkanlara malik "4-ü birində" (Printer, skaner, sürətçıxardan, faks) multifunksiyalı monoxrom lazer printer.
  • Rəsmi 1 il zəmanətli, etibarlı, yüksək keyfiyyətli uzun müddət istifadə edəcəyiniz məhsul. Zəmanət müddəti bitdikdən sonra münasib qiymətə texniki servis xidməti.
  • Məhsulları həftənin 7 günü, günün istənilən vaxtı online eləcə də həftə içi 10-dan 20:00-a kimi mağazamızı ziyarət edərək əldə edə bilərsiniz. Bir zəng edərək sifariş etməniz kifayətdir ki, Bakı şəhəri daxilində pulsuz çatdırılma xidmətimiz vsitəsilə məhsul qısa zamanda heç bir əlavə xərc etmədən qapınıza çatdıraq.
  • Brendinin digər printerləri ilə müqayisə etmək istəsəniz  buradan keçid edə bilərsiniz.
  • Bizə müraciət edərək topdan satış qiymətinə pərakəndə alaraq büdcənizə qənaət etmiş olacaqsınız.